berlinBackground.png

Berlində gəzməli yerlər və səyahət planı

Berlin Almaniyanın paytaxtı və ən böyük şəhəri olmaqla yanaşı, tarixi, mədəniyyəti və müasir həyat tərzi ilə ziyarətçiləri özünə heyran edən bir metropoldur. Bu yazıda Berlin səyahətinizi daha maraqlı və rahat etmək üçün ən yaxşı məkanlar, əsas görməli yerlər və digər faydalı məlumatlar ilə tanış olacaqsınız.

Mündəricat

Berlində görməli yerlər

Çoxsaylı muzeylər və sənət qalereyaları, eləcə də tarixi binalara ev sahibliyi edən Berlin hər il milyonlarla ziyarətçini qəbul edir. Avropanın ən məşhur şəhərlərindən biri olan Berlində gəzməli yerlər çoxdur. Berlin səyahətinizdə mütləq görməli olduğunuz yerlərin bəzilərini təqdim edirik:

Brandenburq qapısı

Brandenburq qapısı 18-ci əsrdə inşa edilmiş möhtəşəm neoklassik abidədir. Qapı Berlinin keçmişdəki bölünmüş dövrlərindən bu günkü birliyinə qədər olan tarixi əks etdirən mühüm bir simvoldur. Şəhərin mərkəzində yerləşənbu məkan həm turistlərin, həm də yerli sakinlərin sevimligörüş nöqtəsidir.Gecəişıqlandırması ilə xüsusi bir gözəlliyə bürünən Brandenburq qapısı Berlin səyahətinizdə mütləq ziyarət etməli olduğunuz məkanlardan biridir.

Brandenburqqapısı.png

Berlin divarı və East Side Gallery

Berlin divarının qalıqları Berlinin şərq və qərb hissələrini ayırdığı dövrün izlərini hələ də saxlayır. East Side Gallery isə Berlin divarının 1.3 kilometrlik hissəsindən ibarət olan açıq hava qalereyasıdır. Burada müxtəlif rəssamların yaratdığı rəsm əsərləri ilə həm keçmiş ağrıları, həm də birləşmə sevincini simvolizə edən sənət nümunələrini görmək mümkündür. Hər bir əsər divarın üzərində öz mesajını daşıyır və ziyarətçiləri düşünməyə sövq edir.

BerlindivarıBERLINDIVARIEastSideGallery.png

Muzeylər adası

Muzeylər adası Berlinin mərkəzində yerləşir, sənət və tarix sevənlər üçün unikal bir yerdir. YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilmiş bu kompleksdə beş məşhur muzey mövcuddur. Buraya 1830-cu ildə Karl Fridrix Schinkel tərəfindən inşa edilən Köhnə muzey (Altes), Friedrich Avqust Stülerin dizayn etdiyi və 2009-cu ildə yenidən açılan Yeni muzey (Neues), 1876-cı ildə tamamlanan Köhnə Milli Qalereya (Alte Nationalgalerie), 1904-cü ildə açılan Bode muzeyi və 1930-cu ildə istifadəyə verilən Perqam muzeyi daxildir. Bu muzeylərdə qədim dövrlərdən Bizans sənətinə və heykəltəraşlıq kolleksiyalarına qədər geniş bir mədəni irs sərgilənir və kompleks hər il təxminən 3 milyon ziyarətçini qəbul edir.

MUZEYLERADASI.png

Aleksanderplats meydanı

Berlinin ən məşhur meydanlarından biri olan Aleksanderplats şəhərin mərkəzində yerləşir və müxtəlif festivallara ev sahibliyi edir. Meydanın ortasında yerləşən Televiziya qülləsi (Fernsehturm) Berlinin simvollarından biridir və şəhəri yüksəkdən seyr etmək üçün ideal bir nöqtədir.

__BASLIQ.png

Rotes Rathaus və Neptun çeşməsi

"Qırmızı Bələdiyyə Binası" mənasını verən Rotes Rathaus Berlinin tarixi bələdiyyə binasıdır. İkinci Dünya Müharibəsi zamanı zərər görsə də, sonradan orijinal dizaynına uyğun olaraq bərpa edilmişdir. Binanın qarşısında yerləşən Neptun çeşməsi isə 1891-ci ildə inşa edilmişdir.

RotesRathausvəNeptunçeşməsi.png

Berlin kafedralı

Barok üslubunda inşa edilmiş möhtəşəm Berlin kafedralı şəhərin dini və mədəni həyatında mühüm yer tutur. 1700-cü ildə tikilmişkafedral zamanla bir neçə dəfə yenidən qurulmuş və bərpa edilmişdir. İkinci Dünya Müharibəsi zamanı zərər görən bina, sonuncu dəfə 2006-cı ildə tam bərpa olunmuşdur. Kafedralın zəngin interyeri və tarixi əhəmiyyəti ziyarətçiləri cəlb edir. Səyahətiniz zamanı kafedralın qülləsinə qalxıb oradan Berlinin mənzərəsini seyr edə bilərsiniz. Qeyd edək ki, kafedrala giriş ödənişlidir.

