Sərnişinlərin şikayət ərizələrinə baxılması qaydaları - Azerbaijan Airlines

Şikayətiniz olduqda bizim müştəri xidmətinin komandası ilə əlaqə saxlamağınız xahiş edilir. Siz, müştəri xidməti komandası ilə airline@azal.az ünvanında əlaqə saxlaya bilərsiniz.

Şikayətlərə baxılma qaydaları barədə ətraflı məlumatı https://www.azal.az/upload/pdf/General_Conditions_of_Passenger_and_Baggage_Carriage_az.pdf rəsmi internet səhifəsindən əldə edə bilərsiniz.

Mübahisələrin Onlayn Həlli platforması, Mübahisələrin Alternativ Həllindən (ADR) asan istifadəni təmin edən Avropa Komissiyası tərəfindən yaradılıb (http://ec.europa.eu/consumers/odr/).

Nəzərə alın ki, “Azərbaycan Hava Yolları” şirkəti Mübahisələrin Alternativ Həllinin təsdiq edilmiş planına abunə deyil, bu səbəbdən nə Mübahisələrin onlayn həlli platforması (ODR), nə də Mübahisələrin Alternativ Həllinin hər hansı təsdiq edilmiş  təchizatçısı sizin şikayətlərinizi qəbul edə bilmir.

Siz Mülki Aviasiya Administrasiyasının www.caa.co.uk/passengercomplaints  rəsmi internet səhifəsindəki onlayn şikayət formasını doldurmaqla, şikayətlərinizi MAA-nın Sərnişinlərin şikayət və təklifləri üzrə komandasına (PACT) təqdim edə bilərsiniz.  Bunun üçün Sizin “MAA-nın köməyi” başlığı altında “Şikayətinizin baxılması üçün bizə müraciət edin” keçidinə daxil olmağınız kifayətdir. Bundan sonra Siz MAA-nın istifadəçi portalına daxil olub şikayətinizi Sərnişinlərin şikayət və təklifləri üzrə komandasına təqdim edə bilərsiniz.