“AZAL” aviaşirkəti tərəfindən yerinə yetirilən avropa istiqmətindəki reyslərdə transfer baqajın daşınması zamanı normadan artıq hər əlavə baqaj yerinin daşınma dəyəri əvvəlcədən rəsmiləşdirildiyi zaman bütün marşrut boyu 70 EUR (65 GBP, 75 USD, ) qeydiyyat zamanı rəsmiləşdirildiyi zaman 80 EUR(85USD ,75GBP) , klassik uçuşlarda əlavə baqaj yerinin daşınma dəyəri əvvəlcədən rəsmiləşdirildiyi zaman bütün marşrut boyu 60 EUR(65USD ,245 SAR ,24 KWD) , qeydiyyat zamanı rəsmiləşdirildiyi zaman 70 EUR (75USD, 65 GBP) təşkil edir.

"Transfer standart", "Transfer xüsusi", "Transfer aksiya" - xüsusi transfer tariflərinə - (Fare Rules ) əsasən rəsmiləşdirilmiş transfer daşımalarının bir sahəsi “AZAL” aviaşirkəti tərəfindən yerinə yetirildiyi halda bütün marşrut boyu baqajın pulsuz daşınma norması “AZAL” tərəfindən təyin edilən normaya uyğun olaraq müəyyən edilir.

Nyu-Yorka/Nyu-Yorkdan, Pekinə/Pekindən səyahət edən transfer sərnişinlər üçün hər əlavə baqaj yerinin (23 kq-dan artıq olmamaq şərtilə) daşınma dəyəri əvvəlcədən rəsmiləşdirildiyi zaman bütün marşrut boyu – 140 EUR (160 USD) , qeydiyyat zamanı rəsmiləşdirildiyi zamanı 150 EUR (160 USD) təşkil edir.

Bir neçə aviadaşıyıcının iştirakı ilə yerinə yetirilən transfer daşımaları zamanı baqajın daşınması baqaj haqqında IATA-nın 302 nömrəli qətnaməsinə əsasən həyata keçirilir.

Ayrı-ayrı marşrutlar üzrə baqajın pulsuz daşınma norması aviaşirkət rəhbərliyinin əmrlərinə və göstərişlərinə əsasən dəyişə bilər.