01.04.26
AZAL sərnişinlərinə “Absheron Hotel Group”a daxil olan “Allium Bodrum Resort & Spa” hotelində xüsusi endirim təklif olunur! www.alliumbodrum.com veb-saytında AZAL promokodundan istifadə edərək, qonaqlama xidmətinə 10% endirim tətbiq olunacaq. “Allium Bodrum Resort & Spa” Yalıkavakda yerləşən butik istirahət məkanıdır. Burada müasir Aralıq dənizi dizaynı Egey dənizinin fasiləsiz mənzərələri ilə birləşir. Yunan Arxipelaqına baxan 13 akrlıq qayalıq ərazidə yerləşən bu kurort 39 zərif otaq, qızdırılan “infinity” hovuzu və dəniz kənarında rahat istirahət üçün xüsusi “Cliff Beach Pier” təklif edir. Endirimdən istifadə etmək üçün hoteldə AZAL minik talonunun təqdim olunması zəruridir. Minik talonu son 6 ay ərzində həyata keçirilmiş uçuşa aid olmalıdır.
*Yüksək tələbat dövrü istisna olunur: 26-31.05.2026