banner

Moskvada gəzməli yerlər

Zəngin tarixi və mədəni dəyərləri, eləcə də möhtəşəm memarlığı ilə Moskva öz qonaqlarını füsunkar səyahətə dəvət edir. Ədəbiyyat və incəsənətlə maraqlanırsınızsa, şəhərdə dünya şöhrətli rus yazıçılarının həyat və yaradıcılığı ilə tanış ola, muzeylərdə mədəniyyət turuna çıxa bilərsiniz. Rusiyanın paytaxtı Moskva özünəməxsus gözəllikləri ilə səyahət həvəskarlarını gözləyir. Hər il milyonlarla ziyarətçi bu şəhərin möcüzələrini kəşf etmək üçün bura axışır. Bu bloqda "Moskvada gəzməli yerlər" mövzusunda şəhərin ən diqqətəlayiq məkanlarını, tarixi abidələrini və müasir cazibə nöqtələrini araşdıracağıq.

Moskvada mütləq görməli olduğunuz 8 yer

1480-ci ildən bəri Rusiyanın paytaxtı olan Moskva zəngin tarixi və görməli yerləri ilə turistlər üçün əvəzolunmaz məkanlardan biridir. Möhtəşəm Sovet memarlığı və gözoxşayan tikililəri ilə Moskva fərqli bir səyahət təcrübəsi üçün ideal seçimdir. Budur, Moskvada gəzməli yerlər siyahısı!

Qızıl Meydan

Tarix boyu bir çox tədbir və mərasimlərə ev sahibliyi edən Qızıl Meydan Kremlin divarlarının inşasından sonra yaradılan nəhəng bir sahədir. Şəhərin mərkəzində yerləşən bu möhtəşəm meydanda Leninin məqbərəsi və Vasil Kilsəsi kimi mühüm abidələri görmək mümkündür. Öz rəngli və diqqətçəkən memarlığı ilə turistlərin ən çox ziyarət etdiyi məkanlardan biridir. 1990-cı ildən etibarən UNESCO-nun Dünya İrs Siyahısında yer alır.

Kremlin Sarayı

Borovitski Təpəsində yerləşən Kremlin Sarayı şəhərin ən möhtəşəm tarixi abidələrindən biridir. Çarların iqamətgahı kimi istifadə edilən bu saray illər ərzində bir çox memarın əməyi ilə bugünkü möhtəşəm görünüşünə qovuşmuşdur. Hazırda Rusiya prezidentinin rəsmi iqamətgahı kimi fəaliyyət göstərir. Sarayın çan qülləsi və muzey bölməsi turistlərin ziyarətinə açıqdır.

Bolşoy Teatrı

1776-cı ildə Joseph Bové tərəfindən dizayn edilən Bolşoy Teatrı Moskvanın mədəni və bədii həyatının ən qiymətli xəzinələrindən biridir. Neoklassik üslubda inşa edilən teatr möhtəşəm akustikası və səhnə dekorasiyaları ilə seçilir. Teatrın muzeyində səhnə kostyumlarını görmək və dünya şöhrətli Rus baleti tamaşalarını izləmək mümkündür.

Qorki Parkı

1928-ci ildən fəaliyyət göstərən Qorki Parkı şəhərin səs-küyündən uzaqlaşaraq dincəlmək istəyənlər üçün mükəmməl bir məkandır. Park həm böyüklər, həm də uşaqlar üçün müxtəlif əyləncə və idman fəaliyyətləri təqdim edir. Burada buz meydançasında sürüşmə, qayıqla gəzinti və at minmə kimi fəaliyyətlərdən zövq ala bilərsiniz.

Arbat Küçəsi

1986-cı ildən bəri Moskvanın ən hərəkətli nöqtələrindən biri olan Arbat Küçəsi 1994-cü ildə nəqliyyat üçün bağlandıqdan sonra daha da populyarlaşmışdır. Küçə boyunca çoxlu mağazalar, restoranlar və kafelər yerləşir. Şövalyələr Evi, Puşkin Muzeyi və Viktor Tsoi Anı Divarı küçənin diqqət çəkən məkanlarındandır.

Puşkin Muzeyi

1912-ci ildə Moskva Universitetinin təşəbbüsü ilə qurulan Puşkin Muzeyi dünyanın ən məşhur incəsənət muzeylərindən biridir. Muzeydə Troya xəzinələri, Qədim Misir əsərləri və müasir sənət əsərləri kimi bir çox dəyərli eksponatlar sərgilənir.

