AZAL aviabiletləri yalnız aviaşirkətin etibarlı tərəfdaşlarından almağa çağırır - Azerbaijan Airlines

04.08.2017

4 avqust 2017-ci il, Bakı - Son vaxtlar "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti tərəfindən aviabiletlərin oğurlanmış kredit kartı ilə satışı cəhdləri qeydə alınmış və qarşısı alınmışdır.

Fırıldaqçılar müştərilərə endirim adı altında sövdələşmə təklif etmiş, sonra oğurlanmış kartlar vasitəsilə aviaşirkətin aviabiletlərini almışdırlar.

AZAL sərnişinləri aviabiletləri yalnız aviaşirkətin etibarlı rəsmi tərəfdaşlardan və ya aviaşirkətin rəsmi internet saytından almağa çağırır.

Azərbaycan ərazisində AZAL aviadaşımaları üçün aviabiletlərinin satışına rəsmi hüququ olan agentliklərin siyahısı aviaşirkətin rəsmi internet saytında təqdim olunmuşdur: https://www.azal.az/az/article/31082015
 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti