“AZAL Miles” proqramı haqqında - Azerbaijan Airlines

“AZAL Miles” proqramı haqqında

“AZAL Miles” proqramı “Azərbaycan Hava Yolları” ilə tez tez uçan sərnişinlər üçün yaradılmış proqramdır.

“AZAL Miles” proqramı iştirakçılarına aviaşirkət və ya onun agentliklərindən alınmış aviabiletlərin dəyəri əsasında uçuşu və xidmət sinfini müəyyən edən və Səyahət ballarını qazandıran özünə məxsus proqramdır. Səyahət balları bütün uçuşlar / aviabilet / xidmət sinfinin artırılması üçün ödənilmiş əsas tarifin hər 1 avrosuna görə (yığım və rüsumlar istisna olmaqla) təqdim edilir. Səyahət balları sonradan“pulsuz aviabilet və xidmət sinfinin artırılması” ilə əvəz ediləcək və sərnişinlərə “Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfəndən həyata keçirilən bütün istiqamətlərində səyahət etmək imkanı verəcək.

“AZAL Miles” proqramı daha tez tez uçan sərnişinləri üçün əlavə imtiyazlar toplusunu təqdim edən dərəcəli iştirakçılıq təklif edir. Bizimlə daha səyahət edən sərnişinlər daha çox güzəştlər əldə edəcəklər. İştirakçı tərəfindən uçulan hər uçuşa görə, biz müəyyən edilmiş sayda Status ballarını təqdim edəcəyik. Bu balların sayı uçuş istiqamətindən və səyahət olunan sinfdən asılıdır. Lazımi sayda Status balları toplayan iştirakçılar aşağıdakı qaydada yüksələcəklər:

Ətraflı məlumatı şərtlər və müddəalarda əldə edə bilərsiniz.

“AZAL Miles” proqramının iştirakçılıq dərəcəsi:

 

“Classic” İştirakçılıq – bütün iştirakçılar üçün giriş mərhələsidir. “Classic” iştirakçılar  bütün aviabilet/ xidmət sinfinin artırılması üçün ödənilən əsas tarifin hər  avrosuna gorə 1 Səyahət Balı qazanacaqlar. “Classic” İştirakçılığa müraciət etmək çox sadədir, siz ya növbəti aviabiletinizi alarkən “Azərbaycan Hava Yolları” aviabiletlərin satışı üzrə agentindən sizin adınızdan müraciət etməyini xahiş edə bilər, ya da www.azal.az saytına daxil olub, “on- layn” müraciət edə bilərsiniz. “Classic” iştirakçılara kart təqdim edilmir, iştirakçılar kifayət qədər Status Balları topladıqdan sonra, avtomatik olaraq  “Silver” İştirakçılığa yüksələcəklər. Bu zaman iştirakçılar “Silver” İştirakçılığın əlavə güzəştlərindən yararlanmaq üçün kart ilə təmin olunacaqlar.

 

“Silver” İştirakçılıq -   – “Silver” iştikraçılar bütün aviabilet / xidmət sinfinin artırılması üçün ödənilən əsas tarifin hər avrosuna görə  1.25 Səyahət Balı qazanacaqlar və bu, qısa zaman ərzində iştirakçılara pulsuz aviabilet qazanmaq imkanı verəcək. Onlara daha çox güzəştlərdən yararlanmağa imkan verən şəxsi “Silver” İştirakçılıq Kartı göndəriləcək. “Silver” İştirakçılıq kart verildiyi andan etibarən növbəti iştirakçılıq ilinin sonuna kimi etibarlı olacaq. İştirakçılar “Silver” İştirakçılığı saxlamaq və ya xidmət sinfini artırmaq üçün iştirakçılıq müddətində lazımi sayda Status Ballarını toplamalıdırlar. Kifayət qədər  Status Ballarını topladıqdan sonra, siz avtomatik olaraq “Gold” İştirakçılığa yüksələcəksiniz. İçtirakçılıq ili ərzində “Silver” iştirakçılığı saxlamaq üçün kifayət qədər Status balı toplamayan iştirakçılara növbəti il üçün “Classic” İştirakçılıq təklif olunacaq.

 

“Gold” İştirakçılıq  – “Gold” iştirakçılar bütün aviabilet / xidmət sinfinin artırılması üçün ödənilən əsas tarifin hər avrosuna görə 2 Səyahət Balı qazanacaqlar. “Gold”  iştirakçılara daha çox güzəştlərdən yararlanmaq imkanı verən şəxsi “Gold” İştirakçılıq Kartı göndəriləcək. “Gold” iştirakçılıq kartı verildiyi andan etibarən növbəti iştirakçılıq ilinin sonuna kimi etibarlı olacaq**. İştirakçılar “Gold” İştirakçılığı saxlamaq və ya xidmət sinfini artırmaq üçün üzvlük müddətində lazımi sayda Status Ballarını toplamalıdırlar. Kifayət qədər  Status Ballarını topladıqdan sonra, siz avtomatik olaraq “Platinum” İştirakçılığa yüksələcəksiniz. İçtirakçılıq ili ərzində “Platinum” iştirakçılığı saxlamaq üçün kifayət qədər Status balı toplamayan iştirakçılara növbəti il üçün “Silver” İştirakçılıq təklif olunacaq və yeni “Silver” İştirakçılıq kartı göndəriləcək.

 

“Platinum” İştirakçılıq – “Azərbaycan Hava Yolları” ilə daha tez tez uçan  sərnişinlərimizə iki il müddətinə etibarlı olan “Platinum” İştirakçılıq təqdim olunacaq. “Platinum”  iştirakçılar bütün aviabilet / xidmət sinfinin artırılması üçün ödənilən əsas tarifin hər avrouna görə  3 Səyahət Balı qazanacaqlar. “Platinum”  iştirakçılara şəxsi “Platinum”  İştirakçılıq Kartı göndəriləcək. “Platinum” iştirakçılar növbəti iki il müddətində “Platinum” iştirakçılığını saxlamaq üçün iştirakçılığın iki il ərzində lazımi sayda Status Ballarını toplamalıdırlar. “Platinum” İştirakçılığı saxlamaq üçün kifayət qədər Status Balları toplamayan iştirakçılara növbəti il üçün “Gold” İştirakçılıq təklif olunacaq və yeni “Gold” İştirakçılıq kartı göndəriləcək.

“AZAL Miles” proqramı bütün sərnişinlərin yararlana biləcəyi özünəməxsus və asan başa düşülən mükafatlar təqdim edir. Biz Azərbaycanda və eləcə də xidmət göstərdiyimiz digər ölkələrdəki sərnişinlərimizi iştirakçılıq statusları ilə mükafatlandırırıq.

Bütün iştirakçılara öz iştirakçılıq fəaliyyətinə nəzarət etmək üçün proqrama qoşulan zaman yaradılmış xüsusi “on – layn” iştirakçılıq hesabı təklif olunur. Əlavə olaraq, iştirakçılara “AZAL Miles” proqramının Google Play Store və ya Apple`s istore – dan yüklənməsi təklif olunur. Bu mövcud proqram iştirakçılara öz “AZAL Miles” hesablarına daha tez giriş etmək və proqramda mobil minik talonlarına daxil olmaq və onları  saxlamaq haqqında ətraflı məlumat əldə etmək imkanı verir.

“AZAL Miles” proqramı, eyni zamanda iştirakçılıq qaydaları və imtiyazları haqqında ətraflı məlumat əldə etmək üçün www.azal.az saytında təqdim edilən “AZAL Miles” proqramının şərtləri və müddəaları bölməsinə nəzər yetirin.

*“Azərbaycan Hava Yolları” tərəfindən təqdim edilən bütün “Pulsuz aviabilet və xidmət sinfinin artırılması” sərnişinlərdən Azərbaycan və xarici ölkələrdə dövlət və hava limanları tərəfindən yığılan bütün vergi və aeroport yığımların ödənilməsini tələb edir.

**İştirakçılıq ili sizin “Classic” İştirakçılağa ilk dəfə qeydiyyata düşdüyünüz aydan başlayır və növbəti ilin həmin ayının sonuncu günü bitir.