Xidmətin şərt və müddəaları

  • Bu şərt və müddəalar (bundan sonra "Şərtlər") ekonom sinif üçün alınmış biletin "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin reysi üzrə Biznes/Premium sinif biletə yüksəldilməsi (bundan sonra "AZAL Upgrade" adlandırılacaq) üçün təkliflərin verilməsinə tətbiq ediləcək. "Azərbaycan Hava Yolları" aviaşirkəti bu Şərtləri istənilən vaxt dəyişdirmək hüququna malikdir.
  • "AZAL Upgrade" xidməti seçilmiş rezervasiya sinifləri üzrə müəyyən reyslərdə AZAL tərəfindən müəyyən edilmiş daxili qaydalara və ya prosedurlara uyğun olaraq və AZAL-ın mütləq mülahizəsinə əsasən əlçatandır.
  • Rezervasiyanızda bir neçə sərnişin varsa, xidmət sinfini yüksəltmə təklifi rezervasiyaya daxil olan bütün sərnişinlərə tətbiq olunacaq. Yalnız bəzi sərnişinlərin xidmət səviyyəsini yüksəltmək istəyirsinizsə, Çağrı mərkəzimizlə əlaqə saxlayaraq rezervasiyanı ayırın. Rezervasiyalar ayrıldıqdan sonra siz veb-sayt və mobil tətbiqlər vasitəsilə istədiyiniz sərnişinlər üçün xidmət səviyyəsini yüksəltmə təklifi göndərə biləcəksiniz.
  • Təklif verən şəxs yetkinlik yaşına çatmış (18 yaşdan yuxarı) olmalıdır. Təklifi göndərən sərnişinin eyni rezervasiyaya daxil olan bütün sərnişinlərin adından hərəkət etmək və onların üzərinə bu təklif, habelə bu Şərt və müddəalar üzrə öhdəlik qoymaq hüququna malik olduğu hesab edilir.
  • Xidmət səviyyəsini yüksəltmə təklifinin məbləği marşruta və sərnişinin aldığı tarif növünə əsaslanır. Məbləğlər əlçatanlığa və uçuş tarixlərinə görə dəyişir. Təklifin məbləği hər bir sərnişin üçün hesablanacaq, yəni, təklifdə göstərilən məbləğ rezervasiyadakı sərnişinlərin sayına vurulacaq.
  • Ev heyvanları ilə və ya qrup rezervasiyalarla səyahət edən sərnişinlər xidmət səviyyəsini yüksəltmək üçün uyğun deyillər.
  • Bu hüquqa malik sərnişinlər aşağıdakı üsullarla bu Şərt və müddəalara uyğun olaraq "AZAL Upgrade" xidmətində iştiraka dəvət oluna bilərlər:
    • sifarişin ilk sektorunun yola düşməsindən ən azı on gün əvvəl imeyl dəvətnaməsi vasitəsilə
    • AZAL-ın veb-saytının “AZAL Upgrade” səhifəsində və ya "Rezervasiyamı idarə et" səhifəsində uyğun sərnişinlərin sifariş nömrəsini və soyadını daxil etməklə.
  • Təklifin verilməsi üçün son tarix: Sərnişinlər yola düşməzdən ən gec 14 saat əvvəl təklif verə bilərlər.
  • Təklifi dəyişdirmək və ya ləğv etmək üçün son tarix: Təklif təqdim etmiş sərnişinlər yola düşməzdən ən gec 14 saat əvvəl və ya təklif təsdiqlənənə qədər təkliflərini dəyişə və ya ləğv edə bilərlər.
  • Sərnişinlər təklif vermək əvəzinə, müəyyən məbləği ödəməklə xidmət səviyyəsini dərhal Biznes sinfinə və ya Premium ekonom sinfinə yüksəldə bilərlər. Əgər “Dərhal yüksəltmə” seçimi olan düyməni görsəniz, bu o deməkdir ki, sizin reysiniz üçün xidmət səviyyəsini Biznes sinfinə və ya Premium ekonom sinfinə yüksəltmək mümkündür.
  • Dərhal yüksəltmələr satın alındıqdan dərhal sonra təsdiqləndiyi üçün onları dəyişdirmək olmaz.
  • Bununla aydınlaşdırılır ki, əgər sərnişin xidmət səviyyəsinin yüksəldilməsi təsdiqləndikdən sonra reysi ləğv edərsə və ya başqa reysə dəyişdirərsə, qeyd olunan sərnişin xidmət səviyyəsinin yüksəldilməsinə görə geri ödəmə ala bilməyəcək və xidmət səviyyəsini yüksəltmə hüququ başqa vaxtdakı reysə və ya başqa şəxsə ötürülə bilməz.
