Transfer sərnişinlər üçün

Transfer daşımalarının AZAL tərəfindən yerinə yetirildiyi halda, normadan artıq hər əlavə baqaj yerinin daşınma qiyməti bütün marşrut boyu 50 EUR (40 GBP, 60 USD, 210 AED) təşkil edir.

Transfer daşımalarının “AZAL JET” tərəfindən yerinə yetirildiyi halda, normadan artıq hər əlavə baqaj yerinin daşınma qiyməti bütün marşrut boyu – 25 EUR ( 20 GBP; 30 USD; 110 AED) təşkil edir.

Transfer daşımalarının bir sahəsi AZAL digəri isə AZAL JET tərəfindən yerinə yetirildiyi halda, pulsuz baqajın daşınma norması AZAL tərəfindən təyin etdiyi normaya uyğun olaraq müəyyən edilir və hər əlavə baqaj yerinin daşınma qiyməti bütün marşrut boyu 50 EUR (40 GBP, 60 USD, 210 AED) təşkil edir.

Transfer baqajın bir neçə aviadaşıyıcının iştirakı ilə daşınması IATA-nın baqaj haqqında 302 nömrəli qətnaməsinə əsasən həyata keçirilir.

Bakı-Nyu-York-Bakı istiqamətindəki (və əksinə)  uçuşlarda, həmçinin Bakı üzərindən Nyu-Yorka/Nyu-Yorkdan və digər ölkələrə uçuşlarını davam edən ekonom sinifli transfer sərnişinlərinə 2 yer (hər biri 23 kq artıq olmamaq şərtilə) pulsuz baqajın daşınmasına icazə verilir.  

Xüsusi reyslərdə pulsuz baqajın daşınma norması aviaşirkətin rəhbərliyinin əmrlərinə və təlimatlarına əsasən müəyyən edilir.