maldive-background.jpg

Maldivə səyahət üçün 5 səbəb

Maldiv, səyahət deyəndə ağıla gələn ilk yerlərdən biridir. Bəs Maldivi bu qədər möhtəşəm edən nədir? Adalar ölkəsi kimi tanınan Maldiv səyahətçilərinə təmiz çimərliklər, sakit adalar və rahat qonaqlama fürsəti ilə istirahət üçün mükəmməl imkan yaradır. Bu bloqda Maldivə getməyiniz üçün 5 səbəbi təqdim edirik.

Mündəricat

Səbəb 1 – “Snorkeling” və “diving” üçün zəngin sualtı dünya

Maldivə səyahət planlayanlara ən çox maraqlı gələn təcrübələrdən biri məhz sualtı idman növləridir. Mərcan riflərində “diving”, “snorkeling”, dənizdə gəzintilər, etnik turizm Maldivdə əsas əyləncə növləridir. Şəffaf su, mərcan rifləri və müxtəlif növ balıqlar ilə Maldivin sualtı dünyası rəngarəng və fərqlidir. Burada həm sadə “snorkeling”, həm də peşəkar “diving” etmək üçün fürsət var.

Yeni başlayanlar üçün “snorkeling” qaydaları

“Snorkeling” təcrübəsi olmayanlar üçün Maldivə səyahət, sualtını kəşf etmək üçün əsl başlanğıc nöqtəsi ola bilər. İlk dəfə “snorkeling” edərkən sadə qaydalara əməl etmək kifayətdir. Əvvəlcə dayaz yerlərdə məşq etməklə başlamaq lazımdır. Lakin xilasetmə jiletindən istifadə etmək təhlükəsizlik üçün önəmlidir. Əlavə olaraq, riflərə toxunmamaq və heyvanları qıcıqlandırmamaq lazımdır. Bir çox hotel yeni başlayanlar üçün qrup halında ilk “snorkeling” turları təşkil edir. Beləliklə, sualtını kəşf etmək rahat və təhlükəsiz başlayır.

maldive-diving.jpg

Səbəb 2 - Səyahət üçün uyğun tropik iqlim

Maldiv adaları ilboyu isti tropik iqlimə malik olduğu üçün səyahət mövsümü anlayışı burada itir. Demək olar ki, səyahət üçün hər fəsil uyğundur. Havanın və suyun temperaturu bütün aylar stabil qalır, bu da Maldivə səyahət planlayanlar üçün tarix seçimini daha asan edir. Yalnız musson dövrlərinin xüsusiyyətlərini nəzərə almaq kifayətdir ki, hava şəraiti baxımından uyğun zamanı tapmaq mümkün olsun.

Maldivdə hava şəraiti

Maldivdə hava şəraiti ilboyu isti, rütubətli və günəşlidir. Orta hava temperaturu təxminən 26–30°C arasında dəyişir. Suyun temperaturu demək olar ki, hər zaman üzgüçülük üçün əlverişli temperaturda olur. Maldivə istər qışda, istərsə də yayda səyahət etmək mümkündür.

sunny-weather.jpg

Tropik iqlimə uyğun geyimlər

Maldivə səyahət üçün hazırlıq edərkən vacib məqamlardan biri hava şəraitinə uyğun düzgün geyim seçimidir. Səyahət zamanı pambıq və ya kətan kimi materiallardan hazırlanmış köynəklər, rahat geyimlər, gün eynəyi, baş örtüyü və günəşdən qoruyucu kremlərdən istifadə edə bilərsiniz. Axşamlar bəzi adalarda sərinlik hiss olunduğu üçün nazik üst geyimləri götürmək də faydalı ola bilər.

maldive-geyim.jpg

Musson dövrləri haqqında bilməli olduqlarınız

Maldivə səyahət üçün ən populyar dövr adətən noyabr–aprel arasıdır, çünki bu müddətdə hava daha günəşli olur və yağış yağma ehtimalı daha azalır. Lakin Maldiv səyahətini planlayarkən musson dövrlərini nəzərə almaq vacibdir. Cənub-qərb mussonu zamanı (təxmini may–oktyabr) qısa, lakin intensiv yağışlar və küləkli günlər ola bilər. Bu da dalğaların və cərəyanların gücünə təsir edir. Buna baxmayaraq, yağışlar adətən uzun çəkmir və günün qalan hissəsində günəşli hava davam edir.

