banner

Milanda görməli yerlər

Milan İtaliyanın dəb və dizayn mərkəzi kimi, eyni zamanda zəngin tarixi və mədəni irsi ilə tanınan şəhərdir. Hər il milyonlarla turist Milan kafedralını ziyarət etmək, məşhur mağazalarda alış-veriş etmək və bənzərsiz muzeyləri kəşf etmək üçün bura axın edir. Bu yazımızda Milanda mütləq görməli olduğunuz yerləri təqdim edirik.

Milana nə vaxt səyahət etmək əlverişlidir?

Milanda subtropik iqlim hökm sürür. Qışlar soyuq və yağışlı (orta temperatur 3 °C), yaylar isə isti və quraq keçir. Yaz (aprel-may) və payız (sentyabr-noyabr) ayları şəhəri kəşf etmək üçün ən əlverişli dövrlərdir. İzdihamdan qaçmaq istəyirsinizsə, bu fəsilləri seçə bilərsiniz. Şəhəri tam araşdırmaq üçün ən azı 3 gün ayırmağınız tövsiyə olunur.

Milana necə getmək olar?

Heydər Əliyev Beynəlxalq Hava Limanından birbaşa uçuşlarla Milana rahatlıqla çata bilərsiniz. Ən uyğun tarixləri və təklifləri Bakı - Milan aviabileti səhifəsindən yoxlaya bilərsiniz.

Milanda nəqliyyat imkanları

Şəhər həm piyada gəzinti, həm də inkişaf etmiş ictimai nəqliyyat şəbəkəsi ilə rahatdır. Metro, tramvay, avtobus və şəhərətrafı qatarlar ən çox istifadə edilən nəqliyyat vasitələridir. Metro həftənin hər günü saat 06:00-dan 00:30-a qədər fəaliyyət göstərir və Duomo Katedralinə qırmızı (M1) və yaşıl (M3) xətlərlə gedə bilərsiniz. Tramvaylar 05:00-02:30 arası, gecə avtobusları isə səhər saatlarına qədər fəaliyyət göstərir. İctimai nəqliyyat biletlərini metro stansiyalarından və qəzet köşklərindən əldə edə bilərsiniz. Daha rahat səyahət üçün taksi xidməti də mövcuddur.

Milanın gəzməli yerləri

Dəb, incəsənət və dizaynda Avropanın aparıcı şəhəri Milanda sizi unudulmaz tətil gözləyir. Milanda gəzməli yerlərə nəzər salaraq səyahət planınızı yarada bilərsiniz.

Milan kafedralı (Duomo di Milano)

Milan kafedralı dünyanın ən böyük və ən möhtəşəm kafedrallarından biridir. Gotik memarlıq üslubunda inşa edilmiş bu möhtəşəm bina 600 ildən çox müddətdə tamamlanmışdır. Kafedralın damına qalxaraq şəhərin panoramik mənzərəsini seyr edə bilərsiniz. Biletlərinizi əvvəlcədən onlayn sifariş edib gün batımını da izləyə bilərsiniz.

II Vittorio Emanuele qalereyası

İtaliyanın ən qədim alış-veriş mərkəzlərindən biri olan II Vittorio Emanuele qalereyası təkcə alış-veriş üçün deyil, memarlığı ilə də diqqət çəkir. Şüşə dam örtüyü və mozaika döşəmələri ilə bu mərkəz lüks butiklər və restoranlarla zəngindir.

Sforçesko qəsri

Milanın məşhur tarixi abidələrindən biri olan Sforza Qalası, bir vaxtlar şəhərin müdafiə qalası olub. Bu gün isə qalada müxtəlif muzeylər və incəsənət qalereyaları fəaliyyət göstərir. Burada Mikelancelonun tamamlanmamış "Pietà Rondanini" əsərini görə bilərsiniz.

La Skala teatrı

Avropanın ən məşhur opera teatrlarından biri olan La Skala 1778-ci ildən sənətsevərləri qəbul edir. İstəyirsinizsə, opera binasının daxilindəki muzeyə baş çəkib, operanın tarixinə aid sənədləri, geyimləri, rəsmləri və heykəlləri yaxından araşdırma şansı əldə edə bilərsiniz. Milana gedirsinizsə, mütləq konsert, sərgi və ya operaya baxmalısınız. Opera Milan kafedralına piyada məsafədə yerləşir.

Santa Mariya della Qrasiya

Santa Mariya della Qrasiya İtaliyanın Milan şəhərində yerləşən və ilkin olaraq monastır yeməkxanası kimi nəzərdə tutulan bir kilsədir. Bu tarixi abidə UNESCOnun Ümumdünya İrsi siyahısına daxil edilmişdir və yeməkxanasının arxa divarını Leonardo da Vinçinin məşhur "Sonuncu Şam Yeməyi" freskası bəzəyir.

Milana səyahətdən əvvəl bilməli olduqlarınız

Milana səyahət üçün şengen vizası tələb olunur. Səfərdən əvvəl sənədlərinizi tam və düzgün təqdim etdiyinizdən əmin olun.

Milan kafedralı kimi dini məkanları ziyarət edərkən uyğun geyim qaydalarına əməl etmək vacibdir. Çiyinlər və dizlər örtülü olmalıdır.

Şəhəri ictimati nəqliyyat ilə daha sərfəli və rahat gəzmək üçün Milano Card əldə edə bilərsiniz.

Müəllif

Müəllif

Azərbaycan Hava Yolları

Azərbaycanın milli hava daşıyıcısı olaraq, səyahətçilərlə bilik və təcrübələrimizi bölüşməkdən məmnunluq duyuruq. Bloqumuz səyahət məsləhətləri və istiqamətlər haqqında, eləcə də xidmətlərimiz və yeniliklərimiz barədə məlumatlar təqdim edir. AZAL hava nəqliyyatında illər ərzində qazandığı təcrübə ilə hər zaman təhlükəsizlik və rahatlığı ön planda tutaraq mükəmməl səyahət təcrübəsi təmin etməyi hədəfləyir. Aviasiya dünyasını kəşf etmək və Azərbaycan Hava Yolları ilə səyahətin gözəlliyini yaşamaq üçün səfərlərimizə qoşulun.

Oxşar məqalələr

  • Barselonaya səyahət zamanı görməli olduğunuz 10 məşhur yer

    Barselonaya səyahət zamanı görməli olduğunuz 10 məşhur yer

    Siz Barselona səyahət proqramınıza memarlıq möcüzələrini və şəhərin məşhur məhəllələrini daxil edə bilərsiniz.

    Daha çox
  • İstanbul səyahəti, tarixi və mədəni görməli yerlər

    İstanbul səyahəti, tarixi və mədəni görməli yerlər

    İstanbulu gəzmək üçün günlər, hətta həftələr kifayət etmir. Axtardığınız hər şeyi - tarixi yerlər, təbii gözəlliklər və ya mədəni tədbirləri burada tapa bilərsiniz.

    Daha çox
  • Londonda görməli olduğunuz 10 yer

    Londonda görməli olduğunuz 10 yer

    Hər il dünyada ən çox turisti cəlb edən şəhərlər siyahısında ilk sıralarda yer alan London olduqca kosmopolit bir quruluşa malikdir. Şəhərə səfərdən öncə görməli olduğunuz tarixi məkanlar, muzeylər, məşhur küçələr haqqında məlumat əldə edin.

    Daha çox
  • Şengen vizası necə almaq olar?

    Şengen vizası necə almaq olar?

    Bu yazıda Şengen vizası üçün müraciət etməzdən əvvəl nəzərə almalı olduğunuz əsas məqamları və hazırlamalı olduğunuz sənədlərin siyahısını sizə təqdim edəcəyik.

    Daha çox
  • Paris səyahət bələdçiniz

    Paris səyahət bələdçiniz

    Parisdə görməli yerlər və turistik məkanlar haqqında ətraflı məlumat alın. Səyahətdən əvvəl Paris haqqında məlumatları oxuyaraq planlarınızı hazırlayın.

    Daha çox