AZAL Gəncə və Qəbələyə uçuşları davam etdirəcək - Azerbaijan Airlines

28.01.2017

28 yanvar 2017-ci il, Bakı – "Azərbaycan Hava Yolları" (AZAL) fevralın 15-dən etibarən Bakı-Gəncə marşrutu, fevralın 17-dən etibarən isə Bakı-Qəbələ marşrutu üzrə müntəzəm reysləri yerinə yetirməyə davam edəcək.

 

Bakı-Gəncə reysləri bazar ertəsi, çərşənbə, cümə və bazar günləri, Qəbələyə reyslər isə cümə və bazar günləri yerinə yetiriləcək.

 

Heydər Əliyev Beynəlxalq Hava Limanından (GYD) uçuş saat 11:05–də, Gəncə Beynəlxalq Hava Limanına (KVD) enmə - saat 12:05-də. Gəncədən uçuş - saat 13:05-də, Heydər Əliyev Beynəlxalq Hava Limanına enmə - saat 14:05-də.

 

Bakıdan Qəbələyə uçuş saat 16:30–da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) enmə - saat 17:25-də. Qəbələdən uçuş - saat 18:15-də, Heydər Əliyev Beynəlxalq Hava Limanına enmə - saat 19:10-da.

 

Daxili istiqamətlər üzrə aviabiletlərin qiyməti Azərbaycan Respublikası Tarif Şurası tərəfindən müəyyənləşdirilmişdir. Bakı-Gəncə istiqaməti üzrə bir tərəfə aviabiletin qiyməti 56 manat, Bakı-Qəbələ marşrutu üzrə isə bir tərəfə aviabiletin qiyməti 48 manat müəyyənləşdirilmişdir.

 

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlərsiniz: 

 

(+99412) 598-88-80;

 

*8880.

E-mail: callcenter@azal.az

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti