2611_768x350_black_friday.jpg

Black Friday nə zaman başlayır?

Dünya üzrə milyonlarla insanın səbirsizliklə gözlədiyi gün gəlib çatır – Black Friday, yəni "Qara Cümə"! Hər il noyabr ayında keçirilən bu endirim günü alıcıların yeni məhsulları sərfəli qiymətlərlə əldə etmək şansı kimi yadda qalır. Amma Black Friday nədir və necə yarandı?Bu unikal hadisənin tarixinə və ənənəsinə nəzər salaq.

Mündəricat

"Black Friday" və "Cyber Monday" nədir?

Black Friday - ABŞ-da Şükranlıq Günündən sonra gələn ilk cümə günü keçirilən ənənəvi satış günüdür. İlk dəfə 1960-cı illərdə istifadə edilən bu adın arxasında maraqlı bir tarix dayanır. Filadelfiyada Şükranlıq Günündən sonra başlayan böyük alış-verişin səbəb olduğu tıxaclar və sıxlığa görə bu günə "Black Friday" deyilib. Lakin zamanla bu mənfi ad müsbət istiqamətə çevrildi və endirimlərin simvolu oldu. İndi isə Black Friday bütün dünyada alış-veriş həvəskarları üçün ən çox gözlənilən gündür.

Cyber Monday isə Black Friday-dən sonra gələn bazar ertəsidir və əsasən onlayn mağazaların böyük endirimlər təqdim etdiyi bir gündür. İlk dəfə 2005-ci ildə təqdim edilən Cyber Monday onlayn alış-verişin populyarlığını artırmaq məqsədilə yaradılmışdır. Bu günlərdə alıcılar evdən çıxmadan sevimli məhsullarını endirimlə əldə edə bilirlər.

“Black Friday”də nələri endirimlə əldə etmək olar?

"Black Friday" günü bir çox kateqoriyada məhsullara böyük endirimlər tətbiq olunur. Elektronika, geyim, məişət əşyaları, aksesuarlar və səyahət xidmətləri bu endirimlərdən faydalanmaq üçün ideal seçimlərdir. Xüsusilə aviabilet endirimləri isə səyahət həvəskarları üçün əsl fürsətdir. Belə ki, hər il aviaşirkətlər bu günə özəl olaraq sərfəli kampaniyalar təşkil edir.

Müəllif

Frame_48099159 (3).png

Azərbaycan Hava Yolları

Azərbaycanın milli hava daşıyıcısı olaraq, səyahətçilərlə bilik və təcrübələrimizi bölüşməkdən məmnunluq duyuruq. Bloqumuz səyahət məsləhətləri və istiqamətlər haqqında, eləcə də xidmətlərimiz və yeniliklərimiz barədə məlumatlar təqdim edir. AZAL hava nəqliyyatında illər ərzində qazandığı təcrübə ilə hər zaman təhlükəsizlik və rahatlığı ön planda tutaraq mükəmməl səyahət təcrübəsi təmin etməyi hədəfləyir. Aviasiya dünyasını kəşf etmək və Azərbaycan Hava Yolları ilə səyahətin gözəlliyini yaşamaq üçün səfərlərimizə qoşulun.

Oxşar məqalələr

  • Asiya-Avropa.png

    Ən çox ziyarət edilən şəhərlər: Asiya və Avropanın məşhur turizm mərkəzləri

    Ən çox ziyarət edilən şəhərlər haqqında oxuyun. Asiyanın və Avropanın ən çox ziyarət edilən şəhərlərinə birbaşa uçuşlar ilə rahat səyahət edin.

    Daha çox
  • sengen.png

    Şengen vizası necə almaq olar?

    Bu yazıda Şengen vizası üçün müraciət etməzdən əvvəl nəzərə almalı olduğunuz əsas məqamları və hazırlamalı olduğunuz sənədlərin siyahısını sizə təqdim edəcəyik.

    Daha çox
  • istanbul_background istanbul (1).png

    İstanbul səyahəti, tarixi və mədəni görməli yerlər

    İstanbulu gəzmək üçün günlər, hətta həftələr kifayət etmir. Axtardığınız hər şeyi - tarixi yerlər, təbii gözəlliklər və ya mədəni tədbirləri burada tapa bilərsiniz.

    Daha çox
  • balkan.png

    Balkan yarımadasında ən gözəl şəhərlər və gəzməli yerlər

    Balkan yarımadası zəngin tarixi, mədəni müxtəlifliyi və təbiət möcüzələri ilə dünyanın ən cazibədar bölgələrindən biridir. Şərqin və Qərbin mədəniyyətləri ilə iç-içə olan bu region hər bir ziyarətçiyə fərqli təəssüratlar bəxş edir. Balkanlarda yerləşən şəhərlər tarixi abidələri, rəngarəng küçələri və gözoxşayan mənzərələri ilə diqqət çəkir. Bu yazımızda Balkan yarımadasının ən gözəl şəhərlərini və gəzməli yerlərini təqdim edəcəyik.

    Daha çox
  • barcelona_Background_Park Güell oval.png

    Barselonaya səyahət zamanı görməli olduğunuz 10 məşhur yer

    Siz Barselona səyahət proqramınıza memarlıq möcüzələrini və şəhərin məşhur məhəllələrini daxil edə bilərsiniz.

    Daha çox