Əvvəlcədən baqaj alaraq 10%-dək qənaət edin
Bileti alarkən:
Bir ədəd baqaj (23 kq-a qədər):
70 EUR/75 USD/65 GBP
Bileti alarkən:
Bir ədəd baqaj (32 kq-a qədər):
130 EUR/150 USD/115 GBP
Hava limanında baqaj alarkən:
Bir ədəd baqaj (23 kq-a qədər):
80 EUR/85 USD/75 GBP
Hava limanında baqaj alarkən:
Bir ədəd baqaj (32 kq-a qədər):
160 EUR/170 USD/150 GBP
Necə almaq olar
- Bileti rezervasiya edərkən
- Rezervasiyanın idarə edilməsi bölməsində – uçuşdan ən azı 1 saat əvvəl
- Onlayn Uçuşa qeydiyyat zamanı – uçuşdan 48 saat əvvəlindən 4 saat qalmışa qədər
- Çağrı Mərkəzi vasitəsilə: +994 (12) 598 88 80 – əgər uçuşa 4 saatdan çox qalıbsa və onlayn qeydiyyat tamamlanmayıbsa
- Hava limanındakı qeydiyyat masasında – qeydiyyat bağlanana qədər və onlayn qeydiyyat tamamlanmayıbsa
Baqaj Ölçüləri, Çəkisi və Artıq Çəki Üçün Ödənişlər
Hər əlavə baqaj 23 kq-dan çox olmamalıdır. Ümumi ölçülər (hündürlük x en x uzunluq) 158 sm-dən çox olmamalıdır.
80 EUR / 85 USD / 75 GBP
158 sm – 203 sm ölçülər aralığında – əlavə ödəniş:
80 EUR / 85 USD / 75 GBP
203 sm-dən çox ölçü – əlavə ödəniş:
160 EUR / 170 USD / 150 GBP
23 kq-dan çox, lakin 32 kq-dan az – əlavə ödəniş:
80 EUR / 85 USD / 75 GBP
2 yaşına qədər olan və ayrı oturacaq olmadan valideynin qucağında səyahət edən uşaqlar üçün: 1 ədəd pulsuz baqaj (10 kq-a qədər, 118 sm-dən artıq olmayan ölçülərlə)
2-12 yaş arası uşaqlar üçün baqaj qaydaları böyüklərlə eynidir.
Pulsuz baqaj limiti ilə yanaşı, sərnişinlər aşağıdakı əşyaları əlavə olaraq daşıya bilərlər:
Uçuş müddəti üçün uşaq qidası
2 yaşına qədər körpə/uşaq üçün beşik
2 yaşına qədər körpə/uşaq üçün yüngül qatlanan uşaq arabası (təyyarənin yük bölməsində daşınır)
Bütün baqaj ödənişləri (EUR, AED, USD, GBP, SAR, KWD və s. – uçuş ölkəsinə əsasən) yerli valyutada və rəsmi məzənnə ilə həyata keçirilir.
Əlavə baqaj və limiti aşan hallarda əlavə ödənişlər tətbiq olunur.
Bütün növ uşaq və əlil arabaları təyyarənin yük bölməsində pulsuz daşınır və standart baqaj limitindən kənar qəbul olunur.
AZAL Miles Üzvləri üçün
AZAL Miles proqramının qaydalarına əsasən, Silver, Gold və Platinum statusuna malik sərnişinlərə AZAL tərəfindən həyata keçirilən reyslərdə 23 kq-a qədər bir, Elite statuslu sərnişinlərə isə 23 kq-a qədər iki əlavə baqaj vahidi ödənişsiz təqdim edilir.