bg.jpg

Çexiyaya viza almaq asandır?

Çexiyaya viza almaq bir çox halda çətin proses kimi görünə bilər. Lakin müraciət qaydalarını və tələb olunan sənədləri düzgün şəkildə hazırladıqda bu proses əslində daha rahat olur. Əsas məsələ seçilən viza növü üçün tələb olunan sənədləri tam təqdim etmək, müraciət formasını düzgün doldurmaq və səfərin məqsədini aydın göstərməkdir. Bu bloqda Çexiyaya viza prosesini, müraciət qaydalarını və müraciət üçün lazım olan sənədləri bölüşəcəyik.

Mündəricat

Çexiya vizasının növləri

Çexiyaya səfər etməzdən əvvəl hansı viza növünün sizə uyğun olduğunu bilmək çox vacibdir. Bu hissədə sizə lazım olan viza növünü öyrənə biləcəksiniz. Səfər üçün lazım olan viza növünü öncədən müəyyən etmək prosesin əsas hissəsidir.

Qısamüddətli (Şengen vizası)

Şengen vizası Çexiyaya qısamüddətli səfər etmək istəyənlərin seçimidir və maksimum 90 günədək səfərlər üçün verilir. Yəni, siz bu viza ilə Şengen ölkələrinə ilk giriş tarixindən etibarən 180 gün ərzində ümumilikdə 90 gündən artıq qalmamaq şərti ilə səfər edə bilərsiniz. Bu viza sizə turist, ailə ziyarəti və ya qısa işgüzar səfərlər üçün imkan yaradır və Şengen ərazisinə daxil digər ölkələri də ziyarət edə bilərsiniz. Lakin viza qaydalarına görə, Çexiya sizin ilk giriş etdiyiniz və səfərinizin əsas hissəsini keçirəcəyiniz ölkə olmalıdır. Şengen vizası haqqında daha ətraflı məlumat, müraciət zamanı lazım olan sənədlər və qaydaları öyrənmək üçün bu barədə ətraflı yazdığımız bloqa keçid edə bilərsiniz.

Uzunmüddətli viza

Çexiyada 90 gündən çox qalmaq istəyən şəxslər uzunmüddətli viza və ya uzunmüddətli yaşayış icazəsi üçün müraciət edə bilərlər. Bu viza növü adətən təhsil, ailə birləşməsi və ya digər uzunmüddətli qalma məqsədləri üçün nəzərdə tutulur. Müraciət etmək istəyən şəxslər əvvəlcə elektron poçt vasitəsilə əsas məlumatlarını təqdim etməlidirlər. Bu məlumatlara müraciət edilən viza növü, səfərin məqsədi (məsələn, təhsil və ya ailə birləşməsi), ərizəçinin adı, soyadı, doğum tarixi, pasport nömrəsi və əlaqə telefon nömrəsi daxildir.

Müraciət zamanı bəzi sənədlərin pdf formatında əlavə edilməsi tələb olunur. Bunlara ərizəçinin pasportunun surəti (şəkil və şəxsi məlumatların olduğu səhifə) və qalma məqsədindən asılı olaraq əlavə sənədlər daxildir. Məsələn, təhsil məqsədilə müraciət edən şəxslər Çex dilində təhsil almağa qəbul olunduğunu təsdiq edən sənəd təqdim etməlidirlər. Ailə birləşməsi üçün müraciət edən şəxslər isə nikah şəhadətnaməsi və ya doğum haqqında şəhadətnaməni Çex dilinə rəsmi tərcümə ilə təqdim etməlidirlər.

Ərizə üçün son tarix təyin edildikdən sonra hər bir müraciətçiyə elektron poçt vasitəsilə dəqiq təlimatlar və təqdim olunmalı sənədlərin ətraflı siyahısı göndərilir. Buna görə də göndərilən məlumatları diqqətlə oxumaq və bütün sənədləri göstərilən qaydalara uyğun hazırlamaq tövsiyə olunur.

