Parisdə Şarl de Qoll Beynəlxalq Aeroportunda (CDG) “Sheltair” biznes zalı

"Azərbaycan Hava Yolları"nın sərnişinləri Parisdə Şarl de Qoll Beynəlxalq Aeroportunda (CDG) “Sheltair” biznes zalının xidmətlərindən istifadə edə bilərlər. “Sheltair Lounge” geniş zalı terminalın yuxarı mərtəbələrinin birində yerləşir və buradan aeroportun unikal arxitekturasına gözəl mənzərə açılır.

Qeydiyyat masasının yanında istirahət üçün rahat oturacaqlar, televizor, fərdi lampalar, otaq bitkiləri və noutbukla iş üçün ideal olan iki yüksək masa ilə təchiz olunmuş açıq istirahət zonası yerləşir.

Biznes zalda nahar masaları və ayrı-ayrı oturacaqları ilə rahat guşə yaradan arakəsməli daha şəxsi zona mövcuddur. Tünd rənglərin ahəngi, qeyri-adi işıqlanma, yastıq və güllər kimi interyer elementləri zala gözəl ab-hava verir. Parisin zərif ağ-qara şəkilləri ansamblı bəzəyir.