Beynalxalq daşima müqavilənin şərtləri - Azerbaijan Airlines

Şərtlər və Məhdudiyyətlər

 
Bildiriş: Əgər sərnişinin səyahətinin son məntəqəsi və ya dayanacağı yola düşmə ölkəsindən ayrıdırsa, səyahətə Varşava konvensiyası və ya Monreal Konvensiyası tətbiq olunur. Bu Konvensiyalar  sərnişinin ölümü və ya xəsarət almasına, həmçinin baqajın itirilməsi və ya zədələnməsinə görə daşıyıcının məsuliyyətini müəyyən edir və bir çox hallarda bu məsuliyyəti məhdudlaşdıra bilər. Ətraflı məlumatı daşıyıcıdan almaq mümkündür.
 
1. Bu müqavilədə istifadə olunan terminlər: “bilet” – bu şərtlər və bildirişlərin daxil olduğu  sərnişin bileti, baqaj qəbzi və ya  elektron biletə münasibətdə həmin marşrut/qəbz deməkdir; ”daşıma” –“nəql etmə” ilə eyni məna daşıyır; ” daşıyıcı” – bu müqavilə ilə sərnişini və ya onun baqajını daşıyan və ya daşınmasını öhdəsinə götürən və ya bu aviadaşıma ilə bağlı hər hansı digər xidmət göstərən bütün daşıyıcılar deməkdir; ”elektron bilet” – daşıyıcı tərəfindən və ya onun adından rəsmiləşdirilən marşrut/qəbz, elektron kuponlar və minik sənədləri deməkdir (əgər tətbiq olunursa); “Varşava Konvensiyası” – 12.10.1929-cu ildə Varşavada imzalanmış Beynəlxalq Hava Daşımalarına aid olan bəzi qaydaların unifikasiyası haqqında konvensiya və ya 28.09.1955-ci ildə Haaqada imzalanmış Protokolla dəyişdirilmiş həmin konvensiya deməkdir; “Monreal Konvensiyası”- 28.05.1999-cu ildə Monrealda imzalanmış, Beynəlxalq hava daşımalarına aid olan bəzi qaydaların unifikasiyası haqqında konvensiya.
 
2. Daşımanın  Varşava Konvensiyası və ya Monreal Konvensiyası  ilə müəyyən edilmiş “beynəlxalq daşıma” hesab edilmədiyi hallar istisna olmaqla, bu müqavilə ilə yerinə yetirilən daşımaya Konvensiya ilə nəzərdə tutulan məsuliyyət haqqında qaydalar şamil edilir.
 
3. Yuxarıda qeyd olunan müddəalar çərçıvəsində və onlara zidd olmayaraq hər bir daşıyıcı tərəfindən yerinə yetirilən daşıma və digər xidmətlər aşağıdakılara tabedir: (1) bu biletdə qeyd olunan müddəalara; (2) tətbiq olunan tariflərə; (3) bu müqavilənin tərkib hissəsi olan daşıyıcının daşıma şərtlərinə və onlarla əlaqəli şərtlərə.
 
4. Biletdə daşıcıyının adı ixtisar olunmuş formada göstərilə bilər. Daşıyıcının tam adı və onun ixtisar olunmuş forması bu daşıyıcının tarif məlimat kitabçasında, daşıma şərtlərində, qaydalarında və cədvəlində mövcuddur. Daşıyıcının ünvanı biletdə göstərilən yola düşmə hava limanıdır və daşıyıcının birinci ixtisar olunmuş adı qarşısında qeyd olunur. Razılaşdırılmış dayanacaq məntəqələri bu biletdə və ya daşıyıcının cədvəlində sərnişinin səyahət marşrutu üzrə dayanacaq məntəqələri kimi göstərilən məntəqələrdir. Bu müqavilə ilə bir neçə daşıyıcı tərəfindən ardıcıl surətdə yerinə yetirilən daşıma vahid daşıma hesab olunur.
 
5. Digər daşıyıcının hava xətlərində daşımanın yerinə yetirilməsi üçün bilet verən daşıyıcı onun agenti qismində çıxış edir.
 
6. Daşıyıcının məsuliyyətində hər hansı istisna və ya məhdudiyyət daşıyıcının agentləri, işçiləri və ya təmsilçilərinə, həmcinin daşıyıcı tərəfindən daşıma üçün istifadə edilən hava gəmisinin sahibi olan hər hansı şəxsə, onun agentləri, işçiləri və nümayəndələrinə şamil edilir.
 
7. Qeydiyyatdan keçmiş bagaj onun birkasını təqdim edən şəxsə verilir. Beynəlxalq daşınma zamanı baqaj zədələndikdə, zədənin aşkar edilməsindən dərhal sonra, lakin baqajın alındığı tarixdən 7 gündən gec olmayaraq, bildiriş yazılı formada daşıcıya təqdim edilməlidir. Bagaj vaxtından gec çatdırıldıqda isə, bildiriş baqajın verilmə tarixindən 21 gündən gec olmayaraq təqdim edilməlidir. Beynəlxalq daşımalar üçün tarif və şərtlərə baxın.
 
8. Bu biletdə, tarif məlumatı kitabçalarında, daşıma şərtlərində və ya müvafiq qaydalarda digər hallar qeyd olunmadıqda, biletin qüvvədə olma müddəti onun verilmə tarixindən etibarən bir il müəyyən olunur. Bu müqavilə ilə yerinə yetirilən daşıma üzrə tarif daşıma başlanana qədər dəyişdirilə bilər. Müəyyən edilmiş tarif ödənilmədikdə, daşıyıcı daşımadan imtina edə bilər.
 
9. Daşıyıcı sərnişini və baqajı münasib müddətdə daşımaq üçün ondan asılı olan bütün tədbirləri görməyi öhdəsinə götürür.
Cədvəldə və ya digər sənədlərdə göstərilən vaxta zəmanət verilmir və bu müqavilənin tərkib hissəsi hesab edilmir. Daşıyıcı xəbərdar etmədən sərnişini daşıma üçün digər daşıyıcıya təhvil verə, hava gəmisini dəyişdirə, biletdə göstərilən məntəqələrdə enmə vaxtını dəyişdirə və ya enməni ləğv edə bilər (zəruri olduğu hallarda). Uçuş cədvəli sərnişinə xəbər verilmədən dəyişdirilə bilər.
Daşıyıcı calanma reyslərinin təmin olunmasına görə məsuliyyət daşımır.
 
10. Sərnişin dövlət orqanlarının səyahətə aid olan tələblərinə riayət etməli, gəlmə, getmə haqqında və digər lazımi sənədləri təqdim etməli və daşıyıcı tərəfindən təyin edilmiş vaxtda, bu vaxt təyin olmadıqda isə, uçuşqabağı rəsmiyyətləri həyata keçirmək üçün kifayət edən vaxtda hava limanına gəlməlidir.
 
11. Daşıyıcının heç bir agenti, işçisi və ya təmsilçisi bu müqavilənin müddəalarını dəyişmək və ya ləgv etmək hüququna malik deyil.
 
Daşıyıçı qüvvədə olan qanunvericiliyin və ya daşıyıcının tətbiq etdiyi tarif, qayda və ya normaların tələblərini pozaraq bilet alan hər hansı şəxsin daşınmasından imtina etmək hüququna malikdir. Sərnişin bileti və baqaj qəbzi, üzərində adı qeyd edilmiş daşıyıcı tərəfindən verilir.