Nyu York şəhərinin Con F. Kennedi (JFK) Beynəlxalq Aeroportunda yerləşən “Air France” gözləmə zalı

“Azərbaycan Hava Yolları” aviaşirkətinin sərnişinləri Nyu York şəhərinin Con F. Kennedi (JFK) Beynəlxalq Aeroportunda  yerləşən “Air France” gözləmə zalının xidmətlərindən istifadə edə bilərlər.  Gözləmə zalı JFK hava limanının birinci terminalında, təhlükəsizlik baxışından sonra, “Air France” aviaşirkətinin reyslərinə minik zonasının yaxınlığında yerləşir. Hər gün səhər saat 6-dan gecə saat 1-ə kimi fəaliyyət göstərir.

Yemək çeşidləri genişləndirilərək tam nahar şəklində təqdim edilir və sizə uçuş boyu fasiləsiz gecə yuxusundan zövq almaq imkanı verəcəkdir. Eyni zamanda burada xüsusi qayğı ilə hazırlanan müxtəlif növ şampan və fransız şərablarının dadına baxa bilərsiniz. Bundan əlavə, sizə gözləmə zalında yerləşən “Clarins” gözəllik mərkəzini kəşf etmək imkanı yaradılmışdır. Hal hazırda burada (qeydiyyat masasında yazılmaq şərtilə) kosmetoloji prosedurlar təklif olunur.