__Background_.png

İstanbulda görməli yerlər və səyahət planı

İstanbul tarixin, mədəniyyətin və müasirliyin mükəmməl vəhdət təşkil etdiyi unikal bir şəhərdir. Avropa və Asiyanın qovuşduğu bu möhtəşəm metropol minilliklər boyu müxtəlif sivilizasiyalara ev sahibliyi edərək, zəngin irsi və rəngarəng atmosferi ilə hər kəsi valeh edir.Bu bələdçi vasitəsilə İstanbulun ən gözəl görməli yerlərini, unudulmaz ləzzətlərini, alış-veriş məkanlarını və əyləncə imkanlarını kəşf edəcəksiniz. Qədim saraylardan və tarixi bazarlardan tutmuş İstanbul sizi hər an heyran qoyacaq. Səyahətiniz boyunca bu şəhərin sehrini hiss etməyə hazır olun!

Mündəricat

İstanbulda görməli yerlər

Tarixi keçmişi və təbii gözəllikləri, dinamik gecə həyatı və zəngin mədəni tədbirləri ilə turistləri valeh edən İstanbul bir an belə boş qalmayacağınız bir şəhərdir. Burada istəsəniz köhnə küçələri kəşf edə, mədəni tədbirlərə qatıla və ya sarayları ziyarət edərək tarixə səyahət edə bilərsiniz.

__İstanbulsəyahətbələdçiniz.png

Qalalar

İstanbulun simvollarından sayılan və şəhərin demək olar ki, hər tanıtımında yer alan Qız Qalası və Qalata Qülləsi mütləq görməli yerlərdəndir. Bosfor boğazının ortasında yerləşən Qız Qalası əsrlər boyu həbsxana, radio stansiyası, mayak, karantin mərkəzi və gömrük nəzarət məntəqəsi kimi istifadə olunmuş, hazırda isə şəhərin ən prestijli restoranlarından biri kimi xidmət göstərir.Bizans dövründə inşa edilən Qalata Qülləsi, İstanbulun mərkəzində tarixi ab-havası ilə diqqət çəkir. Bir vaxtlar mayak kimi istifadə edilən bu qüllə yanğınlar nəticəsində zərər görmüş və sonuncu dəfə 1967-ci ildə bərpa edilərək turistlərin ziyarətinə açılmışdır.

__Rotes_Rathaus_Neptun_çeşməsi.png

Muzeylər

İndiyə qədər qorunub saxlanılan saraylar arasında dünyanın ən qədim və ən böyük sarayı ünvanına sahib olan Topqapı Sarayı 400 il boyunca Osmanlı imperiyasının idarəetmə və iqamətgah mərkəzi olmuşdur. Memarlıq üslubu, arxiv sənədi və nadir kolleksiyaları ilə saray yerli və xarici turistlərin böyük marağına səbəb olur.Dolmabağça Sarayı isə Osmanlı imperiyasının əzəmətini nümayiş etdirmək məqsədilə tikilmişdir. Bu sarayın ən önəmli cəhətlərindən biri də odur ki, Mustafa Kamal Atatürk 10 noyabr 1938-ci ildə məhz burada vəfat etmişdir. Saray hər gün 09:00-16:00 saatlarında ziyarətçiləri qəbul edir.

__topqapi.png

Saraylar

İstanbulda 100-dən çox muzey mövcuddur və hər biri özünəməxsus tarixi izlər daşıyır. Şəhərin ən çox ziyarət edilən muzeyləri arasında Ayasofya Məscidi, İstanbul Arxeologiya Muzeyi, Topqapı Sarayı Muzeyi, Dolmabağça Sarayı Muzeyi, Rahmi Koç Muzeyi və İstanbul Oyuncaq Muzeyi xüsusi yer tutur. Bu muzeylər İstanbulun zəngin tarixini, Osmanlı mirasını, arxeoloji tapıntıları və maraqlı tematik eksponatları ilə ziyarətçilərə unudulmaz təcrübə yaşadır.

__dolmabahce.png

Məscidlər

İstanbul Türkiyədə ən çox məscidə sahib şəhərdir. Bu məscidlər arasında mütləq ziyarət edilməli olanlar Sultanəhməd Məscidi və Süleymaniyyə Məscididir.Sultanəhməd Məscidi, 6 minarəsi və daxili divarlarını bəzəyən çiniləri ilə Osmanlı memarlığının ən möhtəşəm əsərlərindən biridir.Süleymaniyyə Məscidi isə Mimar Sinanın şah əsəri hesab olunur. Bu kompleks yalnız ibadət yeri olmayıb, həm də içərisində mədrəsə, xəstəxana, külliyyə, hamam, kitabxana və dükanlar yerləşdiyi üçün keçmişdə ictimai xidmət mərkəzi rolunu oynayıb.