maldive-rain.jpg

Səbəb 3 - Təhlükəsiz mühit

Maldiv adaları ümumilikdə sakit və turizmə yönəlmiş mühitə sahibdir. Kiçik adalar, az nəqliyyat sıxlığı və ölkənin infrastrukturu Maldiv turlarını təhlükəsizlik baxımından rahat istiqamətə çevirir. Bu səbəbdən ailəvi səyahət planlayanlar və ilk dəfə uzaq tropik ölkəyə gedənlər üçün Maldivə səyahət düzgün seçimlər arasındadır.

Çimərliklərdə təhlükəsizlik

Çimərlikdə və dənizdə təhlükəsizlik Maldivə səyahət zamanı xüsusi diqqət tələb edir. Hətta su sakit görünsə belə, bəzi ərazilərdə cərəyanlar güclü ola bilər. Buna görə də bələdçinin tövsiyyə etdiyi ərazilərdə üzmək daha doğrudur. Günorta saatlarında günəş şüaları çox güclü olduğundan günəşdən qoruyucu kremlərdən və papaqdan istifadə vacibdir.

maldive-beach.jpg

Səbəb 4 - Qonaqlama üçün lüks hotellər

Maldiv adaları lüks və rahat qonaqlama konsepti ilə tanınır. Maldivdə qonaqlama əsasən suüstü və sahilə yaxın villalarda olur. Suüstü villalar adətən laqunun (mərcan rifləri, qum zolaqları və ya kiçik adalar dənizin bir hissəsini ayırır və həmin qapalı hissə laqun adlanır) üzərinə inşa olunur. Bu tərz tikililər Maldivin simvoluna çevrilib. Burada fərqli büdcələrə uyğun müxtəlif hotellər mövcuddur. Maldivin orta kateqoriyalı hotelləri belə yüksək standartlara uyğundur.

Maldiv hotellərində beynəlxalq və yerli mətbəx seçimləri

Maldiv hotellərinin əksəriyyətində beynəlxalq mətbəxə sahib restoranlar fəaliyyət göstərir. Türk, Asiya, Avropa və s. menyular tez-tez rast gəlinir. Bununla yanaşı, yerli və geniş çeşidli Maldiv mətbəxinin ləziz təamlarını da dadmaq mümkündür. Xüsusilə dəniz məhsulları yerli mətbəxin əsas parçasıdır.

maldive-hotel.jpg

Səbəb 5 - Romantik istirahət

Maldiv, romantik istirahət üçün dünyanın ən çox seçilən istiqamətlərindən biridir. Şəxsi villalar, sakit çimərliklər, gün batımı mənzərələri və yalnız cütlüklər üçün nəzərdə tutulmuş xidmətlər bu adaları xüsusi günləri qeyd etmək üçün ideal məkana çevirir. Xüsusi günlər üçün Maldivə səyahət planlayan cütlükləri tropik təbiət, komfort və xüsusi yanaşma ilə yaddaqalan səyahət təcrübəsi gözləyir.

Romantik fəaliyyətlər

Maldiv adalarında romantik vaxt keçirmək üçün müxtəlif fəaliyyətlər mövcuddur. Gün batımı kruizləri, dəniz üzərində qayıq turları və yalnız cütlüklər üçün təşkil olunan çimərlik şam yeməkləri Maldiv xatirələrinizi yaddaqalan edəcək. Ulduzlu gecələrdə açıq havada keçirilən film seansları və ya tropik atmosferdə dəniz kənarında sadə bir gəzinti belə birlikdə keçirdiyiniz anları daha xüsusi edir. Şəffaf sularda birlikdə “snorkeling” etmək, adalararası qısa turlara çıxmaq və ya spa mərkəzlərində cütlük masajı kimi fəaliyyətlər də Maldiv səyahətindən sizə qalacaq unudulmaz xatirələrə əlavə olunur. Beləliklə, Maldivə səyahət yalnız gözəl mənzərələr deyil, həm də birlikdə paylaşılacaq xüsusi anlar deməkdir.

maldive-activity.jpg

Maldivə niyə Azərbaycan Hava Yoları ilə səyahət etməliyəm?

