Təhlükəli əşyalar - Azerbaijan Airlines

Uçuşun təhlükəsizliyinin təmin olunması məqsədilə aşağıdakı qaydalara riayət olunmalıdır:

Mayelərin əl yükündə daşınma qaydası

Hər biri 100 ml-dək (3.4 oz) həcmli qablarda ümumi həcmi 1 litrdən çox olmayan, ağzı bağlı şəffaf plastik paketdə olduqda mayelərin əl yükündə daşınmasına icazə verilir.

Həcmi 100 ml-dək tutumlarda daçınması mümkün olmayan lakin səfər zamanı həyat ümün vacib olan, tibbi və ya diyetik  tələbatı təmin etmək üçün zəruri olan mayelər yuxarıda göstərilən məhdudiyyətlərdən azad olunur.

ABŞ Nəqliyyat Təhlükəsizliyi Administrasiyasının (TSA) yayımladığı qərara əsasən, ABŞ-a/ dan uçuşlarda 350 millilitrə bərabər və ya daha çox miqdarda toz maddələrinin (un, şəkər, qəhvə, ədviyyat, süd tozu, pudra və s.) əl-yükündə və ya sərnişinin üzərində daşınmasına icazə verilmir. 350 ml həcmindən az olan toz məhsullar xüsusi təhlükəsizlik baxışına məruz qalır və əgər bu məhsullar uçuş zamanı gərəkli deyilsə sərnişinləri onları qeydiyyatdan keçmiş baqajda aparmağa dəvət edirik.

•        350 millilitrə bərabər və ya daha çox toz materilların salonda daşınmasına icazə verilmir və qeydiyyatdan keçmiş baqajda daşınmalıdır.

•        Xüsusi hermetik qablarda uşaq və körpə yeməkləri, reseptli dərman və insan qalıqları salonda daşınmaya buraxılır.

•        Son yola düşmə hava limanında duty free dükanlarda alınmış toz maddələr kassa çeki ilə yanaşı Xüsusi hermetik bağlamada (Sealed Tamper Evident Bag) yerləşdirilməlidir.

Sizin baqajınızda daşınması qəti qadağan olunmuş əşyalar:

dangeros_1.jpg

dangeros_2.jpg

dangeros_3.jpg

dangeros_4.jpg

dangeros_5.jpg

dangeros_6.jpg

dangeros_7.jpg

Radioaktiv maddələr Qaz Partlayıcı maddələr Fişəng Zəhər Paslanmaya meylli maddələr Maqnitlər

Baqaja verilməsinə icazə verilən, amma qəti surətdə salona keçirilməsi qadağan olunan əşyalar:

dangeros_8.jpg

dangeros_9.jpg

dangeros_10.jpg

Təchizat Soyuq silah Odlu silah

 


Baqaja təhvil verilməsinə və ya daşınmasına icazə verilən əşyalar:

 

dangeros_11.jpg

dangeros_12.jpg

Tualet əşyaları:

ətirlər, aerozollar

Kibrit, alışqanlar

 

Xəbərdarlıq!

Təhlükəli əşyaların təyyarənin göyərtəsinə keçirilməsi qeyri-qanuni hesab olunur və qaydaları pozan şəxslər ittiham və cərimə oluna bilərlər.