1. Ümumi məlumat

Bu səhifədə yer alan məlumatlar istifadəçiləri avtomobil icarəsi xidmətinə dair ümumi qaydalar və informasiya ilə tanış etmək məqsədi daşıyır. Qeyd olunur ki, Azərbaycan Hava Yolları avtomobil icarəsi xidmətlərinin göstərilməsi ilə məşğul olmur və icarə prosesinin heç bir mərhələsində xidmət təminatçısı qismində çıxış etmir.
Avtomobil icarəsi ilə bağlı bütün əməliyyatlar — o cümlədən rezervasiya, ödənişlərin həyata keçirilməsi, sığorta təminatı, avtomobilin təhvili və qaytarılması, eləcə də digər müvafiq prosedurlar — tam şəkildə müvafiq beynəlxalq icarə provayderlərinin daxili qaydaları və xidmət şərtləri əsasında icra olunur. Bu səhifədə avtomobil icarəsi ilə bağlı təkliflər, mövcudluq, qiymətlər və kampaniyalar barədə məlumatlar təqdim oluna bilər. Sözügedən məlumatlar xidmət göstərən provayderlər tərəfindən təqdim edilir və Azərbaycan Hava Yolları bu məlumatların dəqiqliyinə, tamlığına və aktuallığına görə heç bir məsuliyyət daşımır.
İstifadəçilər avtomobil icarəsi ilə bağlı hüquqi öhdəliklər, məsuliyyət və xidmət şərtləri barədə ətraflı məlumatı müvafiq provayderin şərtlər və qaydalarından, eləcə də digər rəsmi sənədlərindən əldə etməlidirlər.

2. Yönləndirmə və xidmətin icrası

Azərbaycan Hava Yolları avtomobil icarəsi xidmətinin icrasında iştirak etmir. İstifadəçi avtomobil seçimi, rezervasiya və ödəniş əməliyyatları üçün tərəfdaş icarə şirkətlərinin rəsmi platformalarına yönləndirilir. Bütün xidmət şərtləri, qiymətlər, ödənişlər, sığorta və digər prosedurlar həmin şirkətlərin daxili siyasətlərinə, şərtlər və qaydalar toplularına və ya digər rəsmi sənədlərinə uyğun olaraq həyata keçirilir.

3. Qiymətlər və ödənişlər

Avtomobil icarəsi qiymətləri dinamikdir və seçilmiş provayder tərəfindən müəyyən edilir. Ödənişlər birbaşa icarə şirkətinin platformasında aparılır və Azərbaycan Hava Yolları ödəniş prosesinə müdaxilə etmir. Ödənişlə bağlı yaranan məsələlər provayder tərəfindən həll olunur.

4. Sığorta, depozit və cavabdehlik

Sığorta seçimləri, şərtlər, depozit qaydaları və cavabdehlik tələbləri tam şəkildə icarə şirkətinin siyasətləri ilə tənzimlənir. İcarə müddətində baş verən hər hansı ziyan və ya qayda pozuntusu istifadəçi ilə xidmət provayderi arasında həll olunur.

5. Rezervasiya, ləğv və dəyişikliklər

Rezervasiyaların təsdiqi, ləğv edilməsi və dəyişdirilməsi yalnız müvafiq icarə provayderinin şərtlərinə əsaslanır. Azərbaycan Hava Yolları bu proseslərdə qərar qəbul etmir və müdaxilə etmir.

6. Məxfilik və məlumatların emalı

İstifadəçi məlumatları tərəfdaş icarə şirkətlərinin məxfilik siyasətlərinə uyğun olaraq emal edilir. Azərbaycan Hava Yolları yönləndirmə prosesi xaricində şəxsi məlumatları toplamır və saxlamır.

7. Əqli Mülkiyyət Hüquqları

Bu səhifədə istifadə edilən loqolar, əmtəə nişanları, adlar, brend elementləri və digər əqli mülkiyyət obyektləri müvafiq hüquq sahiblərinə məxsusdur və Azərbaycan Hava Yolları onların istifadəsi və ya bu obyektlərlə bağlı üçüncü şəxslərin hər hansı iddia və tələblərinə görə məsuliyyət daşımır.