banner

Trabzonda gəzməli yerlər

Trabzon Qara dəniz sahilində yerləşən tarixi və təbiəti ilə göz oxşayan bir şəhərdir. Zəngin mədəniyyəti və möhtəşəm təbiəti ilə ziyarətçiləri valeh edir. Əgər Trabzona səfər etməyi düşünürsünüzsə, bu bloqda şəhərin ən görməli yerlərindən bəhs edəcəyik.

Sümela Monastırı

Sumela Monastırı Türkiyənin Trabzon şəhərində, Maçka rayonunda dik qayalar üzərində yerləşən tarixi bir monastırdır. Məlumatlara əsasən, 4-cü əsrdə inşa edilmiş bu monastır xristian dünyasının mühüm dini və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Monastır kompleksi freskalarla bəzədilmiş kilsə, yataqxanalar, kitabxana və digər binalardan ibarətdir. Füsunkar təbiət mənzərələri ilə əhatələnən Sumela Monastırı hazırda muzey kimi fəaliyyət göstərir və turistlərin maraqla ziyarət etdiyi məkanlardan biridir.

Necə getmək olar? Trabzon şəhər mərkəzindən təxminən 25 km məsafədə yerləşir. Avtomobil və ya tur vasitəsilə rahatlıqla gedə bilərsiniz.

banner

Ayasofya Muzeyi

Trabzon Ayasofya muzeyi Türkiyənin Trabzon şəhərində yerləşən tarixi, dini abidədir. 13-cü əsrdə Trabzon İmperiyası dövründə inşa edilmiş bu bina əvvəlcə kilsə kimi fəaliyyət göstərmiş, sonradan məscidə çevrilmiş və hazırda muzey kimi istifadə olunur. Binanın daxili və xarici hissələri zəngin freskalarla bəzədilmişdir. Ayasofya Bizans və Gürcü memarlıq üslublarının izlərini daşıyan mühüm tarixi əsərlərdən biridir. Dəniz kənarında yerləşən bu abidə həm tarixi, həm də memarlıq üslubu ilə turistlərin diqqətini cəlb edir.

banner

Atatürk Köşkü

Trabzon Atatürk Köşkü Türkiyənin Trabzon şəhərində, Soğuksu səmtində yerləşən tarixi bir villadır. 19-cu əsrin sonlarında inşa edilmiş bu bina memarlıq baxımından Avropa üslubuna malikdir. Mustafa Kamal Atatürk 1924, 1930 və 1937-ci illərdə Trabzona səfərləri zamanı burada qalmışdır. O, 1937-ci ildə Türkiyə Respublikasına aid vəsiyyətini bu köşkdən elan etmişdir. Hazırda muzey kimi fəaliyyət göstərən Atatürk Köşkü ziyarətçilərə Atatürkün şəxsi əşyaları və dövrün memarlıq xüsusiyyətlərini görmək imkanı təqdim edir.

banner

Trabzon qalası

Trabzon Qalası Roma dövründən etibarən mövcud olmuş və sonralar Bizans, Trabzon İmperiyası və Osmanlı dövrlərində istifadə edilmişdir. Şəhərin ən yüksək nöqtəsində yerləşən bu qala yuxarı, orta və aşağı hissələrdən ibarətdir. Trabzon Qalası müdafiə məqsədilə inşa edilib və şəhərin strateji əhəmiyyətini qorumaqda mühüm rol oynayıb. Günümüzdə qaladan bəzi hissələr qalsa da, hələ də tarixi görkəmi və şəhərə açılan mənzərəsi ilə turistlərin marağını cəlb edir.

banner

Uzungöl

Dağlar və sıx meşələrlə əhatələnmiş bu göl füsunkar mənzərəsi və sakit atmosferi ilə tanınır. Göl Haldizen çayının torpaq sürüşməsi nəticəsində meydana gəlmişdir. Uzungöl bölgəsi ekoturizm və təbiət həvəskarları üçün ideal bir yerdir, burada yürüyüş, quş müşahidəsi və yerli mətbəxin dadına baxmaq kimi fəaliyyətlər mümkündür. Yay aylarında turistlərin ən çox ziyarət etdiyi yerlərdən biri olan Uzungöl unikal təbiəti və sərin iqlimi ilə məşhurdur.