Zaryadye Parkı

Müasir memarlıq və təbiətin sintezini əks etdirən Zaryadye Parkı Moskvanın ən yeni turistik məkanlarından biridir. Parkdakı məşhur "uçan körpü" Moskvanın füsunkar panoramasını təqdim edir.

Ostankino Televiziya Qülləsi

Avropanın ən hündür tikilisi olan Ostankino Qülləsi Moskvanı 360 dərəcə panoramik şəkildə görmək imkanı yaradır. Qüllənin şəffaf döşəməli müşahidə meydançası ziyarətçilərə unudulmaz anlar bəxş edir.

Getməzdən əvvəl bilməli olduğunuz məlumatlar

Moskvada ingiliscə danışan biri ilə qarşılaşma şansı olduqca aşağıdır. Odur ki, rus dili bilmirsinizsə, rus dilində tərcümə proqramlarını telefonunuza yükləmək işinizi asanlaşdıra bilər. Moskvada istifadə etdiyiniz bank kartları işləməyəcək. Odur ki, özünüzlə nağd pul götürməyinizi tövsiyə edirik. Moskvada valyutadəyişmə məntəqəsində pul dəyişdirərkən və ya muzeyə giriş bileti alarkən belə, çox güman ki, pasportunuzla tanış olmağı xahiş edəcək zabitlərlə qarşılaşacaqsınız. Bu səbəbdən pasportunuzu həmişə yanınızda saxlamaq sizin üçün daha asan ola bilər.

Müəllif

Müəllif

Azərbaycan Hava Yolları

Azərbaycanın milli hava daşıyıcısı olaraq, səyahətçilərlə bilik və təcrübələrimizi bölüşməkdən məmnunluq duyuruq. Bloqumuz səyahət məsləhətləri və istiqamətlər haqqında, eləcə də xidmətlərimiz və yeniliklərimiz barədə məlumatlar təqdim edir. AZAL hava nəqliyyatında illər ərzində qazandığı təcrübə ilə hər zaman təhlükəsizlik və rahatlığı ön planda tutaraq mükəmməl səyahət təcrübəsi təmin etməyi hədəfləyir. Aviasiya dünyasını kəşf etmək və Azərbaycan Hava Yolları ilə səyahətin gözəlliyini yaşamaq üçün səfərlərimizə qoşulun.

Oxşar məqalələr

  • Barselonaya səyahət zamanı görməli olduğunuz 10 məşhur yer

    Barselonaya səyahət zamanı görməli olduğunuz 10 məşhur yer

    Siz Barselona səyahət proqramınıza memarlıq möcüzələrini və şəhərin məşhur məhəllələrini daxil edə bilərsiniz.

    Daha çox
  • Berlində gəzməli yerlər

    Berlində gəzməli yerlər

    Berlində gəzməli yerlər haqqında məlumat alın. Tarixi abidələr, mədəniyyət mərkəzləri və unikal müasir məkanlar ilə zəngin bu şəhərdə görməli ən maraqlı yerləri sizin üçün topladıq.

    Daha çox
  • İstanbul səyahəti, tarixi və mədəni görməli yerlər

    İstanbul səyahəti, tarixi və mədəni görməli yerlər

    İstanbulu gəzmək üçün günlər, hətta həftələr kifayət etmir. Axtardığınız hər şeyi - tarixi yerlər, təbii gözəlliklər və ya mədəni tədbirləri burada tapa bilərsiniz.

    Daha çox
  • Londonda görməli olduğunuz 10 yer

    Londonda görməli olduğunuz 10 yer

    Hər il dünyada ən çox turisti cəlb edən şəhərlər siyahısında ilk sıralarda yer alan London olduqca kosmopolit bir quruluşa malikdir. Şəhərə səfərdən öncə görməli olduğunuz tarixi məkanlar, muzeylər, məşhur küçələr haqqında məlumat əldə edin.

    Daha çox
  • Milanda görməli yerlər

    Milanda görməli yerlər

    Milanda görməli yerləri kəşf edin. Tarixi abidələr, dəb dünyası, mədəniyyət və incəsənət məkanları ilə zəngin bu şəhərdə görməli ən maraqlı yerləri sizin üçün topladıq.

    Daha çox