Uzunmüddətli vizalar və uzunmüddətli yaşayış icazələri üçün müraciət edənlərin Çexiya Respublikasının Bakıdakı səfirliyində qeydiyyatı [email protected] elektron poçt ünvanı vasitəsilə həyata keçirilir.

Çexiyaya viza müraciəti necə edilir?

Viza üçün ilk addım səyahət məqsədinizə uyğun düzgün viza növünü seçməkdir. Daha sonra seçdiyiniz viza növünə uyğun tələb olunan sənədləri toplamalı və viza ərizə formasını doldurmalısınız. Bu mərhələni tamamladıqdan sonra sənədlərin təqdim edilməsi üçün onlayn qaydada görüş təyin etməlisiniz. Görüşün haradan və necə alınması ilə bağlı ətraflı məlumatı Çexiya Respublikasının Azərbaycandakı səfirliyinin rəsmi saytından əldə edə bilərsiniz.

Görüş günündə bütün sənədlərinizi təqdim edirsiniz və biometrik məlumatlarınız (barmaq izi və s.) götürülür. Bəzi hallarda müraciət prosesində əlavə sənədlər və ya izahat təqdim etməyiniz də tələb oluna bilər.

cex.jpg

Nəyi unutmamalısınız?

Çexiyaya viza müraciətində diqqətli və hazırlıqlı olmaq vacibdir. Səyahət planınızı qabaqcadan təşkil etmək, tələb olunan sənədləri tam hazırlamaq və bütün təlimatlara əməl etmək vizanın problemsiz alınmasına kömək edəcək.

Çexiyanın gözəlliklərini kəşf etmək və səyahətinizi rahat planlaşdırmaq üçün uçuş cədvəlimiz ilə tanış ola bilərsiniz. Səfərinizi Azərbaycan Hava Yolları ilə planlayın!

Müəllif

authorlogo.png

Azərbaycan Hava Yolları

Azərbaycanın milli hava daşıyıcısı olaraq, səyahətçilərlə bilik və təcrübələrimizi bölüşməkdən məmnunluq duyuruq. Bloqumuz səyahət məsləhətləri və istiqamətlər haqqında, eləcə də xidmətlərimiz və yeniliklərimiz barədə məlumatlar təqdim edir. AZAL hava nəqliyyatında illər ərzində qazandığı təcrübə ilə hər zaman təhlükəsizlik və rahatlığı ön planda tutaraq mükəmməl səyahət təcrübəsi təmin etməyi hədəfləyir. Aviasiya dünyasını kəşf etmək və Azərbaycan Hava Yolları ilə səyahətin gözəlliyini yaşamaq üçün səfərlərimizə qoşulun.

Oxşar məqalələr

  • almaniyaya-viza-prosesi-ilə-bağlı-ümumi-foto.jpg

    Almaniyaya səyahət üçün hansı viza lazımdır?

    Almaniyaya viza almaq çətindir? Tələb olunan sənədlər, şengen vizası, ümumi proses haqqında məlumat və faydalı tövsiyələr üçün bloqa keçid edin.

    Daha çox
  • asan-viza-3.jpg

    ASAN Viza sistemi nədir?

    ASAN Viza sistemi ilə Azərbaycan vizasını onlayn əldə etmək çox asandır. Ətraflı məlumat üçün bloqa keçid edin.

    Daha çox
  • bckground_beijing.jpg

    Çinə vizasız səyahət

    Artıq Azərbaycan vətəndaşları üçün Çinə vizasız səyahət imkanı var! Pekinə birbaşa uçuşla qədim tarixi, dadlı mətbəxi və möhtəşəm memarlığı kəşf edin.

    Daha çox
  • bg.jpg

    İspaniyaya viza alarkən nələri bilmək lazımdır?

    İspaniyaya viza almaq çətindir? Viza almaq üçün lazım olan sənədləri və 2026-cı il tələblərini öyrənmək üçün bloqa keçid edin.

    Daha çox