Ulduzlara doğru: DUBAY - Azerbaijan Airlines

23.09.2019

BƏƏ-nin bu ən böyük şəhəri dəyişməyə və təəccübləndirməyə davam edir. Hətta 7-10 il əvvəl buraya gəlmiş insanların “Dubayı görmüşəm” deməyə tam haqqı yoxdur, çünki Dubay hər gün öz sakinləri və qonaqları üçün yeni sürprizlər hazırlayır. Dəyişməz qalan isə yalnız: şəhərin parlaq ulduzlara doğru sürətlə böyüməsi və binaların hündürlüklərinin yeni rekordları, inanılmaz memarlığı və tikililərin əzəməti, heyrətləndirən alış-veriş səviyyəsi, zəngin gecə və əyləncə həyatı və bu müasir kosmopolit mərkəzin böyüdüyü səhradır.

 

Bakıdan Dubaya birbaşa uçuşlardan yararlanın. Reyslər hər gün yerinə yetirilir.