
Dünyanın isti ölkələri
Dünyanın isti ölkələri əsasən səhra və tropik iqlim qurşağında yerləşir. Bu ölkələr ilboyu davam edən yüksək temperaturları ilə seçilir və yay aylarında temperatur bəzən 45°C-ni keçə bilir. Bu bloqda dünyanın isti ölkələri, onların iqlimi və səyahət üçün bilməli olduğunuz əsas məqamlarla tanış olacaqsınız.
Mündəricat
Dünyanın isti ölkələri hansılardır?
Dünyada yüksək temperatur rekordları ilə tanınan ölkələr əsasən Yaxın Şərq, Afrika və tropik bölgələrdə yerləşir. Bu ölkələrdə orta illik temperatur 30°C-dən başlayaraq, bəzən 45°C və daha yüksək göstəricilərə çatır. İsti iqlimlər yalnız günəş şüaları ilə deyil, həm də yüksək rütubət və quru səhralar ilə xarakterizə olunur. Dünyanın isti ölkələrinə səyahət edənlər orta illik temperatur, rütubət səviyyəsi və ilin ən isti olan dövrlərini nəzərə almalıdır. Hər bir ölkə unikal iqlim xüsusiyyətləri və səyahət imkanları ilə fərqlənir.
Küveyt
Küveyt dünyanın isti ölkələri siyahısında ilk yerlərdədir. Bu ölkə yüksək temperatur rekordları ilə tanınır. Burada yay aylarında temperatur 50°C-yə qədər yüksələ bilir. Səhra iqlimi üstünlük təşkil etdiyi üçün hava olduqca quru və istidir. Küveyt əsasən biznes və tranzit səyahətləri üçün seçilir.

Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanı Yaxın Şərqin ən isti iqliminə malik ölkələrindən biri hesab olunur. Ölkənin orta illik temperaturu təxminən 28°C təşkil edir, lakin ölkənin şərq və cənub bölgələrində istilik daha da yüksəkdir. Ən çox isti bölgələrindən biri "Rub’ al Khali" səhrasıdır. Burada yay aylarında temperatur 50°C-dən yuxarı qalxa bilir. Səudiyyə Ərəbistanının iqlimi əsasən quru səhra iqlimidir. Gün ərzində istilik yüksək, gecələr isə nisbətən sərin olur.

İraq
İraq isti ölkələrdən biri olaraq tanınır. Xüsusilə yay aylarında temperatur 48°C-yə qədər yüksələ bilir. İraqın bəzi bölgələrində rütubət az olduğundan, istilik daha da kəskin hiss olunur. Ölkənin orta illik temperaturu təxminən 23–25°C ətrafındadır. Ölkəyə səfər üçün payız və yaz mövsümü daha uyğundur. Çünki temperatur daha dözümlü və səyahət üçün əlverişli ola bilər.

Birləşmiş Ərəb Əmirlikləri
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) isti ölkələr siyahısında xüsusilə turizmi və müasir şəhər infrastrukturu ilə seçilir. Ölkənin orta illik temperaturu təxminən 26–27°C təşkil edir. Yay aylarında Dubay və Əbu-Dabi kimi şəhərlərdə temperatur 45°C-ə qədər yüksələ bilir. BƏƏ-nin iqlimi əsasən quru və səhra tiplidir, lakin dənizə yaxın sahələrdə rütubət yüksək olur.

Niger
Qərbi Afrikada yerləşən Niger isti və quraq iqlimi ilə seçilir. Ölkənin orta illik temperaturu təxminən 29°C təşkil edir. Nigerdə yay aylarında temperatur 45–48°C aralığında dəyişə bilir. İqlim şəraiti səbəbilə Nigerə səfər üçün uyğun dövrlər payız və qış ayları hesab olunur.

Çad
Çad Afrikanın mərkəzi hissəsində yerləşən və yüksək temperatur göstəricilərinə malik ölkələrdən biridir. Orta illik temperatur təxminən 28–29°C təşkil edir. Yay aylarında bəzi bölgələrdə istilik 50°C-yə yaxınlaşa bilər. Çad əsasən quru və yarımsəhra iqlimi ilə xarakterizə olunur.

Oman
Oman, isti ölkələr sırasına daxil olan və Ərəbistan yarımadasında yerləşən ölkələrdən biridir. Ölkənin orta illik temperaturu təxminən 28°C təşkil edir. Yay aylarında bəzi bölgələrdə temperatur 50°C-dən yuxarı qalxa bilir. Omanın iqlimi əsasən quru və səhra tiplidir. Lakin dənizə yaxın sahələrdə rütubət bir qədər yüksəkdir. Bu səbəbdən istilik daha çox hiss olunur.

Mali
Afrikanın qərb hissəsində yerləşən Mali dünyanın isti ölkələrindən biri hesab olunur. Ölkənin orta illik temperaturu təxminən 28,8°C təşkil edir. Mali əsasən quraq və yarımsəhra iqlimə malikdir, buna görə ilboyu yüksək temperatur müşahidə olunur. Maliyə səfər edənlərin diqqətini çəkən əsas məkanlardan biri Timbuktu şəhəridir. Şəhər ölkənin şimalında yerləşir və Səhra Çölünün təsiri altında olduğundan burada istilik daha da intensiv olur. Yay aylarında temperatur 50°C-yə qədər yüksələ bilər, buna görə bu bölgəyə səfər planlayan turistlərin xüsusi hazırlıq etməsi tövsiyə olunur.

Dünyanın isti ölkələrinə səyahət etməzdən əvvəl bilməli olduqlarınız
Sadalanan ölkələr ümumilikdə dünyanın isti ölkələri arasında ön sıralarda yer alır. Lakin bunlardan əlavə olaraq yüksək temperaturu ilə seçilən bir çox ölkəni qeyd etmək mümkündür. Bu ölkələr arasında Meksika, Bəhreyn, Qətər, Eritreya, Yəmən və Efiopiya da yer alır.
İsti ölkələrə səyahət edərkən düzgün vaxt seçimi, hava şəraitinə uyğun geyim və sağlamlıq tədbirləri vacibdir. Bu ölkələrdə hava temperaturu yay aylarında 40–45°C-yə qədər yüksələ bilər. Buna görə də səyahət üçün uyğun dövr adətən payız və qış ayları hesab olunur. Səfərinizi planlayarkən uçuş cədvəlləri, temperatur göstəriciləri və yerli iqlim xüsusiyyətlərini nəzərə almaq önəmlidir. Günəş şüalarının təsiri güclü olduğundan açıq rəngli, nəfəsalan geyimlər, gün eynəyi və günəşdən qoruyucu kremlərin səyahət çantanızda olması tövsiyə edilir.

