
8 Mart Beynəlxalq Qadınlar günündə səyahət
Beynəlxalq Qadınlar Günü – 8 Mart qadınların cəmiyyətdəki rolunu vurğulamaq, onların uğurlarını qeyd etmək və gender bərabərliyini təşviq etmək üçün qeyd olunan xüsusi bir gündür. Azərbaycanda isə 8, 9, 10 mart tarixləri rəsmi istirahət günləri olduğu üçün bu bayramı səyahətlə qeyd etmək üçün əla fürsət yaranır!
Mündəricat
8 Mart tətilinində səyahət imkanları
Hər il 8 Mart günü dünyada qeyd olunan bu bayram həm özünüzü, həm də sevdiklərinizi sevindirmək üçün ideal bir vaxtdır. Azərbaycanda 8, 9 və 10 mart tarixlərində qeyr-iş günü olacağı üçün 3 günlük tətili səyahət edərək, yeni mədəniyyətlər kəşf edərək və unudulmaz anlar yaşayaraq dəyərləndirə bilərsiniz.
İstanbul – Tarixin və alış-verişin qovuşduğu şəhər
İstanbul təkcə tarixi gözəllikləri ilə deyil, həm də alış-veriş imkanları və maraqlı küçələri ilə 8 Mart səyahəti üçün ideal seçimdir. Qadınlar Günü münasibətilə şəhərdə xüsusi endirimlər və tədbirlər keçirilir. Grand Bazaar və Nişantaşı kimi məkanlarda alış-veriş edərək, Boğazda romantik bir gəzinti edə bilərsiniz.
Dubay – Günəş, dəniz və dəbdəbəli təcrübələr
Əgər tətilinizdə dəbdəbə və əyləncə axtarırsınızsa, Dubay mükəmməl seçimdir! Burada lüks otellər, dünya səviyyəli restoranlar və unikal alış-veriş təcrübəsi sizi gözləyir. 8 Martda Dubayın məşhur spa mərkəzlərində özünüzə rahatlıq bəxş edə, səhra safari turunda yeni macəralar yaşaya bilərsiniz.
Paris – Romantikanın paytaxtında xüsusi anlar
Qadınlar Günü münasibətilə sevdiklərinizlə unudulmaz bir səyahət planlaşdırmaq istəyirsinizsə, Paris ideal istiqamətdir. Seine çayında gəmi turu, şokolad və şərab dequstasiyası və Montmartre küçələrində gəzinti bu günü daha da özəl edəcək.
8 Mart üçün hədiyyə fikirləri
8 Martda qadınlara dəyər verdiyinizi göstərmək üçün onlara aşağıdakı hədiyyələrdən birini seçə bilərsiniz:
- Səyahət biletləri – Qadınlara arzuladığı şəhərə səyahət hədiyyə edərək onu sevindirə bilərsiniz. AZAL-ın rahat uçuşları ilə unudulmaz bir tətil planlaşdırın!
- Səyahət üçün faydalı aksesuarlar – Rahat və yüngül çamadan, boyun yastığı, pasport qabı və ya yüksək keyfiyyətli səyahət çantası tez-tez səyahət edən qadınlar üçün ideal hədiyyədir.
- Təcrübə hədiyyələri – Balonla uçuş, yelkənli qayıq turu, şəhər turları və ya kulinariya master-klasları kimi unikal təcrübələr də hədiyyə olaraq düşünülə bilər.
AZAL ilə Qadınlar Günündə xüsusi səyahət
AZAL-ın rahat reysləri ilə 8 Mart tətilinizi mükəmməl səyahətə çevirin. Tətil günlərindən istifadə edərək yeni şəhərləri kəşf edin, özünüzə və yaxınlarınıza unudulmaz anlar bəxş edin. AZAL-ın təklif etdiyi xüsusi təklifləri dəyərləndirin. İndi biletlərinizi əvvəlcədən bron edərək sərfəli qiymətlərdən yararlanın!