Biznes zallar

Bakı-GYD (AZAL Biznes sinif sərnişinləri üçün qeydiyyat zalı)

AZAL Lounge -“Azərbaycan Hava Yolları” aviaşirkətinin Biznes sinif sərnişinlərinin Qeydiyyat zalı 1-ci Terminalın A Zonasında, birinci mərtəbədə yerləşir. Siz AZAL Biznes sinif sərnişinləri üçün nəzərdə tutulan qeydiyyat zalına fərdi avtomobillə 1-ci zolaqdan və fərdi girişdən daxil ola bilərsiniz. Nəzakətli işçi heyəti reys üçün sizi və baqajınızı qeydiyyatdan keçirəcək və təhlükəsizlik və pasport nəzarətindən keçirdərək əsas AZAL Biznes sinif zalına qədər müşayət edəcəkdir. Burada siz uçuş öncəsi zamanınızı səmərəli keçirərək istirahətə davam edə bilərsiniz.

AZAL Business Class Lounge xüsusi olaraq “Azərbaycan Hava Yolları”nın sərnişinləri üçün nəzərdə tutulub. Geniş və sakit məkandan zövq almaq üçün burada hər bir şərait mövcuddur.

Bu zalda aşağıdakı xidmətlər təklif olunur:

  • İstirahət zonası
  • Faydalı qəlyanaltılar və içkilər
  • Ödənişsiz WiFi

Bu zalda siqaret çəkmək qadağandır.

Hitrou Beynəlxalq Aeroportunda (London Heathrow - LHR) “Falcon Gold” biznes zalı

"Azərbaycan Hava Yolları"nın sərnişinləri Hitrou Beynəlxalq Aeroportunda (London Heathrow - LHR)  “Falcon Gold” biznes zalının xidmətlərindən istifadə edə bilərlər.

6500 kvadrat fut sahəyə malik böyük “Falcon Gold” zalı, müasir dizaynı ərəb motivli arxitektura ilə ideal birləşdirir və xidmətlərin geniş spektri ilə rahat atmosfer yaradır. Biznes zalda dincəlmək, təcili işlərlə məşğul olmaq və ya ailə və uşaqlarla əla vaxt keçirməyə kömək edəcək hər şey var.

Dəbdəbəli kürsülərin rahatlığı və hava limanına panorama görünüşündən zövq alın. İsveç masasında və yaxud da eksklüziv restoranda ən geniş çeşiddə içkilərin və ləziz mətbəxin dadına baxın. Sadəcə vaxt keçirmək istəyən insanlar burada televiziya verilişlərinin geniş spektrını böyük ekranlı televizorlarda izləyə bilərlər. Qəzet və jurnalların böyük seçim sizin ixtiyarınızdadır. Digər xidmətlərə - yüksək sürətli Wi-Fi internet, faks, duş kabinələri, ibadət otağı, həmçinin uşaqlar üçün guşə və seyf daxildir.

“Vnukovo” Beynəlxalq Aeroportunda (VKO) “Çaykovski” (Tchaikovsky) biznes zalı

“Vnukovo”  Beynəlxalq Aeroportunda (VKO)  “Çaykovski” (Tchaikovsky) biznes zalı “Azərbaycan Hava Yolları” QSC-nin sərnişinlərinin xidmətindədir. Tchaikovsky biznes zalı “Vnukovo” Aeroportunun  “A” terminalının beynəlxalq hava xətlərinin gözləmə zalında yerləşir.

Səyahətçilər üçün wifi, bütün lazımi texnika ilə təchiz olunmuş "biznes mərkəz", yeni mətbuat vasitələri və  əlavə “a la carte” menyu ilə isveç masası kimi ənənəvi rahatlıqlarla yanaşı, sərnişinlərə, xüsusilə də klassik musiqi əsərlərini sevənlərə dünyaca məşhur opera və konsertlərin yayımlandığı xüsusi səs izolyasiyalı otaq təklif olunur.

