İsrailə giriş qaydaları - Azerbaijan Airlines

1. Sərnişinlərin tranzitlə keçmələrinə icazə verilmir.

2. Sərnişinlər İsrailə son birbaşa reysdən ən gec 48 saat əvvəl https://corona.health.gov.il/en/flights/ saytında "Giriş Bəyannaməsini" doldurmalıdırlar. Onlar Səhiyyə Nazirliyindən electron icazə və təyyarəyə minməzdən əvvəl təqdim edilməli olan “Green Pass” almalıdırlar.

3. İsrailin hüdudlarından kənarda 72 saatdan artıq olan sərnişinlər və avişirkət heyəti aşağıdakına sahib olmalıdırlar:

- marşrutun ilk məntəqəsindən yola düşməzdən ən çox 72 saat əvvəl alınmış COVID-19-a dair mənfi CRISPR, HAD, LAMP, NAAT, NEAR, PCR, RT-PCR, SDA və ya TMA test nəticəsi; və ya

- marşrutun ilk məntəqəsindən yola düşməzdən ən çox 24 saat əvvəl alınmış COVID-19-a dair mənfi sürətli antigen test nəticəsi.

Test nəticəsi ingilis dilində olmalı və pasport nömrəsini əks etdirməlidir. Bu tələb aşağıdakı şəxslərə şamil edilmir:

- İsrail vətəndaşlarına və İsraildə yaşayan vətəndaşlara; 

- marşrutun ilk məntəqəsindən yola düşməzdən ən azı 8 gün və ən çox 90 gün əvvəl alınmış COVID-19-a dair pozitiv CRISPR, HAD, LAMP, NAAT, NEAR, PCR, RT-PCR, SDA və ya TMA test nəticəsi olan sərnişinlər və aviaşirkətin heyəti;

- marşrutun ilk məntəqəsindən yola düşməzdən ən çox 90 gün əvvəl İsrail tərəfindən verilən immun sertifikatı olan sərnişinlər və aviaşirkətin heyəti;

- İsraildə 72 saatdan az qalan aviaşirkətin heyəti;

- A1-A5 və ya B1, B3 və B4 vizası olan sərnişinlər. Bütün digər vizaları (a/1, A/2, A/3, A/4, a/5, B/1, B/3, B/4) olan xarici vətəndaşlar yola düşməzdən əvvəl COVİD-19 testini verməkdən azad edilirlər (İsrail vətəndaşları kimi).

- 20 may 2022-ci il tarixinə qədər Ukraynada səyahətə başlayan sərnişinlər.

4. İsrailə səyahət etmək üçün yola düşmədən əvvəl COVID-19 testinin təqdim edilməsi yalnız aşağıdakı şəxslərdən tələb olunacaq:

- Etibarlı B2 vizası olan xarici vətəndaşlar;

- İsrailə giriş vizası tələb olunmayan xarici vətəndaşlar.

Bu sərnişinlər aşağıdakı variantlardan birini seçə biləcəklər:

a. gəlişdən 72 saat əvvəl alınmış PCR-test;

b. gəlişdən 24 saat əvvəl alınmış sürətli antigen testi.

5. Sərnişinlər gəlişdən sonra öz hesabına COVID-19-a dair PCR-testindən keçməli və test nəticəsi hazır olana qədər özünütəcrid şəraitində qalmalıdırlar.

6. Sputnik V və ya Sputnik Light ilə tam peyvənd olunduqlarını göstərən COVID-19 peyvənd sertifikatı olan sərnişinlər gəlişdən sonra COVID-19-a dair seroloji testdən keçməlidirlər.

7. COVID-19 xərclərini ödəmək üçün sərnişinlər tibbi sığortaya malik olmalıdırlar. Bu tələb aşağıdakı şəxslərə şamil edilmir:

- İsrail vətəndaşlarına;

- A1-A5 və ya B1, B3 və B4 vizası olan İsraildə yaşayan vətəndaşlara;

- 20 may 2022-ci il tarixinə qədər Ukraynada səyahətə başlayan sərnişinlər.

8. Sərnişinlər və aviaşirkətin heyəti 24 saat müddətinədək karantinə yerləşdirilə bilərlər. Ətraflı məlumatı https://tinyurl.com/4tbzd4rx və https://tinyurl.com/h8hxy4w7 saytında əldə etmək mümkündür. Bu tələb, gəlişdən ən çox 60 gün əvvəl alınmış COVID-19 immun sertifikatını təqdim edən sərnişinlərə şamil edilmir.

9. Yuxarıda göstərilən qaydalar üçüncü mənbə tərəfindən təqdim edilib və əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Ərazisindən çıxdığınız və səyahət etdiyiniz ölkələrin tələbləri barədə ən son məlumatları əldə etmək üçün uçuşunuzdan əvvəl IATA-nın Səyahət Mərkəzinin saytını nəzərdən keçirməniz xahiş olunur: https://corona.health.gov.il/en/directives/air-travel-covid19-israel/ https://corona.health.gov.il/en/country-status/. COVID-19 ilə bağlı daha ətraflı məlumatı https://corona.health.gov.il/en/ saytında əldə etmək mümkündür.