Biznes sinif

Biznes sinif

Biznes Sinifdə daha rahat və sərbəst səyahət edin.

Hansı ölkəyə səyahət etdiyinizdən asılı olmayaraq, “Azərbaycan Hava Yolları” şirkətinin Biznes Sinfi Sizə uçuş boyu özünüzü daha rahat və sərbəst hiss etmək imkanı verəcəkdir.

Biznes siniflə uçarkən Siz aşağıdakı üstünlüklərdən faydalanacaqsınız:

  • Işləmək və dincəlmək üçün daha geniş məkan, ayaqlarınız üçün əlavə geniş yer və daha çox açılan oturacaqlar
  • Hava limanında növbəsiz qeydiyyat və hava gəmisinə növbəsiz minik
  • Hava limanlarında Biznes sinfə məxsus gözləmə zallarına buraxılış

- Daha çox pulsuz daşınan baqaj norması

Biznes Sinif biletlərinə hər biri 32 kiloqrama qədər çəkidə 2 yer baqaj və 10 kiloqrama qədər çəkidə 2 yer əl yükü daxildir.

Əlavə baqajın daşınması üçün ödəniş həyata keçirilməlidir.

Baqajın daşınma qaydaları barədə ətraflı məlumat
Biznes Sinifdə bütün yeməklər və içkilər zərif çini qablarda təqdim edilir.

Eyni zamanda, Sizə pəhrizinizə uyğun olaraq uçuşdan ən azı 24 saat əvvəl sifariş edilmiş xüsusi yeməklər də təqdim edilə bilər.

"Azərbaycan Hava Yolları" öz sərnişinlərinə tam rəngli, parlaq üzlü dövri nəşrlər təqdim edir. Azərbaycan, rus və ingilis dillərində nəşr olunan. jurnallardan sosial- ictimayi həyatda, mədəniyyət, idman, moda aləmində baş verən son hadisələr barədə məlumat əldə edə bilərsiniz.

Nəşrlər aviaşirkətə məxsus bütün hava gəmilərində həm yerli, həm də beynəlxalq reyslərdə təqdim edilir.

Qarşınızdakı oturacağın cibində yerləşdirilən «Azerbaijan Airlines» bort jurnalını, «On-Board Sales Catalogue» və «Ideal» jurnallarını nəzərdən keçirə bilərsiniz.

Aviaşirkətin rəngarəng şəkilli bort jurnalında siz faydalı və maraqlı məlumatlarla tanış ola bilərsiniz. Burada siz macəra dolu səyahət, dünyanın füsunkar yerləri, gözəl şəhərləri barədə məqalələrlə tanış ola və mədəniyyət, biznes və sənaye sahəsində son xəbərləri öyrənə bilərsiniz. Biz müxtəlif insanların və peşə sahiblərinin maraq və zövqünü nəzərə alırıq ki, bu da jurnalımızı daha da maraqlı edir və digərlərindən fərqləndirir. Jurnalın səhifələrində həımçinin şirkətin uçuş sxemləri, hava limanlarında transfer cədvəlləri və s. əks etdirilib.

Eyni zamanda hava gəmilərimizdə sərnişinlər üçün alış-veriş etmək imkanı da yaradılır. «On-Board Sales Catalogue» jurnalının səhifələrinə nəzər yetirərək parfümeriya və kosmetik məhsulların çeşidləri ilə, həmçinin hədiyyə və suvenirlərlə tanış olun.

Xüsusi Səyahət dəsti yüksək keyfiyyətli gigiyenik və kosmetik vasitələrdən, aksessuarlardan və pijamadan ibarətdir.

Qidalanma barədə ətraflı məlumat