Təyyarədə qidalanma

Təyyarədə qidalanma

"Azərbaycan Hava Yolları" aviaşirkətinin bütün beynəlxalq reyslərində pulsuz qidalanma təmin olunur. Günün hansı vaxtı uçmağınızdan asılı olmayaraq, Sizə hər zaman diqqətlə seçilmiş məhsullarından hazırlanmış dadlı yemək seçimi təklif olunacaq. İsti yemək ilə yanaşı, bütün reys ərzində Siz həmçinin hədsiz miqdarda çay və qəhvə sifariş edə bilərsiniz.

Qeyd edək ki, menyu Sizin uçuş sinfinizdən, mövsümdən, günün vaxtından və uçuş istiqamətindən asılı olaraq dəyişə bilər. Uçuş müddəti 150 dəqiqədən az olan reyslərdə ekonom sinfində isti yeməklər təqdim olunmur. Həmin uçuşlarda sərnişinlərə çay, kofe və su verilir.

"Azərbaycan Hava Yolları" aviaşirkətinin reyslərində ekonom sinif aviabileti alarkən əlavə olaraq aşağıda təqdim olunmuş setlərdən biznes sinif təamları əldə edə bilərsiniz. Diqqətinizə çatdırırıq ki, yay mövsümündə soyuq qəlyanaltı kimi ət, qış mövsümündə isə dəniz məhsulları təqdim edilir.

Siz həmçinin xüsusi növ yeməkləri pulsuz sifariş edə bilərsiniz. Bunun üçün bizim aviaşirkətimizin çağrı mərkəzinə uçuşunuza ən azı 24 saat qalmış müraciət etməyiniz lazımdır. Sizin yaş və pəhriz xüsusiyyətləriniz nəzərə alınaraq, sizə müxtəlif növ bort qidası təklif olunur. 

 

Xüsusi qidalanma növləri:

CHML: (Uşaq yeməyi):  Xüsusi olaraq uşaqlar üçün nəzərdə tutulan menyu uşaqlarınızın zövqücə olacaq.

BBML:(körpə yeməyi): 2 yaşa qədər uşaqlar üçün bütün keyfiyyət standartlarına cavab verən tərəvəz və meyvə tərkibli xüsusi qida təqdim edilir.

 

Vegetarianlar

AVML: Asiya vegetarian qidası (Hind vegetarian qidası

RVML: Vegetarian qidası (ətsiz naharlar, tərkibində süd məhsulları ola bilər)

VGML: Ciddi qərb vegetarian qidası

VLML: Tərkibində ət məhsulları, balıq və ya dəniz məhsulları olmayan qida. Qidanın tərkibində süd məhsulları və yumurta ola bilər)

NLML: Tərkibində süd məhsulları olamayan qida

VOML: Şərq vegetarian qidası

 

Pəhriz yeməkləri

DBML: Diabetik qida

 

GFML: Tərkibində qlüten olmayan qida

LFML: Tərkibində az miqdarda yağ olan qida

LSML: Tərkibində az miqdarda duz olan qida

LCML: Az kalorili qida

LPML: Tərkibində az miqdarda zülal olan qida

PRML: Tərkibinə az miqdarda purin olan qida

 

Etnik yemək

HNML: Hind qidası

KSML: Koşer qidası - sifariş uçuşdan ən azı 24 saat əvvəl qəbul edilir.

MOML: Müsəlman qidası

ORML: Şərq qidası

VJML: Caynizm davamçıları üçün vegetarian qidası

Xüsusi tələbatlar

SFML: Dəniz məhsullarından hazırlanmış qida

BLML: Həzm etmə və ya qidanın çeynənməsi ilə problemi olanlar üçün üyüdülmüş yumşaq qida

FPML: Təzə mövsümi meyvələrdən hazırlanmış qida

NFML: Tərkibində balıq və digər dəniz məhsulları olmayan qida

HFML: Tərkibində çox miqdarda sellüloz  olan qida