Berlinkafedralı.png

Berlində istirahət və əyləncə

Berlin təbiət gözəllikləri və əyləncə məkanları ilə də səyahətçilərə unudulmaz təcrübələr təqdim edir. Tiergarten parkı şəhərin qərb hissəsində yerləşən və gəzinti üçün ideal bir məkandır. Parkın içindəki Zoologischer Garten Berlin isə Avropanın ən qədim zooparklarından biridir. Müggelsee gölü təbii mənzərəsi ilə tanınır və burada qayıq səfəri və piknik təşkil edə bilərsiniz. Əgər əyləncə axtarırsınızsa, festivallar və Berlin Filarmoniyasıdaki konsertlər sizin üçün ideal seçimlərdir.

berlinrelaxation.png

Berlinin mətbəxi və yerli dadlar

Berlin mətbəxi müxtəlif dadlar və ənənəvi alman yeməkləri ilə zəngindir. Currywurst Berlinin ən məşhur yeməklərindən biridir və hər kəsin dadına baxmalı olduğu bir ləzzətdir. Şnitsel və kartof salatı kimi ənənəvi alman yeməklərini şəhərin ənənəvi restoranlarında sınaya bilərsiniz. Markthalle Neun kimi məkanlarda yerli istehsalçılardan alınan məhsulları və yeməkləri kəşf edə bilərsiniz. Berlinin kafelərində yerli içkiləri sınamaq da mütləq tövsiyə olunur.

Berlininmətbəxivəyerlidadlar.png

Berlində alış-veriş imkanları

Berlin hər zövqə uyğun alış-veriş imkanları ilə zəngin bir şəhərdir. Berlinin ən məşhur prospektlərindən biri olan Kurfürstendamm lüks brendlər və nəhəng ticarət mərkəzləri ilə tanınır. KaDeWe kimi universal mağazalarda moda, kosmetika və qida məhsulları tapmaq mümkündür. Hackescher Markt dizayn, geyim məhsulları üçün ideal bir məkandır. Alexanderplatz isə uyğun qiymətli brendləri və ticarət mərkəzləri ilə məşhurdur. Əgər ikinci əl məhsullar axtarırsınızsa, Mauerpark bit bazarlarını ziyarət edə bilərsiniz.

Berlindəalış-verişimkanları.png

Səyahətdən əvvəl bilməli olduqlarınız

Berlinə səyahət edərkən əsas məlumatları bilmək sizin üçün faydalı ola bilər.


1 - Berlin WelcomeCard ictimai nəqliyyatdan pulsuz istifadə etmək və turistik məkanlarda endirimlər əldə etmək üçün ideal bir seçimdir. Berlinin əsas nəqliyyat vasitələri avtobus, metro və tramvaydır və şəhər daxilində hərəkət etmək olduqca asandır.

2 - Şəhərdə əsas dillər alman və ingilis dilləridir, turistik məkanlarda ingiliscə danışmaq mümkündür.

3 - Tax Free xidməti ilə alış-veriş edərkən vergi geri qaytara bilərsiniz.


Berlin hər kəsin zövqünə uyğun bir səyahət təcrübəsi təqdim edir. Tarixi abidələrdən tutmuş müasir əyləncə məkanlarına, yerli mətbəxindən alış-veriş imkanlarına qədər hər kəs üçün xüsusi təcrübə vəd edir. Berlin səyahətinizin xoş olmasını arzulayırıq!

Müəllif

authorlogo.png

Azərbaycan Hava Yolları

Azərbaycanın milli hava daşıyıcısı olaraq, səyahətçilərlə bilik və təcrübələrimizi bölüşməkdən məmnunluq duyuruq. Bloqumuz səyahət məsləhətləri və istiqamətlər haqqında, eləcə də xidmətlərimiz və yeniliklərimiz barədə məlumatlar təqdim edir. AZAL hava nəqliyyatında illər ərzində qazandığı təcrübə ilə hər zaman təhlükəsizlik və rahatlığı ön planda tutaraq mükəmməl səyahət təcrübəsi təmin etməyi hədəfləyir. Aviasiya dünyasını kəşf etmək və Azərbaycan Hava Yolları ilə səyahətin gözəlliyini yaşamaq üçün səfərlərimizə qoşulun.

Oxşar məqalələr