Uçuş zamanı əyləncə - Azerbaijan Airlines

  Bizim yüksək komfortlu təyyarələrimiz sərnişinlərimizin uçuş vaxtlarını daha səmərəli, maarifləndirici və əyləncəli keçirmələri üçün müxtəlif növ çoxfunksiyalı əyləncə sistemləri ilə təchiz olunmuşdur. 

  Bizimlə səyahətdən zövq almağınız üçün uçuş zamanı Sizlərə müxtəlif janrlı bədii , sənədli filmlər, yerli və xarici musiqilər , cizgi filmləri və.s. kontentlər təklif edirik.

  Bütün qeyd edilən müxtəlif janrlı video və audio materiallarla yanaşı biz biznes sinif sərnişinlərə məmnuniyyətlə təyyarə daxili əyləncənin tamamilə yeni konsepsiyası olan portativ media pleyerlər təqdim edirik. Sözügedən portativ media pleyerlər Sizə müstəqil qaydada portativ ekranı idarə etməyə imkan verərək Sizi əyləndirəcək və maraq oyadacaq ən baxımlı filmlərı,  televiziya proqramlarını və ya oyunları zövqünüzə uyğun seçmək imkanı yaradır. Biz  sərnişinlərimizə göstərilən xidmət keyfiyyətinin artırılması məqsədi ilə davamlı olaraq əyləncə sistemlərinin təkminləşdirilməsi və genişləndirilməsi yolunda bütün səyimiz ilə çalışırıq.