AZAL Novruz bayramı münasibətilə təbrik videoçarxı hazırlamışdır - Azerbaijan Airlines

18.03.2016

18 mart 2016-cı il, Bakı – "Azərbaycan Hava Yolları" (AZAL)  rəsmi Youtube kanalında ən mühüm bayram olan Novruz bayramına həsr olunmuş təbrik videoçarxı yerləşdirmişdir.

 

Videoçarxda reysdən Bakıya yenicə çatan və bahar bayramını öz ailəsinin əhatəsində qeyd etmək üçün Naxçıvandakı evinə tələsən mülki aviasiyanın pilotu Həmzə Abbasovdan danışılır.

 

"Azərbaycan Hava Yolları pilotun  və ailəsinin simasında bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, hər bir ailəyə cansağlığı, səadət və bahar əhval-ruhiyyəsi arzulayır!" - təbrikdə deyilir. 

 

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti