“Azerbaijan Airlines” jurnalı

“Azerbaijan Airlines” jurnalı

“Azərbaycan Hava Yolları”nın bütün uçuşları “Azerbaijan Airlines” təyyarə jurnalı ilə təmin edilir və iki ayda bir dəfə, ildə altı dəfə yenilənir. “Azərbaycan Hava Yolları”nın bütün yerli və beynəlxalq uçuşlarında təqdim edilən jurnalın məzmunu hava gəmisində sərnişinlər üçün nəzərdə tutulan klassik nəşr standartlarına uyğundur.

Nəşrdə yer alan materialların əksəriyyəti ənənəvi olaraq səyahət mövzularına, planetimizin füsunkar guşələrinə və Azərbaycan mətbəxinin ləziz təamlarına həsr olunur. Jurnal müxtəlif şəhər və ölkələr haqqında, eləcə də Azərbaycana səfər etmək istəyən turistlər üçün ölkəmiz haqqında informasiya verir, görməli yerlər, əyləncə və istirahət yerləri, parklar, ictimai nəqliyyat sxemləri və s. haqqında faydalı məlumatları təqdim edir. Jurnal sizi tarixi yerlər, aviaşirkətimizin uçuşlar həyata keçirdiyi şəhərlər haqqında maraqlı və faydalı məlumatlarla yanaşı, müxtəlif ölkələrdə aviaşirkətlərin ofislərinin ünvanları barədə geniş siyahılarla da tanış edəcəkdir. Oxucu auditoriyasını nəzərə alaraq, materiallar Azərbaycan, rus və ingilis dillərində çap olunur.

Bundan əlavə, “Azərbaycan Hava Yolları” bütün uçuşlarında 3 yaşdan 12 yaşa qədər olan uşaqlar üçün “Oppalar” təyyarə jurnalını ödənişsiz təqdim edir. Jurnala daxil edilən maraqlı tapmacalar, bulmacalar, rəngləmə kitabları və s. sayəsində övladınız uçuşdan zövq alacaqdır.

“Azerbaijan Airlines” təyyarə jurnalında reklamın yerləşdirilməsi məsələləri ilə bağlı elektron ünvanı vasitəsilə reklam şöbəsinə müraciət edə bilərsiniz: adv@azal.az .

 

Qeyd: COVID-19 pandemiyası dövründə infeksiyanın yayılma riskini minimuma endirmək üçün göyərtədə jurnallar təqdim edilmir.