AZAL-ın Dubaya reyslərində xüsusi təklif - Azerbaijan Airlines

09.12.2016

9 dekabr 2016-cı il, Bakı – "Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan Dubay istiqamətində olan uçuşlara yeni aksiya elan edir.

Bakı-Dubay-Bakı istiqamətində axşam reyslərinə (J2 015/J2 016) dekabrın 15-ə kimi olan uçuşlara aviabilet alarkən aviabiletin qiyməti cəmi 149 avro təşkil edəcək. Qiymətə bütün rüsum və yığımlar daxildir.

Həmçinin aviabiletin qiymətinə baqajın (23 kq-a kimi) pulsuz daşınması, soyuq və isti
yeməklərin tam çeşidi daxildir.

AZAL-ın Bakıdan Dubaya uçuşları hər gün komfortlu Airbus A319 və A320 laynerləri ilə həyata keçirilir.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərdən əldə etmək mümkündür. Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək mümkündür.

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: www.miles.azal.az Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər:  http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az

AZAL Miles bonus proqramı ilə bağlı sualları ya azalmiles@azal.az email ünvanına və ya  www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:  

(+99412) 598 88 80;

*8880

E-mail: callcenter@azal.az

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti