Class Upgrade xidməti

Hava limaninda qeydiyyat zamanı "Azərbaycan Hava Yolları"-nın reyslərində "Class Upgrade" - xidmət sinfinin artırılması xidmətindən istifadə edə bilərsiniz.
Daha rahat səyahət etmək üçün Ekonom-Sinif sərnişinləri öz yerlərini Biznes, Comfort Club və ya VIP Club siniflərindəki yerlərə dəyişə bilərlər.
Eyni zamanda xidmət sinfini “Comfort Club”dan “VIP Club” sinifinə qədər artırmaq da mümkündür.
“Class Upgrade” xidmətini hava limanına gəldikdən sonra birbaşa qeydiyyat masalarına yaxınlaşaraq əldə edə bilərsiniz.
“Class Upgrade” xidmətini aldıqda Siz Biznes Sinif salonunda rahat oturacaqlardan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportunda Biznes zala (AZAL Lounge) giriş hüququnu əldə etmiş olursunuz.
Xidmətin dəyəri uçuş vaxtı və istiqamətindən asılı olaraq dəyişir.
Qeyd
Baqajın daşınması norması yeni xidmət sinfinə uyğun olaraq təqdim ediləcək.
Təyyarədə qida əvvəlcədən alınmış aviabiletin xidmət sinfinə uyğun olaraq təqdim edilir.