Zaqatala_background.webp

Zaqatalada gəzməli yerlər

Azərbaycanda gəzməli və görməli məkanlarının fərqliliyi ilə seçilən şəhərlərdən biri olan Zaqatala, həm yerli, həm də xarici turistlər üçün ideal səyahət məkanıdır. Böyük Qafqaz dağlarının şimal-qərb yamaclarında yerləşir. Zəngin təbiəti, tarixi abidələri və səmimi atmosferi ilə seçilir. Regionun tarixi, mədəniyyəti və mətbəxi özünəməxsus cazibə yaradır. Gəlin, Zaqatala’da görməli yerlərə birlikdə baxaq.

Mündəricat

Zaqatala Qalası

19-cu əsrdə Rusiya İmperiyası dövründə tikilən bu qala şəhərin görməli yerlərindən biri hesab olunur. Ətrafında gəzin və tarixə səyahət edin. Qalanın memarlıq üslubu yerli və rus hərbi memarlığının qarışığıdır. Keçmişdə o, sərhədlərin qorunması və inzibati idarə mərkəzi kimi istifadə edilib. İndi isə bölgənin tarixi abidəsi kimi qorunur.

Zaqatala_Qalası.webp

Zaqatala Dövlət Təbiət Qoruğu

Minlərlə hektarı əhatə edən geniş təbiət qoruğudur. Burada nadir bitki və heyvan növləri yaşayır. Təbiətsevərlər üçün mütləq görülməli yerlərdən biridir. Qoruq Qafqazın endemik və nəsli kəsilməkdə olan növlərini qoruyur və bioloji müxtəlifliyi ilə seçilir.

Zaqatala Bazarı

Bu bazar yerli məhsullar – bal, meyvə və əl işi suvenirlər ilə zəngindir.Bazarın ən yaxşı ziyarət vaxtı səhər və günortadır, xüsusilə həftə sonları daha az izdiham olur. Burada alış-verişdən əlavə, bölgənin tarixi və mədəniyyəti ilə də tanış ola biləcəksiniz. Xatirə olaraq yerli bal, dərman bitkiləri və əl işi suvenirlər ala bilərsiniz.

Zaqatala Rayon Mərkəzi Məscidi

Zaqatala şəhərinin mərkəzində yerləşən bu məscid rayonun ən böyük və görkəmli dini abidələrindən biridir. Memarlıq baxımından sadə, lakin zərif üslubu ilə seçilən məscid həm yerli əhalinin ibadət məkanı, həm də turistlər üçün maraqlı ziyarət nöqtəsidir. Məscidin həyəti yaşıllıqlarla əhatələnib, sakit və mənəvi bir mühit yaradır. Burada həm Azərbaycan memarlıq ənənələrinin, həm də bölgənin mədəni dəyərlərinin izlərini görmək mümkündür.

Zaqatala_Rayon_Mərkəzi_Məscidi.jpg

Katexçay Şəlaləsi

Katex kəndinin yaxınlığında yerləşən bu şəlalə meşənin dərinliyindədir və bölgənin ən gözəl təbii məkanlarından biridir. Yay aylarında ziyarət üçün ideal olan bu yer, ailə və dostlarla piknik etmək, təbiətin yaşıl gözəlliyi ilə əhatə olunmaq üçün mükəmməldir.

Zaqatala_Katexçay_Şəlaləsi.jpg

Ümid gölü

Zaqatalanın Çobankol kəndi yaxınlığında yerləşən Ümid gölü, sakitliyi və füsunkar təbiəti ilə seçilən yerlərdən biridir. Meşə və dağlarla əhatələnmiş bu kiçik göl yay aylarında sərin havası və gözəl mənzərəsi ilə ziyarətçiləri cəlb edir. Burada balıq tutmaq, piknik etmək və təbiətin qoynunda dincəlmək mümkündür. Ümid gölü, Zaqatalada dincəlmək və təbiətin gözəlliklərindən həzz almaq üçün ideal məkandır.

Zaqatala_Ümid_gölü.jpg

Car kəndi

Memarlığı və tarixi Alban kilsəsi qalıqları ilə tanınan bu kənd tarixlə maraqlananlar üçün ideal yerdir. Burada taxta evləri kəşf edə, yerli sakinlərin gündəlik həyatını yaxından görə bilərsiniz. Car kəndində gəzmək və təbiətin gözəlliyinə heyran olmaq üçün rahat ayaqqabı geyinmək məsləhətdir.

Zaqatala_Car_kəndi.jpg

Qəbizdərə kəndi

Şəhər mərkəzindən cəmi 8 km aralıda, Böyük Qafqaz dağlarının ətəyində yerləşir. Katexçayın sahilində, meşə və dağlarla əhatələnmiş bu kənd sakitliyi və təbiət gözəllikləri ilə seçilir. Burada yerləşən məşhur Qəbizdərə şəlaləsi bölgənin ən gur sulu və möhtəşəm şəlalələrindəndir. Yay aylarında kəndə gələn turistlər şəlaləyə yaxınlaşıb onun sərin havasını hiss edə bilir, kənddə isə ənənəvi evlər, təndir çörəyi və mehriban insanlar qonaqları qarşılayır.

Kas kəndi

Zaqatalanın dağətəyi zonasında yerləşən Kas kəndi, təmiz və sakit məkan axtaranların sevimlisidir. Gur meşələr, çəmənliklər və dağ çayları ilə əhatələnmiş Kas kəndində təbiətin gözəlliyi hər addımda hiss olunur. Burada kənd həyatı ilə tanış olmaq, təbii məhsulların dadına baxmaq və dağ havasında istirahət etmək mümkündür. Kas kəndindəki qonaq evlərində gecələmək, kənd həyatını yaxından görmək üçün əla fürsətdir.

Müəllif

authorlogo.png

Azərbaycan Hava Yolları

Azərbaycanın milli hava daşıyıcısı olaraq, səyahətçilərlə bilik və təcrübələrimizi bölüşməkdən məmnunluq duyuruq. Bloqumuz səyahət məsləhətləri və istiqamətlər haqqında, eləcə də xidmətlərimiz və yeniliklərimiz barədə məlumatlar təqdim edir. AZAL hava nəqliyyatında illər ərzində qazandığı təcrübə ilə hər zaman təhlükəsizlik və rahatlığı ön planda tutaraq mükəmməl səyahət təcrübəsi təmin etməyi hədəfləyir. Aviasiya dünyasını kəşf etmək və Azərbaycan Hava Yolları ilə səyahətin gözəlliyini yaşamaq üçün səfərlərimizə qoşulun.

Oxşar məqalələr

  • __Background_.png

    Bakıda gəzməli yerlər

    Bakıda görməli yerlər, muzeylər, parklar haqqında məlumat əldə edərək şəhərdə turist kimi gəzin. Bakıda turistik yerlər haqqında ətraflı oxumaq üçün keçid edin.

    Daha çox
  • Background,_Qakh_seheri.jpg

    Qaxda gəzməli yerlər

    Qaxda mütləq görməli yerlər: İlisu kəndi, Mamırlı şəlalə, Kurmux məbədi, İçəribazar, Ləkit Bal Evi və daha çox. Təbiyyət və tarix bir arada sizi gözləyir!

    Daha çox