Komfort klub - Azerbaijan Airlines

  Komfort klub

Hansı ölkəyə səyahət etdiyinizdən  asılı olmayaraq, “Azərbaycan Hava Yolları” şirkətinin Komfort Klub Sizə uçuş boyu özünüzü daha rahat və sərbəst hiss etmək imkanı verəcəkdir. Komfort klub uçarkən Siz aşağıdakı üstünlüklərdən faydalanacaqsınız:

- işləmək və dincəlmək üçün daha geniş məkan, ayaqlarınız üçün əlavə geniş yer və daha çox açılan oturacaqlar;

- hava limanında növbəsiz  qeydiyyat və hava gəmisinə növbəsiz minik;

- Heydər Əliyev Beynəlxalq Aeroportunda gediş zamanı prosedurlardan “sürətli keçid” xidməti və fərdi kömək;

- hava limanlarında Biznes sinfə məxsus gözləmə zallarına buraxılış;

- daha çox pulsuz daşınan baqaj norması.

Komfort klub biletlərinə hər biri 32 kiloqrama qədər çəkidə 2 yer baqaj və 10 kiloqrama qədər çəkidə 2 yer əl yükü daxildir.

Əlavə baqajın daşınması üçün ödəniş həyata keçirilməlidir.

Baqajın daşınma qaydaları barədəətraflı məlumat www.azal.az/az/information/baggage

- Komfort klub bütün yeməklər və içkilər zərif çini qablarda təqdim edilir. Eyni zamanda, Sizə pəhrizinizə uyğun olaraq  uçuşdan ən azı 20 saat əvvəl sifariş edilmiş xüsusi yeməklər də təqdim edilə bilər.

Qidalanma barədəətraflı məlumat www.azal.az/az/service/catering

Boeing – 787 hava gəmisində oturacaqlara quraşdırılmış 10.6 düym ölçüdə sensorlu monitorlara yüklənən geniş çeşiddə ən son və klassik filmlər,  audio yazılar, TV proqramlar, oyunlar və digər əyləncələrin daxil olduğu  fərdi əyləncə sistemi Sizin səyahətinizi daha maraqlı edəcək.

"Azərbaycan Hava Yolları" öz sərnişinlərinə tam rəngli, parlaq üzlü dövri nəşrlər təqdim edir. Azərbaycan, rus və ingilis dillərində nəşr olunan. jurnallardan sosial- ictimayi həyatda, mədəniyyət, idman,  moda aləmində baş verən son hadisələr barədə məlumat əldə edə  bilərsiniz.

Nəşrlər aviaşirkətə məxsus bütün hava gəmilərində həm yerli, həm də beynəlxalq reyslərdə təqdim edilir.

Qarşınızdakı oturacağın cibində yerləşdirilən  «Azerbaijan Airlines» bort jurnalını,  «On-Board Sales Catalogue» və «Ideal» jurnallarını  nəzərdən keçirə bilərsiniz.

Aviaşirkətin rəngarəng şəkilli bort jurnalında siz  faydalı və maraqlı məlumatlarla tanış ola bilərsiniz. Burada siz macəra dolu səyahət, dünyanın füsunkar yerləri, gözəl şəhərləri barədə məqalələrlə tanış ola və  mədəniyyət, biznes və sənaye sahəsində son xəbərləri öyrənə bilərsiniz. Biz müxtəlif insanların və peşə sahiblərinin maraq və zövqünü nəzərə alırıq ki, bu da jurnalımızı daha da maraqlı  edir və digərlərindən fərqləndirir. Jurnalın səhifələrində həımçinin şirkətin uçuş sxemləri, hava limanlarında transfer cədvəlləri və s. əks etdirilib.

Eyni zamanda hava gəmilərimizdə sərnişinlər üçün  alış-veriş etmək imkanı da yaradılır. «On-Board Sales Catalogue» jurnalının səhifələrinə nəzər yetirərək  parfümeriya və kosmetik məhsulların çeşidləri ilə, həmçinin hədiyyə və suvenirlərlə tanış olun.

- Uzunmüddətli uçuşlarda (7 saatdan artıq davam edən uçuşlarda)  yüksək keyfiyyətli gigiyenik və kosmetik vasitələrlə və aksessuarlarla Səyahət dəsti təqdim edilir.

 - 4 – 10 yaş  arası uşaqlar üçün xüsusi hədiyyələr nəzərdə tutulur: 

Səyahət yastığı  

7 saatdan artıq davam edən uçuşlarda yumşaq oyuncaqlar və sehrli yapışqanlar  təqdim edilir.