banner

Sankt-Peterburqda gəzməli yerlər

Yüzlərlə muzey, füsunkar memarlıq və möhtəşəm tarix... Təbii ki, söhbət Avropanın dördüncü, Rusiyanın isə ikinci ən böyük şəhəri olan Sankt-Peterburqdan gedir. Rus memarlığının ən gözəl nümunələri və 17-18-ci əsrləri xatırladan küçələri ilə dünyanın ən gözəl şəhərlərindən biri sayılan Sankt-Peterburq mütləq görməli olduğunuz şəhərlər sırasındadır. Rusiyanın bu maraqlı şəhərini görmək istəyirsinizsə, Bakı - Sankt-Peterburq bileti əldə edə bilərsiniz.

Sankt-Peterburqda gəzməli yerlər

Sankt-Peterburq Rusiyanın Avropaya giriş qapısıdır və burada 300-dən çox muzey var. 1700-cü illərdə rus çarı I Pyotr tərəfindən salınmış şəhər 200 il ərzində Rusiya Çarlığının paytaxtı titulunu daşımışdır. Ona görə də Sankt-Peterburq ziyarət edilməli mədəni və tarixi yerlər baxımından çox zəngindir.

Nevski Prospekti

Nevski prospekti həm şəhərin mərkəzi, həm də Rusiyanın ən məşhur küçələrindən biridir. 1703-cü ildə şəhərin qurulması ilə mərkəz olaraq təyin olunan bölgə bu gün də bütün canlılığını qoruyub saxlayır. Küçə boyu çoxlu muzeylər, kitab mağazaları və rəsm qalereyaları var və bulvar boyunca tikilmiş binaların qeyri-adi arxitekturası mütləq görülməyə dəyər.

Nevski Prospekti

Ermitaj Muzeyi

Sankt-Peterburq muzeylər şəhəri olaraq bilinir. Bu muzeylər arasında Ermitaj muzeyi ən məşhurlarından biridir. 1852-ci ildə açılan Ermitaj Muzeyində hazırda 3 milyondan çox əsər var.

Ermitaj Muzeyi

Kazan kafedralı

Rus memarlığının möhtəşəm tikililəri haqqında düşünməmək mümkün deyil. Bu memarlığın füsunkar nümunələrindən biri Kazan kafedralıdır. Yarım ay şəklində dizayn edilmiş kafedral 1801-ci ildə tikilmişdir.

Kazan kafedralı

Peterhof saray-park kompleksi

Sankt-Peterburqda da bir çox Avropa strukturlarından təsirlənmiş binalar var. Bunların arasında ən görkəmlilərindən biri də Fransada Versal sarayından nümunə götürülərək tikilmiş Peterhof sarayıdır. Fin körfəzinin cənub sahilində yerləşən saray Sankt-Peterburq şəhərinin Petrodvorets rayonundakı federal əhəmiyyətli Peterhof şəhərinin şəhərdaxili ərazisində yerləşir.

Peterhof saray-park kompleksi

Sankt-Peterburqda şəhər daxili nəqliyyatı

Sankt-Peterburqda həm yerli sakinlər, həm də turistlər taksilərdən tez-tez istifadə edirlər. Şəhərdə rəsmi fəaliyyət göstərən taksilərdən əlavə, Sankt-Peterburqda yaşayan insanlar bəzən şəxsi avtomobilləri ilə taksi xidməti göstərə bilirlər. Ancaq bu xidməti almaq istəyirsinizsə, əvvəlcədən danışıqlar aparmalısınız.

Taksilərdən başqa, Sankt-Peterburqun avtobus şəbəkəsi də kifayət qədər inkişaf etmişdir. Xüsusilə şəhərin ən mərkəzi hissəsi sayılan Nevski Bulvarından bir çox bölgəyə nəqliyyat təmin edən avtobus xətləri var. Bundan əlavə, təkcə nəqliyyat vasitəsi kimi deyil, həm də turistik məkan kimi xidmət edən Sankt-Peterburq metrosu şəhər nəqliyyatı baxımından çox faydalıdır. Sankt-Peterburq metrosu sərnişinləri şəhərin bir nöqtəsindən digərinə çatdırmaqla yanaşı, həm də sənət əsəri olan sütunları ilə heyranlıq oyadır və Sankt-Peterburqda da görməli yerlər sırasındadır.

Müəllif

Müəllif

Azərbaycan Hava Yolları

Azərbaycanın milli hava daşıyıcısı olaraq, səyahətçilərlə bilik və təcrübələrimizi bölüşməkdən məmnunluq duyuruq. Bloqumuz səyahət məsləhətləri və istiqamətlər haqqında, eləcə də xidmətlərimiz və yeniliklərimiz barədə məlumatlar təqdim edir. AZAL hava nəqliyyatında illər ərzində qazandığı təcrübə ilə hər zaman təhlükəsizlik və rahatlığı ön planda tutaraq mükəmməl səyahət təcrübəsi təmin etməyi hədəfləyir. Aviasiya dünyasını kəşf etmək və Azərbaycan Hava Yolları ilə səyahətin gözəlliyini yaşamaq üçün səfərlərimizə qoşulun.

Oxşar məqalələr

  • Tbilisidə görməli olduğunuz 10 məşhur yer

    Tbilisidə görməli olduğunuz 10 məşhur yer

    Tbilisi səfərinə çıxmağı qərara almısınız və artıq səyahətinizi planlamaq istəyirsiniz? O zaman Tbilisidə gəzməli yerlər haqqında qeydlərimizi oxuyaraq plan qura bilərsiniz.

    Daha çox
  • Barselonaya səyahət zamanı görməli olduğunuz 10 məşhur yer

    Barselonaya səyahət zamanı görməli olduğunuz 10 məşhur yer

    Siz Barselona səyahət proqramınıza memarlıq möcüzələrini və şəhərin məşhur məhəllələrini daxil edə bilərsiniz.

    Daha çox
  • Berlində gəzməli yerlər

    Berlində gəzməli yerlər

    Berlində gəzməli yerlər haqqında məlumat alın. Tarixi abidələr, mədəniyyət mərkəzləri və unikal müasir məkanlar ilə zəngin bu şəhərdə görməli ən maraqlı yerləri sizin üçün topladıq.

    Daha çox
  • İstanbul səyahəti, tarixi və mədəni görməli yerlər

    İstanbul səyahəti, tarixi və mədəni görməli yerlər

    İstanbulu gəzmək üçün günlər, hətta həftələr kifayət etmir. Axtardığınız hər şeyi - tarixi yerlər, təbii gözəlliklər və ya mədəni tədbirləri burada tapa bilərsiniz.

    Daha çox
  • Londonda görməli olduğunuz 10 yer

    Londonda görməli olduğunuz 10 yer

    Hər il dünyada ən çox turisti cəlb edən şəhərlər siyahısında ilk sıralarda yer alan London olduqca kosmopolit bir quruluşa malikdir. Şəhərə səfərdən öncə görməli olduğunuz tarixi məkanlar, muzeylər, məşhur küçələr haqqında məlumat əldə edin.

    Daha çox