Türkiyəyə səfərinizi planlaşdırırsınız? AZAL-ın xüsusi 25% tələbə endirimindən yararlanaraq sevdiklərinizlə yenidən görüşün! Bu təklif Türkiyədə yaşayış icazəsi olan azərbaycanlı tələbələr üçün Bakıdan Türkiyənin şəhərlərinə və əks istiqamətdə uçuşlara şamil olunur.
Bu təklifdən necə yararlanmaq olar?
- AZAL veb-saytında və ya tətbiqində bron edərkən seçim edin: “Mən Azərbaycan vətəndaşı və Türkiyə Respublikasında təhsil alan tələbəyəm, bunu təsdiq edən sənədlərim var.”
- Uçuş seçimi və sərnişin məlumatlarınızı daxil etdikdən sonra təqdim edilən əlaqə formu vasitəsilə sorğunuzu göndərin.
- Çağrı mərkəzimiz məlumatlarınızı yoxlayacaq və hər şey düzgün olduğu halda, biletiniz təsdiqlənəcək.
Vacib nüanslar:
- Təklif 16-34 yaş arası tələbələr üçündür,
- Ən azı 7 gün əvvəl bron edilməlidir,
- Endirimdən ildə iki dəfə istifadə edilə bilər
- Yalnız Ekonom sinifinə aiddir.
- 23 kq baqaj daxildir
Türkiyədə təhsil alarkən bu fürsəti əldən verməyin və sərfəli uçun!