Gündəlik xərclərinizi uçuş milləri ilə ödəyin

Gündəlik xərclərinizi uçuş milləri ilə ödəməyin mümkün olduğunu bilirsinizmi? AZAL Miles proqramının iştirakçısı olaraq kommunal ödənişlər, mobil operator xidmətləri və digər gündəlik xərclərinizi topladığınız millər ilə ödəyə bilərsiniz!

AZAL Miles proqramının iştirakçısı olaraq topladığınız uçuş millərini gündəlik xərcləriniz üçün istifadə edə bilərsiniz.

  1. Uçuş milləri ilə aşağıdakı ödənişləri həyata keçirə bilərsiniz:
    • Mobil operator ödənişləri
    • Parkinq ödənişləri
    • Kommunal xidmətlər üzrə ödənişlər
  2. Hazırda Azərişıq, Azəristilik, Azəriqaz və Azərsu xidmətləri mövcuddur. Qeyd edək ki, Azərişıq, Azəriqaz və Azərsu xidmətləri yalnız əhali (fiziki şəxslər) üçün aktivdir.
  3. Hər 1 AZN ödəniş üçün 75 uçuş mili hesablanır.
  4. Bütün ödənişlər veb sayt AZAL Miles şəxsi kabinetdə və ya AZAL mobil tətbiqi vasitəsilə həyata keçirilir.
  5. Yalnız parkinq ödənişləri AZAL mobil tətbiqi vasitəsilə icra edilməsi mümkündür.
  6. Uçuş milləri ilə edilən ödənişlər üzrə əlavə mil hesablanmır.