VİP klub Sizin bütün ümidlərinizi doğruldacaq..
VİP klubda səyahət edərkən Sizə yerdə göstərilən xidmətdən heç də geri qalmayan, xüsusi, fərdi və diqqətli xidmət göstəriləcək.
- VİP klubunun başlıca xüsusiyyətlərindən biri tamamilə açılan çarpayıların təqdim edilməsidir. Burada noutbuk və digər elektron avadanlıq üçün enerji bloku quraşdırılıb.
- Hava limanında növbəsiz qeydiyyat və hava gəmisinə növbəsiz minik;
- Heydər Əliyev Beynəlxalq Aeroportunda gediş zamanı prosedurlardan “sürətli keçid” xidməti
- Hava limanlarında Biznes sinfə məxsus gözləmə zallarına buraxılış;
- Daha çox pulsuz daşınan baqaj norması.
VİP klub biletlərinə hər biri 32 kiloqrama qədər çəkidə 3 yer baqaj və 10 kiloqrama qədər çəkidə 2 yer əl yükü daxildir.
Əlavə baqajın daşınması üçün ödəniş həyata keçirilməlidir.
Baqajın daşınma qaydaları barədə ətraflı məlumat https://www.azal.az/az/information/baggage
- VİP klubda zəngin çeşiddə içkilər və zərif çini qablarda xüsusi seçilmiş yeməklər təqdim edilir. Sərnişin mövcud olan xüsusi yemək çeşidlərindən istənilən növü sifariş edə bilər. Xidmət sinfindən asılı olmayaraq hər yeməyin təqdim edilməsindən əvvəl sərnişinə təravətlənmək üçün isti dəsmal təqdim olunur.
Eyni zamanda, Sizə pəhrizinizə uyğun olaraq uçuşdan ən azı 20 saat əvvəl sifariş edilmiş xüsusi yeməklər də təqdim edilə bilər.
Qidalanma barədə ətraflı məlumat https://www.azal.az/az/service/catering
- Oturacaqlara quraşdırılmış 17 düym ölçüdə sensorlu monitorlara yüklənən geniş çeşiddə, ən son və klassik filmlər, audio yazılar, TV proqramlar, oyunlar və digər əyləncələrin daxil olduğu fərdi əyləncə sistemi Sizin səyahətinizi daha maraqlı edəcək.
"Azərbaycan Hava Yolları" öz sərnişinlərinə tam rəngli, parlaq üzlü dövri nəşrlər təqdim edir. Azərbaycan, rus və ingilis dillərində nəşr olunan. jurnallardan sosial- ictimayi həyatda, mədəniyyət, idman, moda aləmində baş verən son hadisələr barədə məlumat əldə edə bilərsiniz.
Nəşrlər aviaşirkətə məxsus bütün hava gəmilərində həm yerli, həm də beynəlxalq reyslərdə təqdim edilir.
Qarşınızdakı oturacağın cibində yerləşdirilən «Azerbaijan Airlines» bort jurnalını, «On-Board Sales Catalogue» və «Ideal» jurnallarını nəzərdən keçirə bilərsiniz.
Aviaşirkətin rəngarəng şəkilli bort jurnalında siz faydalı və maraqlı məlumatlarla tanış ola bilərsiniz. Burada siz macəra dolu səyahət, dünyanın füsunkar yerləri, gözəl şəhərləri barədə məqalələrlə tanış ola və mədəniyyət, biznes və sənaye sahəsində son xəbərləri öyrənə bilərsiniz. Biz müxtəlif insanların və peşə sahiblərinin maraq və zövqünü nəzərə alırıq ki, bu da jurnalımızı daha da maraqlı edir və digərlərindən fərqləndirir. Jurnalın səhifələrində həımçinin şirkətin uçuş sxemləri, hava limanlarında transfer cədvəlləri və s. əks etdirilib.
Eyni zamanda hava gəmilərimizdə sərnişinlər üçün alış-veriş etmək imkanı da yaradılır. «On-Board Sales Catalogue» jurnalının səhifələrinə nəzər yetirərək parfümeriya və kosmetik məhsulların çeşidləri ilə, həmçinin hədiyyə və suvenirlərlə tanış olun.
- Xüsusi Səyahət dəsti yüksək keyfiyyətli gigiyenik və kosmetik vasitələrdən, aksessuarlardan və pijamadan ibarətdir.
- 4 – 10 yaş arası uşaqlar üçün xüsusi hədiyyələr nəzərdə tutulur:
- 7 saatdan artıq davam edən uçuşlarda yumşaq oyuncaqlar və sehrli yapışqanlar təqdim edilir.