COVID-19 pandemiyası dövründə Ukraynaya səyahət qaydaları - Azerbaijan Airlines

Əcnəbilərin, o cümlədən müvəqqəti yaşayış icazəsi olan şəxslərin və vətəndaşlığı olmayan şəxslərin Ukraynaya girişi:

12 yaşına çatmamış şəxslərdən testin keçirilməsi barədə arayışın, peyvədləmə haqqında sertifikatın təqdim edilməsi və özünütəcrid tələb olunmur.

12 yaşdan 18 yaşa qədər olan şəxslər yuxarıda göstərilən sənədlərdən birinə sahib olmalıdırlar, lakin “Vdoma” tətbiqini yükləməklə özünütəcriddən azaddırlar.

COVID-19 ilə bağlı anticismlər üçün testin keçirilməsi barədə arayış qəbul edilməyəcəkdir.

Vaksinasiya sertifikatı, COVİD-19-dan sağalmanı təsdiq edən sertifikat olduqda, xarici vətəndaşlar testin mənfi nəticəsi, “Vdoma” tətbiqini yükləmək, özünütəcrid şəraitində qalmaq və ya Ukraynada testdən keçmək tələb edilmir. Bu sənədlər olmadıqda xarici vətəndaş testin mənfi nəticəsinə malik olmalı, “Vdoma” tətbiqini yükləməlidir.

“Vdoma” tətbiqini yüklədikdən sonra sərnişin 72 saat ərzində PCR testindən və ya anticismlər üçün sürətli testdən keçməlidir. Neqativ nəticə əldə edildikdə, sərnişindən özünütəcrid tələb olunmur. Sərhədi keçdikdən sonra 72 saat ərzində testin neqativ nəticəsi alınmadığı təqdirdə, şəxs “Vdoma” tətbiqində avtorizasiya zamanı göstərdiyi yerdə 10 gün ərzində özünütəcrid şəraitində qalmalıdır. PCR testinin və ya anticismlər üçün sürətli testinin neqativ nəticəsi olduğu təqdirdə özünütəcrid vaxtından əvvəl dayandırıla bilər.

Vacibdir! Rusiya və ya Hindistandan ölkəyə daxil olan və son 14 günün 7 günündən çoxunu bu ölkələrdə keçirən peyvənd olunmamış Ukrayna vətəndaşları (müəyyən edilmiş istisnalar nəzərə alınmaqla), 14 gün ərzində özünütəcrid şəraitində qalmalıdırlar və özünütəcrid müddətindən yayınmaq və ya vaxtından əvvəl dayandırmaq üçün Ukraynada testdən keçə bilməyəcəklər.

“Vdoma” mobil tətbiqini yükləmək mümkün olmadıqda və ya imtina edildikdə, şəxsə dövlət sərhədini keçmək icazəsi verilməyəcək.

İstisna! Özünütəcriddən azaddır ("Vdoma" tətbiqi yüklənilmir):

Vətəndaşların Ukraynaya qayıtması üçün testin mənfi nəticəsi tələb edilmir.

Son 14 gün ərzində aşağıda sadalanan ölkələrə səyahət etmiş istənilən ölkənin vətəndaşları Ukraynaya daxil olan zaman xüsusi müəssisədə 14 günlük məcburi özünütəcrid/karantin şəraitində qalmalıdırlar. 14 günlük özünütəcrid/ karantin başa çardıqdan sonra sərnişin PCR-test müayinəsindən keçməlidir.

Həmin ölkələr:

Yuxarıda göstərilən tələblər əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Ərazisini tərk etdiyiniz və ya səyahət etdiyiniz ölkələrin tələbləri barədə uçuşunuzdan əvvəl ən son məlumatları almaq üçün IATA Səyahət Mərkəzinin veb saytına və https://www.visitukraine.today saytına diqqət yetirməniz xahiş edilir.