
Gecikmiş, itmiş və ya zədələnmiş baqajın izlənməsi üçün müraciət forması
“Azərbaycan Hava Yolları” olaraq, qeydiyyatdan keçmiş baqajınızın təyinat nöqtəsinə təhlükəsiz və vaxtında çatdırılması üçün bütün səylərimizi göstəririk. Lakin bəzi hallarda, əlverişsiz hava şəraiti, baqajın emalı zamanı baş verən texniki nasazlıqlar, baqaj etiketlərinin zədələnməsi və ya itməsi səbəbindən baqajınızın gecikməsi, zədələnməsi və ya itməsi baş verə bilər.
Baqajınızı almadığınız və ya baqajın zədələndiyini aşkar etdiyiniz halda, dərhal çatdığınız hava limanının “Tapıntılar və itkilər” (Lost and Found) xidmətinə müraciət edin və Baqajın qüsur aktını (Property Irregularity Report, PIR) doldurun. Bu zaman, xidmətin əməkdaşı tərəfindən sizə baqajınızın izlənilməsi üçün unikal müraciət nömrəsi (file reference və ya locator number) təqdim ediləcək.
Baqajınız itdiyi və ya zədələndiyi təqdirdə, **aşağıdakı formanı dolduraraq tələb olunan sənədləri əlavə etməyiniz xahiş olunur. **
Probleminizi ən qısa zamanda həll etməyə və mövcud qaydalara əsasən kompensasiyanın ödənilməsini təmin etməyə çalışacağıq.
İtmiş, zədələnmiş və ya gecikmiş baqajla bağlı daha ətraflı məlumat əldə etmək məqsədilə və ya əlavə suallarınız yarandığı təqdirdə [email protected] elektron ünvanına müraciət edə, həmçinin (+994 12) 497 26 00 (30-81, 22-05) telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Siz problem haqqında bizə məlumat verdikdə, Sizə 4 hərfli və 5 rəqəmli baqaj arayış nömrəsini təqdim edəcəyik. Məsələn: GYDJ21234