banner

AZAL Miles loyallıq proqramında statusunuza uyğun olaraq ABB-AZAL Miles kobrend kartını xüsusi şərtlərlə əldə edə bilərsiniz.

18–20 iyun 2026-cı il tarixlərində ABB-AZAL Miles Platinum və ya Mastercard Black Edition kartını müvafiq promokod ilə sifariş edərək standart 2 000 “Xoşgəldin” milindən daha çox mil qazana bilərsiniz.

Statusunuza uyğun olaraq əldə edəcəyiniz əlavə “Xoşgəldin” milləri:

  • Classic üzvlər "CLASSICPLUS" promokodu ilə 3 000 mil
  • Silver/Gold üzvlər "SILVERPLUS" promokodu ilə 4 000 mil
  • Platinum/Elite üzvlər "PLATINUMPLUS" promokodu ilə 5 000 mil

ABB-AZAL Miles kartı ilə 5 il ərzində mil hesablanan ödənişlərinizə görə limitsiz mil toplayaraq qazandığınız millər vasitəsilə müxtəlif istiqamətlərə aviabiletlər əldə edə bilərsiniz.

Üstəlik, 150 AZN-lik kart sizə yalnız mil deyil, premium səyahət üstünlükləri də təqdim edir.

Kartın əsas üstünlükləri:

  • İl ərzində 10 dəfə hava limanı transferi
  • İl ərzində 10 dəfə Fast Track xidməti
  • İl ərzində 10 dəfə Lounge zallarına giriş
  • 5 il ərzində limitsiz mil qazanmaq imkanı
  • Doğum günü və ildönümü milləri
  • Rouminq, sağlamlıq xidmətləri, endirimlər və digər premium üstünlüklər

Bütün üstünlüklərlə daha ətraflı tanış olmaq üçün linkə (https://abbmiles.az/advantages) keçid edin.

Necə sifariş etmək olar?

  1. ABB mobile tətbiqinə daxil olun
  2. Kart sifarişi bölməsinə keçin
  3. ABB-AZAL Miles Platinum və ya Mastercard Black Edition kartını seçin
  4. Sifariş prosesinin son ödəniş mərhələsində “Promokod” xanasına klikləyin
  5. Statusunuza uyğun promokodu (CLASSICPLUS, SILVERPLUS və ya PLATINUMPLUS) daxil edin və təsdiqləyin
  6. Ödənişi tamamlayaraq kartınızı əlavə “Xoşgəldin” milləri ilə əldə edin

Vacib qeydlər:

  • “Promokod” xanası bəzi cihazlarda görünməyə bilər. Bu halda ekranı aşağı sürüşdürün.
  • Kartı ABB filiallarında da sifariş edə bilərsiniz. Bu zaman promokodu sifariş prosesinə başlamazdan əvvəl operatora təqdim etməyiniz vacibdir.
  • Promokod qeyd edilmədikdə kampaniya üzrə nəzərdə tutulan əlavə millər sonradan təqdim edilmir.
  • Qazandığınız “Xoşgəldin” milləri 14 günlük gözləmə müddətindən sonra istifadəyə yararlı olur.
  • Kart sifarişi zamanı ABB mobile-da qeyd edilməyən, filialdan sifariş zamanı sifarişdən öncə əməliyyatçıya təqdim edilməmiş promokodlar üzrə əlavə hesablanan “Xoşgəldin” milləri sonradan təqdim edilmir. Bu halda, kart sifarişindən standart 2 000 “Xoşgəldin” mili əldə edəcəksiniz.

Statusunuza uyğun olaraq 3 000, 4 000 və ya 5 000 “Xoşgəldin” mili ilə səyahətə bir addım öndə başlayın!

Kart sifariş üçün aşağıdakı linkə keçid edin: https://app.abb-bank.az/mbtWE