Səyahət öncəsi duş kabinəsində (qonaqlara şampun, duş geli, diş fırçası, dəsmal, birdəfəlik istifadə üçün çəkələk də daxil olmaqla bütün zəruri ləvazimatlar təqdim olunacaq) təravətli duş qəbul etmək də mümkündür.

“Lvov” Beynəlxalq Aeroportu (LWO)

“Lvov” Beynəlxalq Aeroportunda (LWO) biznes zal “Azərbaycan Hava Yolları”nın sərnişinlərinin xidmətindədir.

Biznes zalın xidmətləri arasında:

•   fərdi xidmət;

•    komfortlu şəraitdə reysi gözləmək;       

•    iclas otaqları;

•    konfrans zal xidmətləri;

•    faks, surət çıxartma texnikası, kompüter, Wi-Fi;

•    bar və qidalanma zonası (soyuq qəlyanaltılar, desertlər, içkilər və s);

•     yeni mətbuat.

Sankt-Peterburq “Pulkovo” Beynəlxalq Hava Limanı (LED)

“Azərbaycan Hava Yolları”nın sərnişinləri Sankt-Peterburqun “Pulkovo” Beynəlxalq Hava Limanında (LED)  biznes zalın xidmətlərindən istifadə edə bilərlər. Beynəlxalq biznes zal aeroportun terminalının 4-cü mərtəbəsində, gömrük yoxlamasından, pasport nəzarətindən və uçuşdan əvvəl yoxlama prosedurundan sonrakı sahədə yerləşir.

Biznes zal 650 m2 sahəni əhatə edir və burada təxminən 150 nəfərlik yer nəzərdə tutulmuşdur.

Biznes zal aşağıdakı üstünlüklərə malikdir:

  • Rahat gözləmə zalı;
  • İnternet şəbəkəsi, faks və surətçıxarma aparatları;
  • Rus və xarici dillərdə dövri nəşrlər və jurnallar;
  • İsti yeməklər, sərinləşdirici içkilər, çay, qəhvə, yüngül qəlyanaltılar.
Parisdə Şarl de Qoll Beynəlxalq Aeroportunda (CDG) “Sheltair” biznes zalı

"Azərbaycan Hava Yolları"nın sərnişinləri Parisdə Şarl de Qoll Beynəlxalq Aeroportunda (CDG) “Sheltair” biznes zalının xidmətlərindən istifadə edə bilərlər. “Sheltair Lounge” geniş zalı terminalın yuxarı mərtəbələrinin birində yerləşir və buradan aeroportun unikal arxitekturasına gözəl mənzərə açılır.

Qeydiyyat masasının yanında istirahət üçün rahat oturacaqlar, televizor, fərdi lampalar, otaq bitkiləri və noutbukla iş üçün ideal olan iki yüksək masa ilə təchiz olunmuş açıq istirahət zonası yerləşir.

Biznes zalda nahar masaları və ayrı-ayrı oturacaqları ilə rahat guşə yaradan arakəsməli daha şəxsi zona mövcuddur. Tünd rənglərin ahəngi, qeyri-adi işıqlanma, yastıq və güllər kimi interyer elementləri zala gözəl ab-hava verir. Parisin zərif ağ-qara şəkilləri ansamblı bəzəyir. 

Nyu York şəhərinin Con F. Kennedi (JFK) Beynəlxalq Aeroportunda yerləşən “Air France” gözləmə zalı

“Azərbaycan Hava Yolları” aviaşirkətinin sərnişinləri Nyu York şəhərinin Con F. Kennedi (JFK) Beynəlxalq Aeroportunda  yerləşən “Air France” gözləmə zalının xidmətlərindən istifadə edə bilərlər.  Gözləmə zalı JFK hava limanının birinci terminalında, təhlükəsizlik baxışından sonra, “Air France” aviaşirkətinin reyslərinə minik zonasının yaxınlığında yerləşir. Hər gün səhər saat 6-dan gecə saat 1-ə kimi fəaliyyət göstərir.

Yemək çeşidləri genişləndirilərək tam nahar şəklində təqdim edilir və sizə uçuş boyu fasiləsiz gecə yuxusundan zövq almaq imkanı verəcəkdir. Eyni zamanda burada xüsusi qayğı ilə hazırlanan müxtəlif növ şampan və fransız şərablarının dadına baxa bilərsiniz. Bundan əlavə, sizə gözləmə zalında yerləşən “Clarins” gözəllik mərkəzini kəşf etmək imkanı yaradılmışdır. Hal hazırda burada (qeydiyyat masasında yazılmaq şərtilə) kosmetoloji prosedurlar təklif olunur. 

Moskva "Domodedovo" Beynəlxalq Aeroportunda (DME) biznes zal

Moskva "Domodedovo" Beynəlxalq Aeroportunda (DME) biznes zal  "Azərbaycan Hava Yolları"nın  sərnişinlərinin  xidmətindədir. Biznes zal ikinci mərtəbədə, beynəlxalq uçuşlar üçün təhlükəsizlik baxışından sonrakı zonada yerləşir.

Biznes zal günün 24 saatı fəaliyyət göstərir.

Müasir interyerin, qüsursuz xidmətin bir araya gəldiyi geniş və səliqəli biznes zalda siz ətrafdakı problemləri unuduraq rahat şəkildə istirahət edə və sakit şəraitdən zövq ala bilərsiniz.  Həmçinin buradan siz perronun valehedici görünüşünü seyr edə bilərsiniz.

Biznes zalda sərnişinlərə aşağıdakı xidmətlər təqdim olunur:

  • müxtəlif çeşiddə isti yeməklər, qəlyanaltılar və içkilərlə zəngin isveç masası;
  • peyk və efir televiziya kanallarını izləmək imkanı;
  • reyslərin vəziyyəti haqqında vizual məlumatın təqdim edilməsi;
  • reysə  minik başlandığı  zaman sərnişinlərin məlumatlandırılması;
  • iş üçün rahat məkan: internet, printer, surətçıxarma aparatı, faks (yalnız Moskva nömrələrinə);
  • ödənişsiz internet şəbəkəsi (Wi-Fi);
  • mətbuat;
  • qarderob otağı;
  • bütün zəruri ləvazimatlarla təmin olunan duş kabinəsi;
  • ayrıca nəqliyyat vasitəsilə hava gəmisinə çatdırılma (hava gəmisi uzaq dayanacaqda olduqda) uşaqlar üçün xüsusi əyləncə otağı.
Minsk Beynəlxalq Aeroportunun (MSQ) biznes zalı

Minsk Beynəlxalq Aeroportunun (MSQ) biznes zalı "Azərbaycan Hava Yolları"nın sərnişinlərinin xidmətindədir. Biznes zal dördüncü mərtəbədə, aerovağzal kompleksinin beynəlxalq uçuşlar və MDB ölkələrinə uçuşlar sektorlarında yerləşir.

Biznes zallar günün 24 saatı xidmətinizdədir. Sərnişinin biznes zalda olma müddəti 3 (üç) saatdan artıq olmur. Hər bir sonrakı saata görə mövcud tarifə əsasən ödəniş həyata keçirilir.

 

Biznes zalların xidmətlərinə aşağıdakılar daxildir:

 “İsveç masası”nda  təsdiq edilmiş menyuya uyğun olaraq isti və soyuq qəlyanaltılar, yeməklər, şirniyyat məmulatları, isti və sərinləşdirici içkilər, Belarus Respublikasının istehsalı olan spirtli içkilər təqdim edilir.

  • nahar menyusu (12:00-dan-16:00-dək);
  • televiziya və mətbuat xidmətləri;
  • informasiya təminatı xidmətləri;
  • telefon rabitəsi xidmətləri (Minsk şəhəri ərazisində);
  • siqaret çəkmə otaqları;
  • danışıqlar otağı;
  • surətçıxarma aparatı, faks;
  • ödənişsiz internet şəbəkəsi (Wi-Fi);
  • istirahət zonası;
  • masaj kresloları;
  • duş kabinəsi.