__mescid.png

Adalar

Qədim dövrlərdən bəri İstanbul qədər məşhur olan adalar da bu şəhərin ayrılmaz hissəsidir. Sedefadası, Sivriada, Yassıada, Qaşıq Adası və Dovşan Adasında daimi yaşayış yoxdur.Lakin Böyükada, Heybəliada, Burgazada və Kınalıada turistlərin böyük maraq göstərdiyi məkanlardandır. Adalara yalnız vapurla gedilir və orada nəqliyyat velosiped və faytonlarla təmin olunur.Adaların yaşıllıqları arasında dincəlmək, tarixi binaları və köhnə İstanbul evlərini kəşf etmək üçün mükəmməl bir fürsətdir.

istanbul_HEYBELİADA.png

İstanbulda istirahət və əyləncə

İstanbul müxtəlif istirahət və əyləncə imkanları təqdim edir. Tarixi Türk hamamlarında rahatlayın, Gülhane Parkında gəzişin və ya şəhərin dinamik gecə həyatını kəşf edin. Prens Adalarına gedərək avtomobillərin olmadığı sakit bir atmosferdə dincələ bilərsiniz.

__istiraheteylence.png

İstanbul mətbəxi və yerli dadlar

İstanbul mətbəxi zəngin və ləzzətlidir. Döner, kebap, balıq-ekmek və lahmacun ən məşhur yeməklərdəndir. Şirniyyat sevənlər üçün baklava və künefe mütləq dadılmalıdır. Türk çayı və Türk qəhvəsi isə yerli mədəniyyəti hiss etmək üçün ideal içkilərdir.

__metbex.png

İstanbulda alış-veriş imkanları

İstanbul həm lüks, həm də ənənəvi alış-veriş üçün ideal şəhərdir. Böyük Bazar və Misir Çarşısı ənənəvi suvenirlər və ədviyyatlar üçün məşhurdur. İstiklal Caddesi və Nişantaşı dəbli butiklər və mağazalarla doludur. Əgər sərfəli qiymətə alış-veriş etmək istəyirsinizsə, Viaport Outlet və Forum İstanbul kimi ticarət mərkəzlərini ziyarət edə bilərsiniz.

__alisveris.png

Səyahətdən əvvəl bilməli olduqlarınız

İstanbul səyahətinizə hazırlaşarkən bəzi əsas məlumatları bilmək faydalı ola bilər. İstanbulkart ilə şəhərin ictimai nəqliyyatından rahat istifadə edə bilərsiniz. Şəhərdə əsas dillər türk və ingilis dilləridir, turistik yerlərdə ingiliscə danışan insanlarla qarşılaşmaq mümkündür. Tax-Free xidməti ilə alış-veriş zamanı vergi qaytarması edə bilərsiniz. İstanbul, hər kəs üçün unudulmaz təcrübələr təqdim edən bir şəhərdir. Tarixdən tutmuş müasir əyləncəyə, yerli mətbəxdən alış-veriş imkanlarına qədər İstanbul səyahətinizin möhtəşəm keçməsini arzulayırıq!

Müəllif

authorlogo.png

Azərbaycan Hava Yolları

Azərbaycanın milli hava daşıyıcısı olaraq, səyahətçilərlə bilik və təcrübələrimizi bölüşməkdən məmnunluq duyuruq. Bloqumuz səyahət məsləhətləri və istiqamətlər haqqında, eləcə də xidmətlərimiz və yeniliklərimiz barədə məlumatlar təqdim edir. AZAL hava nəqliyyatında illər ərzində qazandığı təcrübə ilə hər zaman təhlükəsizlik və rahatlığı ön planda tutaraq mükəmməl səyahət təcrübəsi təmin etməyi hədəfləyir. Aviasiya dünyasını kəşf etmək və Azərbaycan Hava Yolları ilə səyahətin gözəlliyini yaşamaq üçün səfərlərimizə qoşulun.

Oxşar məqalələr

  • berlinBackground.png

    Berlində gəzməli yerlər və səyahət planı

    Berlin Almaniyanın paytaxtı və ən böyük şəhəri olmaqla yanaşı, tarixi, mədəniyyəti və müasir həyat tərzi ilə ziyarətçiləri özünə heyran edən bir metropoldur. Bu yazıda Berlin səyahətinizi daha maraqlı və rahat etmək üçün ən yaxşı məkanlar, əsas görməli yerlər və digər faydalı məlumatlar ilə tanış olacaqsınız.

    Daha çox