  • Reysinizdən əvvəl "Azərbaycan Hava Yolları" aviaşirkəti Biznes və Premium ekonom siniflərində əlçatan olan yerləri müəyyənləşdirəcək və reysin yola düşməsinə 96-13 saat qalmış təklifinizi qiymətləndirəcək. Göstərdiyiniz imeyl ünvanı vasitəsilə xidmət səviyyənizin yüksəldilib yüksəldilmədiyi barədə bildiriş alacaqsınız.
  • Təklif AZAL tərəfindən qəbul edilərsə, bütün tətbiq olunan vergilər, əlavə haqlar və rüsumlar (əgər varsa) daxil olmaqla, xidmət səviyyəsini yüksəltmək üçün ödənilməli olan vəsaitin ümumi məbləği təklif zamanı daxil edilmiş kredit kartından çıxılacaq. Sərnişinin təklifi qəbul edilərsə, ona bu barədə imeyl vasitəsilə məlumat veriləcək və vəsait kartdan avtomatik olaraq silinəcək. Ödəniş yalnız Təklif qəbul edildikdə silinəcək. Xidmət səviyyəsini yüksəltmə təklifi ilə əlaqədar ödəniləcək vəsaitin məbləği ilkin olaraq alınmış bilet üçün ödənilən məbləğdən asılı deyil və ona əlavədir. Vəsait çatışmazlığı və ya ödəmə problemi olduqda, müştəriyə yenidən cəhd etməsi barədə imeyl vasitəsilə bildiriş veriləcək. Yenidən cəhd etmə imkanı uçuşa 14 saat qalana qədər mümkün olacaq.
  • Bu, AZAL-ın gözlənilməz dəyişikliklərə görə yeniləməni ləğv etmək hüququnu özündə saxladığını aydınlaşdırmaq üçündür. AZAL qeyd olunduğu kimi xidmət səviyyəsinin yüksəldilməsini ləğv edərsə, tam məbləğ xidmət səviyyəsini yüksəltmək üçün ödənişdə sərnişinin istifadə etdiyi kredit kartına qaytarılacaq. Sərnişinlər yenidən qeydiyyat zamanı yerlərin olmasından asılı olaraq ilkin siniflərində yenidən qeydiyyata alınacaqlar. Nəzərə alın ki, AZAL sərnişinə xidmət səviyyəsinin yüksəldilməsindən əvvəl sifariş edilmiş yerin veriləcəyinə zəmanət vermir.
  • Əgər siz xidmət səviyyəsinin yüksəldilməsi xidmətini əldə etsəniz, "Azərbaycan Hava Yolları" aviaşirkəti Biznes sinfində və ya Premium ekonom sinfində konkret yerin veriləcəyinə zəmanət verə bilməz. Sizə verilən yer yerlərin mövcudluqdan asılı olacaq. Sərnişinlər veb-saytda və mobil tətbiqlərdə "Rezervasiyamı idarə et" xidmətindən istifadə edərək öz yerlərini seçə bilərlər.
  • Sərnişin "AZAL Upgrade" xidməti vasitəsilə xidmət səviyyəsini yüksəltdikdə, daha əvvəl alınmış və istifadə olunmamış əlavə xidmətlər, məsələn, yerlər, yeməklər, əlavə baqajlar Çağrı Mərkəzi vasitəsilə sərnişinə qaytarıla bilər.
  • AZAL xidmət səviyyəsini yüksəltmiş sərnişinləri adətən Təklifin qəbul edildiyi kabinə sinfindəki digər sərnişinlər üçün əlçatan olan məs., qeydiyyat üstünlüyü, baqaj üstünlüyü, minik üstünlüyü, təyyarədəki yeməklər və s. xidmətlərlə təmin etmək üçün əlindən gələni edəcək, lakin buna zəmanət verə bilmir. Əgər sərnişin rezervasiya zamanı xüsusi yemək seçibsə, nisbətən yüksək xidmət sinfinə uyğun olaraq AZAL-ın həmin yeməyi təmin etməsi mümkün olmaya bilər.
  • Xidmət səviyyəsini yüksəltmə təklifi qəbul edilərsə, xidmət səviyyəsinin yüksəldilməsindən əvvəlki bilet şərtləri, o cümlədən minimum və maksimum qalma şərtləri, göstərilən xidmət sinfi, ləğvetmə və dəyişikliklər üçün haqlar və şərtlər və s. ilkin sifarişdə olduğu kimi qalacaq.
  • Qeydiyyatdan keçən və xidmət səviyyəsinin yüksəldilməsi barədə təsdiq alan "AZAL Miles daimi sərnişin" proqramının üzvləri üçün xallar sərnişinin faktiki olaraq səyahət etdiyi Biznes və ya Premium ekonom sinfinə görə deyil, sifariş etdiyi ilkin sinfə uyğun olaraq hesablanacaq.
  • AZAL yuxarıda göstərilən şərt və müddəaları istənilən vaxt öz mülahizəsinə əsasən dəyişdirmək hüququnu özündə saxlayır.