Pulsuz daşınan baqaj norması
Ekonom Klassik
1 ədəd
23 kq
Ekonom Plus
1 ədəd
32 kq
Ekonom Büdcə
Baqaj yoxdur
Biznes
2 ədəd
32 kq
Premium Ekonom
2 ədəd
32 kq
Pulsuz daşınan baqaj norması
Ekonom Klassik
1 ədəd
23 kq
Ekonom Plus
1 ədəd
32 kq
Ekonom Büdcə
Baqaj yoxdur
Biznes
2 ədəd
32 kq
Premium Ekonom
2 ədəd
32 kq
Normadan artıq baqajın daşınma dəyəri
Yalnız Moskva (VKO)-Gəncə-Moskva (VKO), Moskva (VKO)-Qəbələ-Moskva (VKO) və Moskva (VKO)-Lənkəran-Moskva (VKO) uçuşlarında baqajın pulsuz daşınma norması 0 PC / Bagajın pulsuz daşınma norması barədə bütün məlumatı aviabiletinizdə tapa bilərsiniz.
Avropa Birliyi və Böyük Britaniya istiqamətləri
Hər biri 23 kq-dan artıq olmamaq şərtilə hər əlavə baqaj vahidi | 80 EUR/85 USD/75 GBP |
23 kq-a qədər 1 baqaj vahidinin əvvəlcədən rəsmiləşdirilməsi | 70 EUR/75 USD/65 GBP |
Üç ölçünün cəmi üzrə baqajın ölçüsü 158 sm-dən 203 sm qədər - əlavə | 80 EUR/85 USD/75 GBP |
Üç ölçünün cəmi üzrə baqajın ölçüsü 203 sm-dən böyük - əlavə | 160 EUR/170 USD/150 GBP |
23 kq-dan artıq, lakin 32 kq-dan artıq olamamaq şərtilə - əlavə | 80 EUR/85 USD/75 GBP |
ABŞ və Çin istiqamətləri
Hər biri 23 kq-dan artıq olmamaq şərtilə hər əlavə baqaj vahidi | 150 EUR/160 USD |
23 kq-a qədər 1 baqaj vahidinin əvvəlcədən rəsmiləşdirilməsi | 140 EUR/150 USD |
Üç ölçünün cəmi üzrə baqajın ölçüsü 158 sm-dən 203 sm qədər - əlavə | 150 EUR/160 USD |
Üç ölçünün cəmi üzrə baqajın ölçüsü 203 sm-dən böyük - əlavə | 300 EUR/320 USD |
23 kq-dan artıq, lakin 32 kq-dan artıq olamamaq şərtilə - əlavə | 150 EUR/160 USD |
Aviaşirkətin digər istiqamətləri
Hər biri 23 kq-dan artıq olmamaq şərtilə hər əlavə baqaj vahidi | 70 EUR/75 USD/290 AED/285 SAR/24 KWD |
23 kq-a qədər 1 baqaj vahidinin əvvəlcədən rəsmiləşdirilməsi | 60 EUR/65 USD/270 AED/245 SAR/20 KWD |
Üç ölçünün cəmi üzrə baqajın ölçüsü 158 sm-dən 203 sm qədər - əlavə | 70 EUR/75 USD/290 AED/285 SAR/24 KWD |
Üç ölçünün cəmi üzrə baqajın ölçüsü 203 sm-dən böyük - əlavə | 140 EUR/150 USD/580 AED/570 SAR/48 KWD |
23 kq-dan artıq, lakin 32 kq-dan artıq olamamaq şərtilə - əlavə | 70 EUR/75 USD/290 AED/285 SAR/24 KWD |
Üç ölçünün cəmi üzrə (hündürlük x en x dərinlik) bir baqaj yerinin ölçüsü 158 santimetrdən artıq olmamalıdır.
2 yaşına çatmamış və hava gəmisinin salonunda valideynləri ilə bir yerdə əyləşərək Klassik (CL) və Plus (PU) tarifləri üzrə səyahət edən uşaqlar üçün çəkisi 10 kiloqramdan artıq olmayan və üç ölçünün cəmi üzrə ölçüsü 115 santimetrdən böyük olmayan bir baqaj yerinin pulsuz daşınması hüququ verilir.
2-12 yaş arası uşaqlar üçün pulsuz baqajın daşınma norması böyük sərnişin üçün daşınma normasına bərabərdir.
Təyin edilmiş pulsuz daşınan baqaj normasından əlavə sərnişin minik, düşmə və ya uçuş zamanı ona lazım ola bilən ləvazimatları (əşyaları) daşımaq hüququna malikdir. Buraya aşağıdakı ləvazimatlar (əşyalar) daxildir:
2-yaşına qədər körpə/uşaq ilə səyahət edən sərnişin üçün uçuş zamanı uşaq qidası və səfərdə istifadə üçün beşik;
2-yaşına qədər körpə/uşaq ilə səyahət edən sərnişin üçün yüngül çəkili yığılan uşaq arabası (hava gəmisinin yük bölməsində daşınır).
Baqajın normadan artıq çəkisi və ölçüsü üçün əlavə haqq həm icazə verilən norma həddində baqaja, həm də əlavə baqaj yerlərinə görə alınır.
Çəkisi 32 kiloqramdan artıq olan baqaj yalnız yük kimi rəsmiləşdirilir və daşıma üçün qəbul edilir.
Bütün növ uşaq və əlil arabaları yalnız baqaj bölməsində daşınır və müəyyən olunmuş baqaj normasından əlavə, ödənişsiz daşıma üçün qəbul edilir.
Baqaja görə bütün ödənişlər (EUR, AED, USD, GBP, SAR, KWD – uçuş ölkəsindən asılı olaraq) rəsmi məzənnəyə uyğun olaraq yerli valyutada həyata keçiriləcəkdir.
AZAL Miles proqramının iştrakçıları üçün
AZAL Miles proqramının Silver, Gold, Platinum və Elite statusunun iştirakçıları AZAL Miles programının şərtləri və qaydalarına əsasən aviaşirkətin öz reyslərində 23 kiloqramdan artıq olmayan bir baqaj yerinin ödənişsiz daşınmasını əldə etmək imkanına malikdirlər.