Ekonom sinif

Ekonom sinif
Bizimlə Ekonom sinifdə səyahət edərkən yüksək səviyyəli xidmət standartlarından zövq alın.

Ekonom sinif, “Azərbaycan Hava Yolları” şirkətindən əlverişli qiymətə əldə etmək istədiyiniz hər növ rahatlıq və üstünlükləri təmin edərək, xüsusi reyslər istisna olmaqla, beynəlxalq reyslərdə bütün növ ekonom sinif xidmətlərini təqdim edir.
  • A340, B-787 və B-767 hava gəmilərimizin yeni dizaynlı ekonom sinif salonlarında ayaqlar üçün geniş yer və rahatlıq təmin edilir. Bununla Siz özünüzü daha rahat və sərbəst hiss edə bilərsiniz. Oturacaqlar erqonomik qaydada hazırlanıb, geriyə açıla bilir və Sizin rahatlığınız üçün tənzimlənən baş altlıqları ilə təmin edilib.
  • Oturacaqlara quraşdırılmış 10.6 düym ölçüdə sensorlu monitorlara yüklənən ən son və klassik filmlər, audio yazılar, TV proqramlar, oyunlar və digər əyləncələrdən ibarət olan fərdi əyləncə sistemi Sizin səyahətinizi daha da maraqlı edəcək.A319/320, B-757 tipli hava gəmilərində asma monitorlar quraşdırılmışdır.E170/190 tipli hava gəmilərində monitorlar mövcüd deyil.
"Azərbaycan Hava Yolları" öz sərnişinlərinə tam rəngli, parlaq üzlü dövri nəşrlər təqdim edir. Azərbaycan, rus və ingilis dillərində nəşr olunan. jurnallardan sosial- ictimayi həyatda, mədəniyyət, idman, moda aləmində baş verən son hadisələr barədə məlumat əldə edə bilərsiniz.

Qarşınızdakı oturacağın cibində yerləşdirilən «Azerbaijan Airlines» bort jurnalını, «On-Board Sales Catalogue» və «Ideal» jurnallarını nəzərdən keçirə bilərsiniz.

Aviaşirkətin rəngarəng şəkilli bort jurnalında siz faydalı və maraqlı məlumatlarla tanış ola bilərsiniz. Burada siz macəra dolu səyahət, dünyanın füsunkar yerləri, gözəl şəhərləri barədə məqalələrlə tanış ola və mədəniyyət, biznes və sənaye sahəsində son xəbərləri öyrənə bilərsiniz. Biz müxtəlif insanların və peşə sahiblərinin maraq və zövqünü nəzərə alırıq ki, bu da jurnalımızı daha da maraqlı edir və digərlərindən fərqləndirir. Jurnalın səhifələrində həımçinin şirkətin uçuş sxemləri, hava limanlarında transfer cədvəlləri və s. əks etdirilib.

Eyni zamanda hava gəmilərimizdə sərnişinlər üçün alış-veriş etmək imkanı da yaradılır. «On-Board Sales Catalogue» jurnalının səhifələrinə nəzər yetirərək parfümeriya və kosmetik məhsulların çeşidləri ilə, həmçinin hədiyyə və suvenirlərlə tanış olun.
 
  • Pulsuz daşınan baqaj norması
Ekonom sinif biletlərinə 23 kiloqrama qədər çəkidə 1 yer baqaj və 10 kiloqrama qədər çəkidə 1 yer əl yükü daxildir, əlava baqajın daşınması üçün ödəniş həyata keçirilməlidir.

Bakı-Nyu-York-Bakı istiqamətindəki (və ya əksinə) uçuşlarda, ekonom sinifli sərnişinlərinə 2 yer (hər biri 23 kq artıq olmamaq şərtilə) pulsuz baqajın daşınmasına icazə verilir.
Baqajın daşınması qaydaları barədə ətraflı məlumat

Uçuş vaxtınıza və təyinat məntəqəsinə uyğun geniş çeşidli içkilər və dadlı yeməklər.

Sərnişinlərə hər qidalanmadan öncə nəm dəsmal təklif olunur. 4 saatlıq çox davam edən uçuşlarda, özünəxidmət bufetində yüngül qəlyanaltılar və içkilər təklif olunur.

Uçuşa ən azı 24 saat qalmış Sizin pəhriz ehtiyaclarına cavab verən xüsusi yeməkləri öncədən sifariş verə bilərsiniz.

  • Əyləncəli oyunlar və uşaqlar üçün yuxu maskasından ibarət olan sehrli uşaq dəstləri təklif olunur.
  • 7 saatdan çox davam edən uçuşlarda yumşaq oyuncaqlar təklif olunur.
Qidalanma barədə ətraflı məlumat