Azərbaycan və Qətərin aviasiya hakimiyyətləri əməkdaşlıq perspektivlərini müzakirə etmişdirlər - Azerbaijan Airlines

14.12.2016

13 dekabr 2016-cı il, Bakı Dekabrın 13-də "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov Qətər Mülki Aviasiya Administrasiyasının sədri  Abdulla Nasser Turki Al-Subayın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.              

Qonaqları salamlayan Cahangir Əsgərov bildirmişdir ki, Azərbaycan ilə Qətər arasında, həmçinin AZAL və Qatar Airways aviaşirkətləri arasında tarixən isti münasibətlər yaranmışdır. Onun sözlərinə görə, həm sərnişindaşıma, həm də yük aviadaşımaları sahəsində tərəfdaşlığın genişləndirilməsi üçün heç bir maneə mövcud deyil.

Abdulla Nasser Turki Al-Subay öz növbəsində qeyd etmişdir ki, ilk dəfədir ki, Bakıda səfərdədir və Azərbaycanın paytaxtı onda çox böyük təəssürat yaratmışdır. O qeyd etmişdir ki, səfərinin məqsədi Azərbaycan və Qətər arasında mülki aviasiya sahəsində gələcək əməkdaşlığın müzakirə edilməsidir.

Tərəflər mülki aviasiya sahəsində əməkdaşlığın Azərbaycan və Qətər arasında münasibətlərin intensivləşdirilməsinə və hərtərəfli inkişafına xidmət edəcəyinə əmin olduqlarını bildirmişdirlər.

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti