Daima artan terrorizm təhlükəsi şəraitində “Azərbaycan Hava Yolları” aviaşirkətinin fəaliyyətinin əsas məqsədi, reysə qeydiyyatdan keçmə anından başlayaraq və marşrutun son nöqtəsindəki hava limanında baqajın alınması ilə bitməklə, aviadaşınmanın bütün mərhələlərində bizim sərnişinlərin təhlükəsizliyinin təmin olunmasıdır. Biz əsas diqqəti uçuş zamanı sərnişinlərin təhlükəsizliyinə və Aviaşirkətin hava gəmilərində müəyyən edilmiş qaydalarının qorunub saxlanmasına yetiririk. Bəzi sərnişinlər, bir qayda olaraq, sərxoş vəziyyətdə uçuş zamanı müəyyən edilmiş rəftar qaydalarına məhəl qoymur və hava gəmisində qanunsuz hərəkətlər edirlər və bununla təyyarədəki psixoloji mikromühiti pozaraq heyət üzvlərinin normal işinə ciddi maneçilik törədirlər, və ən əsası, uçuşun təhlükəsizliyi üçün real təhlükə yaradırlar. Belə təqdirdə 1963-cü ildə qəbul olunmuş Tokio konvensiyasının müddəaları nəzərə alınmaqla, uçuşun təhlükəsizliyinin təmin olunması və təyyarədə intizamın qorunması üçün hava gəmisinin komandiri hava gəmisində (HG) hava gəmisinə, insanlara və onların əmlakına təhlükə törətmiş və ya törədəcək akt həyata keçirmək istəyən istənilən sərnişini hava gəmisinin enəcəyi hər hansı bir dövlətin ərazisində düşürə bilər. Beynəlxalq və milli qanunvericiliklər çərçivəsində “Azərbaycan Hava Yolları” öz hava gəmilərinin heyət üzlərinə qanunsuz hərəkətlərin qarşısının alınması və təyyarədə intizamın bərpa olunmasına dair səlahiyyətlərin geniş spektrini verir. Sərnişin tərəfindən istənilən aqressiv hərəkət edildiyi təqdirdə, vəziyyətin tənzimlənməsi və təyyarənin enəcəyi hava limanında hüquq mühafizə orqanlarının nümayəndələrinə təhvil verilməsi məqsədilə, fiziki cəhətdən qarşısının alınması tədbirləri də daxil olmaqla, heyət üzvlərinin bütün imkanlardan istifadə etmək hüququ vardır. Bununla bərabər, təyyarədə nizam-intizamın bərpa olunması və sərnişinlərin təhlükəsizliyinin təmin olunması üçün “Azərbaycan Hava Yolları” aviaşirkətinin hava gəmilərinin komandirlərinə (kapitanlarına) yaxınlıqda yerləşən istənilən hava limanında planlaşdırılmamış enmə hüququ verilmişdir.
Uçuş zamanı hava gəmisində davranış qaydaları ilə tanış olmağı təklif edirik. Həmin qaydalarla tanışlıq səyahət zamanı Sizə xoşagəlməz hadisələrdən xilas olmağa imkan verər.
Hava gəmisində hər bir sərnişin aviasiya təhlükəsizliyinin tələblərinin icrasının iştirakçısına çevrilir. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə müvafiq olaraq, daxili hava yollarında aviasiya təhlükəsizliyinin müəyyən olunmuş normalarının, qaydalarının və tələblərinin pozulmasına görə sərnişin məsuliyyət daşıyır. Beynəlxalq hava hüququnun (mülki aviasiya üzrə beynəlxalq konvensiyaların) və təyinat ölkəsinin və ya qeydiyyat ölkəsindən yaxud hava gəmisinin istismarından asılı olmayaraq, aralıqdakı enmə ölkəsinin qanunvericiliyinə müvafiq olaraq, beynəlxalq hava yollarında aviasiya təhlükəsizliyinin müəyyən olunmuş normalarının, qaydalarının və tələblərinin pozulmasına görə sərnişin məsuliyyət daşıyır.
Hava gəmisində sərnişinlərin rəftar qaydalarının pozulmasının təsnifatı.
Uçuş zamanı hava gəmisində sərnişinlərin rəftar qaydalarının pozulması dedikdə aşağıdakılar başa düşülür:
- aviaşirkət tərəfindən müəyyən olunmuş qaydaların pozulması (siqaret çəkmək, elektron vasitələrdən və sairdən istifadə etmək)
- heyət üzlərinə hücum etmək (fiziki güc tətbiq etməklə), qorxutmaq və hədə qorxu gəlmək və ya heyət üzvlərinin öz vəzifə borclarını yerinə yetirməsinə əngəl yaratmaq və ya heyət üzvünün öz vəzifəsini yerinə yetirmək qabiliyyətini azaltmaq;
- başqa sərnişinlərə hücum etmək (fiziki güc tətbiq etməklə), qorxutmaq və hədə qorxu gəlmək;
- hava gəmisinin personalının və ya heyətinin aviasiya təhlükəsizliyi norma və qaydalarına riayət olunmasına dair tələblərindən imtina etmək;
- orqanizmin zəhərlənməsinə gətirib çıxaran narkotiklərdən və ya həddən artıq alkoqol içkilərdən istifadə etmək;