Təyyarənin salonunda baqajın daşınma norması

Qeydiyyatdan keçirilməyən baqaj (əl yükü) – çəkisi 10 kiloqramdan artıq və üç ölçünün cəmi üzrə (1 baqaj yerinin) ölçüsü 118 santimetrdən artıq olmayan (55 * 40 * 23 sm) baqajdır. AZAL-ın reyslərində əl yükün daşınma norması:

Premium Ekonom sərnişinləri üçün– 2 yer;

Biznes sinif sərnişinləri üçün - 2 yer;

Ekonom sinif sərnişinləri üçün – 1 yer.

Əlavə olaraq təyyarə salonuna qadın əl çantası, kişi portfeli, portativ kompyuter götürmək olar.