banner

Yaylalar

Qara dəniz yayla mədəniyyəti deməkdir. Trabzon və ətraflarında yaşılın hər tonunu görə biləcəyiniz çoxlu yaylalar var. Maçka və Tonya rayonlarında cəmləşən yaylalar təbiətdə gəzinti, fotoqrafiya və düşərgə kimi fəaliyyətlər üçün idealdır. Düzköy, Sultanmurat və Kadırğa kimi əsas yaylalarda dinclik və təbiətdən həzz ala bilərsiniz.

Trabzon həm tarixi abidələri, həm də təbiət möcüzələri ilə Qara dəniz bölgəsinin incisi sayılır. Bu şəhərə səfər edərək həm dəniz havası ala, həm də dağların qoynunda gözəl mənzərələrin şahidi ola bilərsiniz.

banner

Müəllif

Müəllif

Azərbaycan Hava Yolları

Azərbaycanın milli hava daşıyıcısı olaraq, səyahətçilərlə bilik və təcrübələrimizi bölüşməkdən məmnunluq duyuruq. Bloqumuz səyahət məsləhətləri və istiqamətlər haqqında, eləcə də xidmətlərimiz və yeniliklərimiz barədə məlumatlar təqdim edir. AZAL hava nəqliyyatında illər ərzində qazandığı təcrübə ilə hər zaman təhlükəsizlik və rahatlığı ön planda tutaraq mükəmməl səyahət təcrübəsi təmin etməyi hədəfləyir. Aviasiya dünyasını kəşf etmək və Azərbaycan Hava Yolları ilə səyahətin gözəlliyini yaşamaq üçün səfərlərimizə qoşulun.

Oxşar məqalələr

  • Tbilisidə görməli olduğunuz 10 məşhur yer

    Tbilisidə görməli olduğunuz 10 məşhur yer

    Tbilisi səfərinə çıxmağı qərara almısınız və artıq səyahətinizi planlamaq istəyirsiniz? O zaman Tbilisidə gəzməli yerlər haqqında qeydlərimizi oxuyaraq plan qura bilərsiniz.

    Daha çox
  • Balkan yarımadasında ən gözəl şəhərlər və gəzməli yerlər

    Balkan yarımadasında ən gözəl şəhərlər və gəzməli yerlər

    Balkan yarımadası zəngin tarixi, mədəni müxtəlifliyi və təbiət möcüzələri ilə dünyanın ən cazibədar bölgələrindən biridir. Şərqin və Qərbin mədəniyyətləri ilə iç-içə olan bu region hər bir ziyarətçiyə fərqli təəssüratlar bəxş edir. Balkanlarda yerləşən şəhərlər tarixi abidələri, rəngarəng küçələri və gözoxşayan mənzərələri ilə diqqət çəkir. Bu yazımızda Balkan yarımadasının ən gözəl şəhərlərini və gəzməli yerlərini təqdim edəcəyik.

    Daha çox
  • İstanbul səyahəti, tarixi və mədəni görməli yerlər

    İstanbul səyahəti, tarixi və mədəni görməli yerlər

    İstanbulu gəzmək üçün günlər, hətta həftələr kifayət etmir. Axtardığınız hər şeyi - tarixi yerlər, təbii gözəlliklər və ya mədəni tədbirləri burada tapa bilərsiniz.

    Daha çox
  • Barselonaya səyahət zamanı görməli olduğunuz 10 məşhur yer

    Barselonaya səyahət zamanı görməli olduğunuz 10 məşhur yer

    Siz Barselona səyahət proqramınıza memarlıq möcüzələrini və şəhərin məşhur məhəllələrini daxil edə bilərsiniz.

    Daha çox
  • Berlində gəzməli yerlər

    Berlində gəzməli yerlər

    Berlində gəzməli yerlər haqqında məlumat alın. Tarixi abidələr, mədəniyyət mərkəzləri və unikal müasir məkanlar ilə zəngin bu şəhərdə görməli ən maraqlı yerləri sizin üçün topladıq.

    Daha çox