Əlavə ödəniş müqabilində  "Minsk” Milli Aeroportu Respublika Unitar Müəssisəsinin biznes zallarında aşağıdakı xidmətlər təklif edilir:

  • xarici mənşəli spirtli içkilər;
  • suvenir məhsulları;
  • (beynəlxalq sektorda) mövcud tarifə əsasən yatmaq üçün kabinə (24 saat)
Borispol Beynəlxalq Aeroportunda (Kiyev - KBP) Terminal D-nin dördüncü mərtəbəsində yerləşən biznes zal

“Azərbaycan Hava Yolları”nın sərnişinlərinə Borispol Beynəlxalq Aeroportunda (Kiyev - KBP) Terminal D-nin dördüncü mərtəbəsində yerləşən biznes zalda xidmətlər təqdim olunur. Borispol Beynəlxalq Aeroportunun gözəl və rahat abu-havaya malik biznes zallarında siz rahatlıqla  xoş  səyahətə hazırlaşa və ya uçuşdan əvvəl vaxtınızı səmərəli keçirə bilərsiniz.

 

 Biznes zalın xidmətlərinə aşağıdakılar daxildir:

  • Ukrayna və xarici mətbuat
  • bar (çay, qəhvə, az alkoqollu və alkoqollu  içkilər, yüngül qəlyanaltılar)
  • ödənişsiz internet şəbəkəsi (Wi-Fi)
  • İnternetə çıxışı olan stasionar kompyuterlər
  • faks, printer, surətçıxarma aparatı, skaner
  • televizorlar
  • duş kabinələri
  • körpələri bələmək üçün masa
  • ayaqqabıları təmizləmək üçün qurğu
  • siqaret çəkmə otağı
Ahlan biznes-sinif gözləmə zalı Dubay Beynəlxalq Aeroportu (DXB)

Ahlan biznes-sinif gözləmə zalı Dubay Beynəlxalq Aeroportunun (DXB) D vestibülündə - Uçuş zalında yerləşir.

Ahlan biznes zalında səyahətinizin maksimal dərəcədə rahat keçməsi üçün bütün şərait yaradılmışdır:

  • Geniş çeşiddə beynəlxalq  qəzet və jurnallar təqdim olunur;
  • Bufetimizdə isti və soyuq təamlardan dada bilərsiniz, yaxud mövcud menyuya əsasən sifariş edə bilərsiniz;
  • Geniş çeşiddə alkoqolsuz və alkoqolullu içkilər təqdim edilir;
  • Yüksəksürətli WIFI –internet;
  • SPA-salonda ekspres-prosedurlar (seçimə uyğun);
  • Tam təchiz edilmiş biznes-mərkəz;
  • Siqaret çəkən şəxslər üçün xüsusi otaqlar;
  • Uşaqlar üçün əyləncə guşəsi;
  • Uşaqlar üçün xüsusi menyu.
Antalya Beynəlxalq Aeroportunun (AYT) biznes zalı

“Azərbaycan Hava Yolları”nın sərnişinlərinə Antalya Beynəlxalq Aeroportunun (AYT) biznes zalında bütün gün ərzində 24 saat xidmətlər təqdim edilir. Biznes zal aeroportun 1-ci və 2-ci terminallarında 3-cü mərtəbədə yerləşən pasport nəzarəti xidmətindən sonrakı sahədə yerləşir.

İstifadə şərtləri: zalın xidmətlərindən maksimal istifadə müddəti: 3 saat. 2 yaşınadək uşaqlar üçün ödənişsizdir. Ayrıca uşaq əyləncə guşəsi və siqaret çəkən şəxslər üçün ayrıca sahə mövcuddur.

Biznes zalda aşağıdakılar təqdim edilir:

  • Fiziki imkanları məhdud olan şəxslər üçün giriş;
  • TV
  • Sərinləşdirici içkilər;
  • Kondisioner;
  • Reyslər barədə məlumat;
  • Ödənişsiz WIFI-internet.