Biznes sinif - Azerbaijan Airlines

 BİZNES SİNİF

Biznes Sinifdə daha rahat və sərbəst səyahət edin..

Hansı ölkəyə səyahət etdiyinizdən  asılı olmayaraq, “Azərbaycan Hava Yolları” şirkətinin Biznes Sinfi Sizə uçuş boyu özünüzü daha rahat və sərbəst hiss etmək imkanı verəcəkdir. Biznes siniflə uçarkən Siz aşağıdakı üstünlüklərdən faydalanacaqsınız:

- işləmək və dincəlmək üçün daha geniş məkan, ayaqlarınız üçün əlavə geniş yer və daha çox açılan oturacaqlar;

- hava limanında növbəsiz  qeydiyyat və hava gəmisinə növbəsiz minik;

- Heydər Əliyev Beynəlxalq Aeroportunda gediş zamanı prosedurlardan “sürətli keçid” xidməti və fərdi kömək;

- hava limanlarında Biznes sinfə məxsus gözləmə zallarına buraxılış;

- daha çox pulsuz daşınan baqaj norması.

Biznes Sinif biletlərinə hər biri 32 kiloqrama qədər çəkidə 2 yer baqaj və 10 kiloqrama qədər çəkidə 2 yer əl yükü daxildir. 

Əlavə baqajın daşınması üçün ödəniş həyata keçirilməlidir.

Baqajın daşınma qaydaları barədə ətraflı məlumat https://www.azal.az/az/information/baggage

- Biznes Sinifdə bütün yeməklər və içkilər zərif çini qablarda təqdim edilir. Eyni zamanda, Sizə pəhrizinizə uyğun olaraq  uçuşdan ən azı 20 saat əvvəl sifariş edilmiş xüsusi yeməklər də təqdim edilə bilər.

Qidalanma barədə ətraflı məlumat   https://www.azal.az/az/service/catering

"Azərbaycan Hava Yolları" öz sərnişinlərinə tam rəngli, parlaq üzlü dövri nəşrlər təqdim edir. Azərbaycan, rus və ingilis dillərində nəşr olunan. jurnallardan sosial- ictimayi həyatda, mədəniyyət, idman,  moda aləmində baş verən son hadisələr barədə məlumat əldə edə  bilərsiniz.

Nəşrlər aviaşirkətə məxsus bütün hava gəmilərində həm yerli, həm də beynəlxalq reyslərdə təqdim edilir.

Qarşınızdakı oturacağın cibində yerləşdirilən  «Azerbaijan Airlines» bort jurnalını,  «On-Board Sales Catalogue» və «Ideal» jurnallarını  nəzərdən keçirə bilərsiniz.

Aviaşirkətin rəngarəng şəkilli bort jurnalında siz  faydalı və maraqlı məlumatlarla tanış ola bilərsiniz. Burada siz macəra dolu səyahət, dünyanın füsunkar yerləri, gözəl şəhərləri barədə məqalələrlə tanış ola və  mədəniyyət, biznes və sənaye sahəsində son xəbərləri öyrənə bilərsiniz. Biz müxtəlif insanların və peşə sahiblərinin maraq və zövqünü nəzərə alırıq ki, bu da jurnalımızı daha da maraqlı  edir və digərlərindən fərqləndirir. Jurnalın səhifələrində həımçinin şirkətin uçuş sxemləri, hava limanlarında transfer cədvəlləri və s. əks etdirilib.

Eyni zamanda hava gəmilərimizdə sərnişinlər üçün  alış-veriş etmək imkanı da yaradılır. «On-Board Sales Catalogue» jurnalının səhifələrinə nəzər yetirərək  parfümeriya və kosmetik məhsulların çeşidləri ilə, həmçinin hədiyyə və suvenirlərlə tanış olun.

- Xüsusi Səyahət dəsti yüksək keyfiyyətli gigiyenik və kosmetik vasitələrdən, aksessuarlardan və  pijamadan ibarətdir.

- 4 – 10 yaş  arası uşaqlar üçün xüsusi hədiyyələr nəzərdə tutulur: 

- 7 saatdan artıq davam edən uçuşlarda yumşaq oyuncaqlar və sehrli yapışqanlar  təqdim edilir.