Hava limanlarında qeydiyyat uçuşa 60 dəqiqə qalmış bağlanacaq - Azerbaijan Airlines

05.01.2018

2018-ci il yanvarın 15-dən etibarən Azərbaycan Hava Yollarının bütün beynəlxalq reyslərinə qeydiyyat bütün aeroportlarda uçuşa 60 dəqiqə qalmış bağlanacaq (daxili uçuşlarda - 30 dəqiqə).

Sərnişinlərin hava limanında qeydiyyat üçün öncədən gəlməyini xahiş edirik. Siz həmçinin saytda pulsuz onlayn qeydiyyat xidmətindən istifadə edə, baqajınız olduqda isə onu "Baggage Drop-off" ekspress-masasında təhvil verə bilərsiniz.