Uzaq məsafədə yerləşməsinə baxmayaraq, Maldivə səyahət çox rahatdır. Azərbaycan Hava Yolları ilə Bakı - Male aviabiletini alaraq səyahətinizi planlaya bilərsiniz. Üstəlik, AZAL ilə uçuş zamanı komfortlu kabin, yüksək xidmət səviyyəsi və AZAL Miles proqramının əlavə üstünlükləri sizi gözləyir.

Səyahətdə mil toplamaq və istifadə etmək imkanı

AZAL Miles proqramı ilə səyahət edənlər Maldiv istiqamətinə bilet alışı edərək mil toplaya bilərlər. Toplanan millər gələcək uçuşlarda ödənişsiz aviabilet almaq mümkündür. Daha ətraflı məlumat üçün AZAL Miles səhifəsinə keçid edə bilərsiniz.

maldive-miles.jpg

Tövsiyyələr

Səyahət yalnız istiqamət seçimi ilə bitmir. Uçuş rahatlığı, oturacaq seçimindən tutmuş əl çantasına qədər bir çox detala diqqət yetirmək lazımdır. Xüsusilə uzun uçuşlarda rahat oturacaq və düzgün yığılmış əl çantası səyahətin rahat keçməsinə səbəb olur. Əl çantasına yalnız ehtiyac duyacağınız əsas əşyaları, sənədlər, elektronika, yüngül geyim, şəxsi gigiyena vasitələri və yol boyu istifadə edəcəyiniz digər kiçik əşyaları əlavə etməyiniz tövsiyyə olunur.

Müəllif

authorlogo.png

Azərbaycan Hava Yolları

Azərbaycanın milli hava daşıyıcısı olaraq, səyahətçilərlə bilik və təcrübələrimizi bölüşməkdən məmnunluq duyuruq. Bloqumuz səyahət məsləhətləri və istiqamətlər haqqında, eləcə də xidmətlərimiz və yeniliklərimiz barədə məlumatlar təqdim edir. AZAL hava nəqliyyatında illər ərzində qazandığı təcrübə ilə hər zaman təhlükəsizlik və rahatlığı ön planda tutaraq mükəmməl səyahət təcrübəsi təmin etməyi hədəfləyir. Aviasiya dünyasını kəşf etmək və Azərbaycan Hava Yolları ilə səyahətin gözəlliyini yaşamaq üçün səfərlərimizə qoşulun.

Oxşar məqalələr

  • barcelona_background.jpg

    Barselonada görməli yerlər və səyahət planı

    Barselona memarlıq inciləri, tarix və mədəniyyət dəyərləri ilə Avropanın ən cəlb edici turistik istiqamətlərindən biridir.

    Daha çox
  • 768x350 bf berlin view 2.jpg

    Berlində gəzməli yerlər

    Berlində gəzməli yerlər haqqında məlumat alın. Tarixi abidələr, mədəniyyət mərkəzləri və unikal müasir məkanlar ilə zəngin bu şəhərdə görməli ən maraqlı yerləri sizin üçün topladıq.

    Daha çox
  • __Background_.png

    Dubayda görməli yerlər və səyahət planı

    Dubay səyahətiniz üçün bələdçi! Dubayda görməli yerlər, unudulmaz təcrübələr və Azərbaycan Hava Yolları ilə rahat uçuşlar haqqında məlumat əldə edin.

    Daha çox
  • londonn.png

    Londonda görməli olduğunuz 10 yer

    Hər il dünyada ən çox turisti cəlb edən şəhərlər siyahısında ilk sıralarda yer alan London olduqca kosmopolit bir quruluşa malikdir. Şəhərə səfərdən öncə görməli olduğunuz tarixi məkanlar, muzeylər, məşhur küçələr haqqında məlumat əldə edin.

    Daha çox